tag:blogger.com,1999:blog-74465219228559131472024-03-13T12:53:18.565+04:00AZADLIQUnknownnoreply@blogger.comBlogger140125tag:blogger.com,1999:blog-7446521922855913147.post-59903467128220298722011-09-29T15:27:00.000+05:002011-09-29T15:27:34.336+05:00ABŞ səfirindən Əliyevləri sarsıdacaq açıqlama

Metyu Brayza «Azərbaycanda mərkəzi hakimiyyətin yoxluğu»na eyham vurub

ABŞ səfiri oliqarxları orta əsrlər xanlarına bənzətdi

ABŞ səfiri Metyu Brayza Azərbaycandakı iqtisadi vəziyyətə dair maraqlı fikirlər səsləndirib. O eyham vurub ki, Azərbaycanda son beş ildə korrupsiyaya qarşı ciddi mübarizə aparılmayıb. O, bir neçə il əvvəl Azərbaycanın iqtisadi inkişaf naziri ilə aralarında olan bir zarafata istinad edib. “Azərbaycanın keçmiş iqtisadi inkişaf nazirlərindən biri bir neçə il əvvəl mənə zarafatla demişdi ki, dünyada korrupsiya səviyyəsinə görə ölkə beşinci yerdədir. Yəni, o mənə anladırdı ki, ölkəsi birinci yerdə deyil. Baxmayaraq ki, neçə illər keçib, amma, amerikalılar Azərbaycanda biznesə münasibətdə yenə həmin zarafata inanmaqda qalır”, - səfir Amerika biznesmenlərinin Azərbaycan iqtisadiyyatına hələ də dərindən bələd olmadığını xatırladıb.

Onun fikrincə, iqtisadiyyat sahəsində səlahiyyətlər çox konsentrasiyalıdır: “Iqtisadiyyat hakimiyyət qruplarının əlində cəmləşib. Doğrudur, vaxtilə xanlıqlar var idi, indi xanlıqlar yoxdur. Azərbaycan müstəqil dövlətdir. Amma iqtisadiyyatda qruplar yenə də qalır. Amerika şirkətlərinə burada işləmək çətindir. Onlar kiminlə işləməyin vacibliyini anlaya bilmir və bu səbəbdən də Amerika şirkətləri genişlənə bilmir”.

Səfirin sözlərindən belə aydın olur ki, ABŞ-da Azərbaycanda mərkəzi hakimiyyətin yoxluğu qənaətindədirlər. Xanlıqlar dövrü ilə müqayisə etməklə və vəziyyətin eyni olmasına işarə vurmaqla səfir demək istəyib ki, ölkədə çoxhakimiyyətlilik var və regional - iqtisadi qruplar arasında bölüşdürülmə aparılıb. Bu çıxışın başqa şərhi isə Ilham Əliyevin simasında siyasi hakimiyyətin tanınmamasıdır. Yəni, ABŞ hökuməti Ilham Əliyevin ölkəyə nəzarət edə bilmədiyini düşünür və durum o qədər ciddidir ki, onu ifadə etməkdən çəkinmir.

Səfir Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektoruna, xüsusilə kommunikasiyaların inkişafı sahəsinə böyük maliyyə vəsaitləri ayırdığını diqqətə çatdırıb: “Ölkədə aqrobiznesin inkişafı sahəsində potensial böyükdür. Əhalinin 40 faizi kənd təsərrüfatında məşğuldur. Amma ümumi daxili məhsulun formalaşdırılmasında kənd təsərrüfatının payı cəmi 6 faiz təşkil edir”. Avropa və Amerika investorlarını Azərbaycanda aqrobiznesin inkişafına, monopoliyadan kənar emal müəssisələrinin yaradılmasına yardım etməyə çağırıram”.

Bu isə o deməkdir ki, Azərbaycan əhalisinin 40 faizinin əmək fəaliyyəti ölkə iqtisadiyyatının cəmi 6 faizi üçün çalışır. Qeyri-neft sektorunun inkişafına diqqət ayrılmamasının əsas göstəricisi sayılan bu fakt həm də hakimiyyətin qurama rəqəmlərinin ifşasıdır.

Seymur

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-88957443651173326062011-09-29T14:16:00.000+05:002011-09-29T14:16:04.682+05:00Tanınmış yazar Ərdoğanın qəzetində Əliyevləri rüsvay etdi

«Bu rusiyameylli iqtidar hakimiyyətdə olduğu müddətdə qatığı üfləyərək yeməliyik»

«Bu gün bir rus əlini-qolunu sallaya-sallaya Azərbaycana girib-çıxır, amma türk girə bilmir»

Türkiyənin tanınmış qələm sahiblərindən biri, məşhur yazıçı Nihal Atsızın oğlu Yağmur Atsız “Star” qəzetində Azərbaycan hakimiyyətinin Rusiya və Israilpərəst siyasət yürütdüyünü yazıb. “Bir millət, iki dövlət” başlıqlı məqalədə Azərbaycan iqtidarı bu mövqeyinə görə tənqid olunub.

Yazısına “Israil qaynaqlı bir xəbərə görə, Türkiyə Bakıdakı səfirliyi vasitəsilə Azərbaycan hökumətini xəbərdar edərək Israillə yaxın münasibət qurmamağı, Türkiyənin yanında olmağı istəyib. Xəbərin doğru olduğunu düşünürəm” deyə başlayan müəllif qeyd edir ki, müstəqilliyini qazanandan sonra Azərbaycanın Türkiyə ilə münasibətləri bir müddət çox yaxşı olub, lakin sonradan vəziyyət dəyişib.

“Sovet ”nomenklaturasının” mənsubu olan Azərbaycan rəhbərliyi hər zaman Rusiyaya və ruslara meyllənib. Azərbaycanın keçmiş prezidenti və hazırkı prezidentin atası Heydər Əliyev KQB generalı və “Sovet Politbürosu”na girməyi bacaran ilk azərbaycanlı idi. Heydər Əliyev 2002-ci ilin yanvar ayında Qəbələ RLS-i 165 milyon dollara ruslara kirayəyə verdiyi zaman Moskva və Yerevan bunu bayram etdilər. “Trud”un 30 yanvar tarixli sayında “Əliyev vəfasını göstərdi!” başlığıyla bir xəbər yayıldı. “Armeniya Novosti”in 31 yanvar 2002 tarixli manşeti isə beləydi: “Qəbələ RLS artıq nəzarətimizdə!”, - deyə Yağmur Atsız yazır.

Tanınmış yazar daha sonra Azərbaycan ordusuna nəzarətin Israilə təslim edildiyi haqda qeydlər verir: “Ilk illərdə bu ordunu qurmaq və təlimlər keçmək türk zabitlərinə tapşırılmışdı. Bu gün onlar geri göndərilib və yerlərinə israilli zabitlər keçib. Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi bir milyard, Azərbaycan-Israil arasında isə iki milyarddır. Azərbaycan Silahlı Qüvvələrinin silah-sursat ehtiyacları demək olar ki, bütünlüklə Israil tərəfindən qarşılanır. Üstəlik Azərbaycan türklərə viza sərbəstliyi təmin etmir. Bu gün bir rus əlini-qolunu sallaya-sallaya Azərbaycana girib-çıxır, amma türk girə bilmir. Illərdir ağızlara saqqız edilən ”Bir millət, iki dövlət” söhbəti yaxşıdır, xoşdur. Amma məncə, bizlər Azərbaycanda bu rusiyameyilli iqtidar hakimiyyətdə olduğu müddətdə qatığı üfləyərək yeməliyik”.

Qeyd edək ki, məqalənin dərc olunduğu “Star” qəzeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yaxın media quruluşlarından biri kimi tanınır.

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-62858302871587307622011-09-29T14:14:00.000+05:002011-09-29T14:14:08.725+05:00“WikiLeaks”də Naxçıvan dəhşətləri

ABŞ səfiri muxtar respublikadakı vəziyyəti gizli teleqramında necə təsvir edib?

MR-in baş naziri səfirə «Rusiya və Irandan heç nə öyrənə bilmərik. Onlar bizi «həbs» etməyə çalışırlar» deyib

Amerikalı diplomatların Vaşinqtona yazdığı hesabat xarakterli məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının ölkəmizlə bağlı yaydığı sənədlərin dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdə səfiri olmuş End Dersi 2007-ci il oktyabrın 18-də qələmə aldığı məktubda Naxçıvanda müxalif düşüncəli insanlara qarşı aparılan repressiyalara toxunub. Diplomat muxtar respublika rəhbərliyi tərəfindən təqib olunan və mövcud sosial vəziyyətdən şikayət etdiyinə görə həbs edilərək psixiatrik xəstəxanaya salınan AXCP üzvü Ələsgər Ismayılovun başına gətirilən tükürpədici olayın təfərrüatlarını qeydə alıb.

71 yaşlı Cəbhəçinin başına gətirilənlər səfirin məktubunda

Enn Dersi yazır ki, oktyabrın 10-da səfirlik əməkdaşları ilə görüşən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 71 yaşlı fəalı Ələsgər Ismayılov həbsi və psixiatrik xəstəxanaya yerləşdirilməsiylə bağlı məlumat verib. Ismayılov bildirib ki, o, Naxçıvanın yerli hakimiyyətinə yazdığı şikayət məktubundan imtina etmədiyi üçün həbs olunub. Sentyabrın 27-28-i aralığında Naxçıvana səfər edən səfirlik əməkdaşları Ismayılovun yaxınları və ailə üzvləri ilə görüşüb. Onlar Ələsgər Ismayılovun siyasi baxışlarına görə təqib olunduğunu və Naxçıvan rəhbərliyinin qəzəbinə tuş gəldiyini bildiriblər.

“Ələsgər Ismayılov kommunal xidmətlərdə yaranmış problemlərlə bağlı yazdığı etiraz məktubunu dəyişdirmədiyi üçün Sədərək polis şöbəsinin rəisi Fariz Məmmədov tərəfindən təzyiqlərə məruz qalıb. Polis rəisi Ismayılovun şikayət məktubunu geri götürməsini israrla tələb edib. AXCP üzvü isə bundan imtina etdiyinə görə polis rəisi onun həbsinə göstəriş verib. Fariz Məmmədov ”Onunla danışmaq mümkün deyil. Götürün bunu”, - deyə polis əməkdaşlarına əmr verib. Ismayılov bildirib ki, onun ailəsi nə baş verdiyini anlamayıb. O, məcburən patrul maşınına əyləşdirilib. AXCP üzvü qeyd edib ki, o polis şöbəsində 8 saat ərzində ac-susuz saxlanılıb. Hətta onun ayaqyoluna belə, getməsinə icazə verilməyib”,- deyə Enn Dersi məktubunda yazıb.

Polis bölməsində işgəncələr

Keçmiş səfir daha sonra qeyd edir ki, polis bölməsində saxlanılan Ələsgər Ismayılova qarşı heç bir ittiham irəli sürülməyib, hüquq-mühafizə orqanı onun həbsiylə bağlı açıqlama verməkdən imtina edib. Səfir yazır ki, Ismayılov Naxçıvan rəhbərliyinin istəyinə uyğun olaraq ona diqtə olunan sənədi imzalasaydı həbs edilməyəcəkdi. Dersi Ələsgər Ismayılovun saxlandığı polis bölməsində fiziki işgəncələrə məruz qaldığını da vurğulayıb.

Ismayılovun “ruhi xəstə” elan olunması

Qanunsuzluqlara etiraz etdiyinə görə 71 yaşlı AXCP üzvünə “ruhi xəstə” damğası vurulması isə məktubda belə təsvir olunub: “Bir müddət sonra AXCP üzvü saxlandığı polis bölməsindən Naxçıvandakı psixiatrik xəstəxanaya yerləşdirilib. Orada ona qarşı qeyri-insani hərəkətlər edilib. Xəstəxanada onun hüquqları kobud şəkildə məhdudlaşdırılıb. Ələsgər Ismayılov təxminən 5-6 gün xəstəxana palatasında tək saxlanılıb. Onun ailə üzvləri ilə görüşməsinə imkan verilməyib. Halbuki xəstəxanada müalicə olunan digər xəstələrin ailə üzvləri ilə görüşməsinə heç bir maneə törədilməyib.

Daha sonra Bakıya gətirilən Ələsgər Ismayılov Maştağadakı ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib. Ismayılovun sözlərinə görə, həkimlər onun xəstəxanada saxlanılmasına heç bir səbəb olmadığını bildiriblər. AXCP fəalı bildirib ki, həkimlər hər gün onun tezliklə xəstəxanadan buraxılacağını söyləyirdilər. Ələsgər Ismayılov səfirlik əməkdaşlarına bildirib ki, o üzləşdiyi qanunsuzluqlara görə məhkəməyə şikayət edəcək. Sədərək polis şöbəsinin rəisi Fariz Məmmədovun həbs edilməsinə çalışacaq".

ABŞ səfiri Naxçıvanda

Enn Dersi Naxçıvanla bağlı başqa bir gizli teleqramı isə 2007-ci il noyabrın 26-da yazıb. Diplomat həmin məktubda muxtar respublikaya baş tutmuş səfərin, orada keçirdiyi görüşlərin və apardığı müzakirələrin təfərrüatlarını qeyd edib. Amerikalı diplomat yazır ki, Naxçıvana səfərində demokratik inkişafın mühümlüyünə dair ciddi açıqlamalar verib. O, Naxçıvanda fəaliyyət göstərən siyasi partiyaların və QHT təmsilçiləri ilə də görüşüb. Naxçıvanın baş naziri Əlövsət Baxşıyevlə görüşündə isə muxtar respubilkada insan hüquqlarının məhdudlaşdırıldığı barədə məlumatlı olduğunu və ABŞ hökumətinin Azərbaycanda qanunun aliliyinin qorunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Baxşıyev cavabında diplomata bildirib ki, ABŞ-la əməkdaşlıq Azərbaycan üçün mühümdür. “Biz ABŞ-la ikitərəfli münasibətlərin daha da sıxlaşmasını istəyirik. Çünki Rusiya və Irandan heç nə öyrənə bilmərik. Onlar bizi ”həbs” etməyə çalışırlar”, - deyə Baxşıyev əlavə edib.

MR-in baş naziri Iran haqqında

Muxtar respublikayla həmsərhəd olan Iranın nüvə proqramına dair atdığı addımlar və bunun region, xüsüsən Naxçıvanın təhlükəsizliyi baxımından ciddi narahatlıq yaratdığını söyləyən Baxşıyev Enn Dersiyə söyləyib ki, Iranda mövcud rejim dəyişməyənə qədər rəsmi Tehranın nüvə proqramından və nüvə silahı əldə etmək niyyətindən imtinası mümkün deyil.

Səfirin Naxçıvan müxalifətçiləri ilə söhbəti

Naxçıvanda fəaliyyət göstərən müxalif partiyaların təmsilçiləri ilə keçirilən görüşlə bağlı qeydlərini yazan Enn Dersi bildirir ki, danışıqlarda muxtar respublikada demokratik institutların bərpası, antikorrupsiya addımları və qanunun aliliyinin qorunması məsələləri müzakirə olunub. Müxalifət təmsilçisi Meydan Babayev bildirib ki, muxtar respublikada insan haqları və demokratik prinsiplər kobudcasına pozulur. Iran isə bu vəziyyətdən öz maraqları naminə istifadə edir.

Nurəddin Babayev isə səfirə söyləyib ki, Naxçıvanda müxalifətçi olmaq böyük cəsarət tələb edir. Hətta həmin şəxsə “milli qəhrəman” kimi baxırlar.

Enn Dersi məktubun sonunda - şərh hissəsində Naxçıvanın coğrafi vəziyyəti barədə qısa məlumat verib. Diplomat muxtar respublikanın Azərbaycan siyasətində mühüm regionlardan biri olduğunu xatırladaraq yazır ki, Naxçıvan Heydər Əliyevin və hakim elitanın siyasi dəstəyinin ən mühüm təminatçısıdır. Eks prezident Heydər Əliyev və onun ətrafındakı kadrların əksəriyyəti əslən naxçıvanlıdırlar. Muxtar respublikada demokratik azadlıqlar Bakıdan xeyli geridə qalıb.

Siyasət şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-20885997188071620202011-09-29T14:09:00.000+05:002011-09-29T14:09:45.066+05:00“Fövqəlnazir”i “Mahir Abdullayev oyunu”na kim qoşub?

Kəmaləddin Heydərovun rəqibləri Elşad Abdullayevin qardaşının oğurlanmasını onun üzərinə yıxmağa çalışıb

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin “Azadlıq”a təqdi etdiyi faktlar gündəmə bomba kimi düşdü. Milli Təhlükəsizlik Nazirliyinə (MTN) də təqdim edilən bu faktlar Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlıdır.

Həmin faktlarda diqqətçəkən məqamlardan biri Mahir Abdullayevin oğurlanmasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adının hallandırılmasıdır. Elşad Abdullayev özü bu məsələyə görə “fövqəlnazir”i ittiham etmir. Amma rektorla aparılan danışıqlarda Mahir Abdullayevin, guya, Kəmaləddin Heydərovun göstərişi ilə MTN-də “dərman altında” saxlanıldığı iddia olunur. Rövşanə adlı bir qadın isə Elşad Abdullayevlə “fövqəlnazir”in anası Hacı Simuzər xanımın adından danışır.

Görünür, Kəmaləddin Heydərovun hakimiyyətdəki rəqibləri Mahir Abdullayevin oğurlanmasını onun üzərinə yıxmağa çalışıblar. “Fövqəlnazir”in hakimiyyətdəki rəqibləri hətta bu məsələdə onun anasının adından istifadə etməkdən çəkinməyiblər. Heç şübhəsiz Kəmaləddin Heydərovun anasının adından danışan Rövşanə adlı qadın kimlərinsə sifarişilə bu rola girib. Bu qadın nüfuzlu şəxslərin himayəsində olmasaydı, belə bir addım atmazdı.

Bəs görəsən, Elşad Abdullayevin açıqladığı bu faktlardan sonra Kəmaləddin Heydərov məsələ ilə bağlı araşdırma aparacaqmı?

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-39157478900099170052011-09-29T13:55:00.000+05:002011-09-29T13:55:32.159+05:00“Ramiz Mehdiyevin adamı 15 silahlı ilə qardaşımın kabinetinə gəlib”

Mülkləri əlindən alınmış iş adamı Nurəddin Zülfüqarlı ilə müsahibə

«Hər ay qazancın 80 faizi Rüstəm Şahbazovun kassasına təhvil verilirdi»

başlanğıcı ötən saylarımızda

- Nurəddin müəllim, bəs siz həbsdə ola-ola zavodun səhmlərini necə aldılar? Sənədləşmə necə aparıldı? Səhmlər kimin adına keçirildi?

- Artıq mənim də, qardaşım Loğmanın da qarşısında şərt kəsmişdilər ki, sizin azad olunmanız üçün əmlakı verməyiniz lazımdır. Əks təqdirdə həbsdə qalacaqsınız. Başqa tərəfdən isə Kərəm Həsənovun adamları azadlıqdakı qardaşlarımı tez-tez çağırıb razılaşma ilə bağlı təzyiq edirdilər. Yəni əmlakdan imtina etməsəniz qardaşlarınız həbsdə çürüyəcək, başınız bəladan qurtulmayacaq. Nəhayət, məni qardaşım Baxış Zülfüqarlı ilə görüşdürdülər. Baxış dedi ki, vəziyyət gərgindir, ailələrimiz təhdid altındadır, Kərəm Həsənovla görüşmüşəm, o da deyib ki, get qardaşınla sonuncu dəfə söhbət et, əgər əmlakların verilməsinə razılaşmasanız, sizlər də həbs olunacaqsınız. Baxışla rəisin kabinetində görüşdük, dedi ki, ya səndən imza almalıyam, ya da çıxanda məni də həbs edəcəklər. Çünki Kərəm Həsənov onu buna görə həbsxanaya göndərmişdi. Bir neçə dəqiqədən sonra içəri müstəntiq Emin Məmmədov daxil oldu, o, çox gərgin idi. Emin Məmmədov dedi ki, bu hadisələr onda ürək xəstəliyi yaradıb, çox pis vəziyyətdədir, bəs sən nə düşünürsən? Bildirdim ki, təzyiqiniz çox güclüdür, bəs mən nə etməliyəm? O, qardaşıma etibarnamənin verilməsinin vacib olduğunu deyərək əlavə etdi ki, bu gün bütün məsələlər tam həll olunmalıdır, əks təqdirdə o biri qardaşların da həbs ediləcək. Artıq qardaşıma vəkalət verməyə məcbur oldum, amma inanmırdım ki, əvəzsiz olaraq kiminsə adına keçirə bilərlər. Çünki prosedura görə bu irilikdə müəssisəni kiməsə vermək üçün alqı-satqı olmalıdır. Amma təəssüf ki, vəkaləti verdiyim günü, 30 mart 2006-cı ildə depozit mərkəzindən səhmlərin 80 faizi Rüstəm Şahbazovun qohumu, Lerik rayon sakini Gəray Məmmədovun adına keçirildi.

- Gəray Məmmədov kim idi?

- Araşdırmamız nəticəsində məlum oldu ki, Lerikin Ordahal kəndində kasıb bir vəziyyətdə yaşayır, heç özünün də bu məsələlərdən xəbəri olmayıb. Sadəcə, ona ayda 150-200 manat veriblər, həm də müəssisənin adına keçirilməsi üçün mənzillə təmin edəcəklərini bildiriblər. Bildiyimə görə hələ bu vədi də yerinə yetirməyiblər.

- Yəni alqı-satqı müqaviləsi həyata keçirildi, amma heç nə ödənilmədi, belə demək olarmı?

- Bəli, sadəcə etibarnamə aldılar. Ancaq normal baxımdan bu prosedurların həyata keçirilməsi üçün ən azı iki ay vaxt lazımdır. Qardaşım Baxış Zülfüqarlı deyir ki, o, Kərəm Həsənovla son dəfə görüşəndən sonra ailə üzvlərimizlə məsləhətləşib və qərara gəlib ki, məndən razılıq alsınlar. Martın 30-da onu etibarnamə ilə notariat idarəsinə aparıb, işçi geyimində heç bir şeydən xəbəri olmayan bir adamla görüşdürüblər. Orada qardaşımın həmin adamla söhbət etməsinə fürsət yaranıb, vəziyyətdən, müəssisələrdən məlumatı olub-olmadığını soruşub, görüb heç nədən xəbəri yoxdur. Sadəcə, bağlarda fəhlə işləyib, Rüstəm Şahbazovun əmri ilə gətirib əmlakı onun adına keçiriblər. Qardaşım notariat idarəsində əmlakın həmin adamın adına keçirilməsinin fotosurətini alıb. Gəray Məmmədov bəlkə də cinayətdə iştirakını anlamayıb, amma pis durumda imiş. Məsələ həll olunandan sonra Afət Əliyeva ilə bağlı işə xitam verdilər.

- Beləliklə, 80 faizi aldılar, 17 faiz isə Sizə qaldı. Bəs bu proses necə davam etdi?

- Mən həbsdən azad olunduqdan bir neçə gün sonra Kərəm Həsənov məni və qardaşım Loğmanı görüşə dəvət etdi. Söhbət zamanı yenə etirazımı bildirdim, baş verənlərin qanunsuz, əmlakın geri qaytarılması üçün hüquqi müstəvidə tələblərimi davam etdirəcəyəmi, bu işi belə özbaşına buraxmayacağımı dedim. Kərəm Həsənov məni sakitləşdirməyə çalışdı, o, zorla heç nəyə nail olmağın mümkünsüzlüyünü və yolların olduğunu deyib, problemi həll edəcəyini söylədi. Necə həll edəcəyini soruşanda, bu məsələni onun öhdəsinə buraxmağı, bir zaman içərisində faizlərimizi geri qaytaracağını dedi. Onda mən dedim ki, bunu et, biz də zavodların fəaliyyətini bərpa edək.

- Bu müddətdə zavodların fəaliyyəti dayanmışdımı?

- Bəli. Kərəm Həsənov dedi ki, rəhbərliyin göstərişi var, zavodlar işləməlidir. Dedi ki, mən ora dörd nəfər nümayəndə təyin edəcəm, maliyyə məsələləri onların nəzarətində olacaq, Siz bu işi bildiyinizdən istehsala baxacaqsınız, hər ay istehsal nəticəsində ortaya çıxan 20 faizi Sizə, qalanını isə Əmlak Komitəsinə gətirəcəklər. O, bir daha bu məsələləri qaydaya salacağını vəd etdi. Amma mən inanmırdım, çünki onun çox mahir rol oynadığını bilirdim və inanmadığımı deyib vədini yazılı verməsini istədim. Belə olanda cavab verdi ki, Nurəddin, səninlə danışmaq çox çətindir, çox danışırsan, məsələləri pozacaqsan, yaxşı olar ki, ölkədən get, Loğmanla bu işi davam etdirərik. Gördüm ki, mümkün deyil, artıq bir mafiya ilə üz-üzə qaldığımı hiss etdim, ona görə ölkəni tərk etdim. Hər şey qardaşım Loğmanın öhdəsində qaldı. Loğman da kollektivi toplayıb yenidən kreditlər alıb sərmayələr qoydu və iş bərpa olundu. Gündəlik iş ondan ibarət idi ki, qardaşlarım xammal gətirib istehsal edirdi, maliyyə isə onların təyin etdiyi dörd nəfərin nəzarətindəydi. Ayın sonunda payımıza düşənləri bizə verib, 80 faiz isə Əmlak Komitəsinin rəsmisi Rüstəm Şahbazovun kassasına gedirdi.

- Həmin 80 faiz təxminən nə qədər məbləğ idi?

- 5 il ərzində onlara 11 milyon manat verildi. Əslində bu vəziyyətdə təkcə biz deyildik, bir çox şirkətlər ayın sonunda 80 faizi Rüstəm Şahbazovun kassasına təhvil verirdi. Onun kabinetinin arxa otağında xüsusi hazırlanmış seyflər var idi, bu seyflərin hər “gözünə” 1 milyon yerləşdirmək olurdu, yəni 1 milyon 100 dollar yerləşməzdi, yalnız 1 milyon mümkün idi. Hər ayın sonunda da bu cür pulların təhvil verilməsinə növbə olurdu.

- Bəs 17 faizi sizlərdən necə aldılar?

- Deməli, biz işləməkdə davam etməklə bərabər Kərəm Həsənova vədini xatırladıb haqqımızı tələb edirdik. Ancaq o, hər dəfə bir bəhanə ilə bizi aldadırdı. 2006-cı ildən 2010-cu ilin sonlarına qədər belə davam etdi. Baxmayaraq ki, Kərəm Həsənov fəaliyyətimizə heç bir problemin olmayacağını desə də, müdaxilələr olurdu. Azərbaycan reallığını bilirsiniz, Sosial Müdafiə Fondundan və başqa qurumlardan gəlib pul istəyirdilər. Birtəhər bu cür yoxlamaları yola verirdik. 2010-cu ilin yayında yenidən problemlər başladı, gömrükdə mallarımızı saxladılar, bir sözlə, yerdə qalan 17 faizi də almaq istəkləri bəlli olurdu. Əvvəlcə qarşımıza şərt qoydular ki, zavoda gələn magistral elektrik xəttini dəyişdirmək lazımdır. Anlayırdıq ki, elektrik xəttini dəyişdirdikdən sonra zavodu əlimizdən alacaqlar, amma çarəmiz yox idi. Bir məqamı vurğulayım ki, mən həbs olunanda Poladtökmə Zavodunda armatur istehsal edən avtomatik xətt qurmuşduq, sadəcə betonlaşma işi qalmışdı. Həbsdən çıxanda Kərəm Həsənov dedi ki, gedin nə qədər avadanlıq var, hamısını kəsib əridin. Biz dedik ki, axı, zavoda nə qədər sərmayə qoyulub, iş görülüb, əlimiz gəlmir, bunu necə etmək olar? Amma o, qurğunun kəsilməsini tələb edərək armaturun yalnız “Baku-Steel-Company”nin istehsal edəcəyini bildirdi. Artıq o zaman armaturun başqa çeşidlərinə keçmişdik. Amma Kərəm Həsənov 20 milyonluq avadanlığı bizə kəsdirib əritdi.

- Elektrik xəttinin taleyi necə oldu?

- Bu xəttin çəkilişinə 1 milyon manat sərmayə qoyduq. Çəkiliş zavodun istehsal gücünün 50 faiz artırılması demək idi. Zavodun bağlanma günü Loğman Zülfüqarlının oturduğu kabinetə Rasim Məmmədov adlı şəxs 15 nəfər silahlı adamla gəldi.

- O kimdir?

- Rasim Məmmədov Ramiz Mehdiyev ailəsinin biznesini idarə edir. Söhbət Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni Ilham Əliyevin biznesindən gedir. Hazırda Bakıdakı Oksford Universitetini də o idarə edir. Rasim Məmmədov gəlib Loğman Zülfüqarlıya dedi ki, artıq 17 faizin verilməsi zamanı çatıb, zavodu təhvil verib buranı tərk edin. Rasim Məmmədov türklərin müəssisəsinin alındığını və “Baku-Steel-Company”nin də onlara məxsus olduğunu söyləmişdi. Biz etiraz etdik ki, axı belə olmaz, əvvəl 80, indi də 17 faizi, bu, nə deməkdir? Rasim Məmmədov bildirdi ki, əgər deyilənlər yerinə yetirilməsə, yenidən həbs olunacaq, ailənizin də problemləri yaranacaq. Açıq şəkildə dedi ki, bu işin arxasında Ramiz Mehdiyev və Bəylər Əyyubov dayanır. Ondan sonra Bəylər Əyyubovla görüşə cəhd etdik və Loğman onunla görüşə bildi. Loğman vəziyyəti anlatdı, nə qədər sərmayə qoyduğumuz, zəhmətimizi, daha yaxşı işlər görə biləcəyimizi söylədi, doğrusu, o, bir qədər yumşaq yanaşıb qalıb işləyə biləcəyimizin mümkünlüyünü vurğulamışdı. Ancaq Rasim Məmmədov işi elə qurdu ki, sonradan Bəylər Əyyubovla görüşə bilmədik. Və gecəylə bizi ölkəni tərk etməyə məcbur etdilər. Bundan sonra Loğman məcburiyyət qarşısında qalıb 18 milyon dəyərində əmlakı qoyub Azərbaycanı tərk etdi.

- Bəs Kərəm Həsənova vədini xatırlada bildinizmi?

- O, Loğmanı çağırıb daha gücü çatmadığını və zavodu təhvil verməyimizi istədi. Amma yenə də 18 milyonluq əmlakı geri qaytaracağına və ayda da 20 faizi özünün verəcəyinə söz verdi. Əlbəttə ki, bunlar növbəti yalanlar idi, çünki bizi zavoddan çıxartdıqdan sonra heç nə etmədilər. Belə olduqda biz ölkəni tərk edib Türkiyəyə gəlmək məcburiyyətində qaldıq. Ancaq bir müddət sonra Rasim Məmmədov başqa əmlaklarımızı da almağa başladı.

- Söhbət hansı əmlaklardan gedir?

- Bunlar “kupçası” olan özəlləşdirilmiş şəxsi əmlaklardır. Bu mülklər qardaşlarım Loğman və Elnurun adına idi. Həmin mülklər zavodun ətrafındadır. Halbuki, bu mülklərin torpağı da özəl idi. Bizim artıq gücümüz yox idi, çünki Rasim Məmmədov həmişə silahlı adamlarla gəzirdi. Buna baxmayaraq, dövlətin ali orqanlarına etdiyimiz şikayətlərə də reaksiya verilmədi. Bunun əvəzində Rasim Məmmədov qardaşlarımı çağırıb bizim Qaradağ rayonunun Buta qəsəbəsindəki müəssisəmizi istədi.

- Dediniz ki, Rasim Məmmədov əmlaklarımızı tələb edirdi, bəs kimin istəməsi ilə bağlı konkret ad çəkirdimi?

ardı var

Müsahibəni hazırladı: Şahvələd Çobanoğlu

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-21556701557033397092011-09-29T13:49:00.000+05:002011-09-29T13:49:50.561+05:003-cü mikrorayon bazarı da söküləcək

Bu məşhur bazar da Əliyev iqamətgahının güdazına gedir

Oranı ələ keçirmək üçün Ziya Məmmədov hərəkətə keçib

Sökülməsi planlaşdırılan ünvanlardan biri də 3-cü mikrorayon bazarıdır. Rəsmi dairələrdə bazarın sökülməsini ərazinin sıxlıq olması və tıxacların yaranması ilə izah edirlər. Əslində isə səbəb tamam başqadır. Bazarın sökülməsinin başlıca səbəbi Ilham Əliyev üçün tikilən iqamətgahdır.

Ölkə başçısı üçün tikilən yeni rezidensiya keçmiş Karl Marks prospektindən “Olimpik Star” Əyləncə Mərkəzinə və “Azadlıq” prospektindən “Papanin” küçəsindəki hərbi hospitala qədər ərazini əhatə edir. Artıq bu ərazidə yerləşən bir neçə göydələn uçurulub. Yaxın vaxtlarda “Xutor” qəsəbəsinin sökülməsinə başlanılacaq. Rezidensiya üçün nəzərdə tutulan ərazidə bir sıra məmurların villaları, obyektləri yerlə-yeksan ediləcək. Hətta Ilham Əliyevin əmisi Cəlal Əliyevə məxsus olan “Yeganə” şadlıq sarayı da bu ərazidə yerləşir. Həmin şadlıq sarayının da söküləcəyi bildirilir.

O ki qaldı bazarın sökülməsinə, yaxın aylarda bu prosesə start veriləcək.

“ZQAN” Holdinq yeni bazarı ələ keçirmək istəyir

Bazar yolunun bir hissəsi artıq bağlanıb. Ərazidə ağır texnika işə başlayıb. Orada çalışan fəhlələr tikinti barədə məlumat vermək səlahiyyətlərinin olmadığını bildirdilər. Səlahiyyətli şəxsləri isə tapmaq mümkün olmadı. Sahibkarlar bazarın başqa əraziyə köçürülməsi barədə xəbərlərin dolaşdığını söylədilər. Onlar deyirlər ki, bazarın tamamilə sökülməsi nəzərdə tutulur: “Daha doğrusu bazar 2 il müddətinə köhnə avtovağzalın boş qalmış ərazisinə köcürüləcək. Nəqliyyat naziri Ziya Məmmədov tikiləcək bazarı ələ keçirmək üçün ”ZQAN" Holdinqi hərəkətə keçirib. Deyilənlərə görə, köhnə avtovağzalın ərazisində bizə yeni bazar tikmək istəyirlər”.

Burada çalışan sahibkarlardan biri bazarın köçürülməsi xəbəri yayılan zaman hərəkətə keçmək istəyib. Yəni ölkədə azad rəqabətin olduğunu düşünən şəxs bütün işləri öz üzərinə götürərək bazarın yeni ünvana köçürülməsini istəyib. Ancaq sonradan anlayıb ki, ölkədə biznes strukturu yüksək rütbəli məmurların və onların yaxınlarının nəzarəti altındadır. Hakimiyyətə yaxın olmayan sahibkarlar isə hər addımbaşı qanunsuzluqla üzləşir.

Bazara girib orada alış-veriş etmək çox çətindir. Qulaqbatırıcı səsdən bazarın satıcıları da narazılıq edir, alıcıları da.

Sahibkarlar Ilham Əliyev üçün tikilən iqamətgaha görə buradan çıxamağa etiraz etmədiklərini deyirlər. Ancaq onlara normal şəraitin yaradılmasının tərəfdarıdırlar: “Istəyirik ki, buradakı şərtlər çərçivəsində bizə dükan verilsin. Yer haqqı alverimizə uyğun olsun. Aya 700-800 manat yer haqqı ödəmək imkanımız xaricindədir”.

Ancaq bazarın söküləcəyi təqdirdə onlara normal iş şəraitinin yaradılacağına inanmırlar. Indiyə qədər gördükləri onlara yaxşı şəraitin yaradılacağına təminat vermir.

Antisanitariya var, ancaq...

Bazarın sökülməsinə səbəb kimi antisanitariya göstərilir. Ancaq sahibkarlar bununla razılaşmır. Onların fikrincə, 3-cü mikrorayon bazarında antisanitariya sökülmək üçün əsas ola bilməz: “Bakıda onlarla bazar var ki, antisanitariya hökm sürür. Ancaq onları bağlamırlar. Çünki bu onların marağına xidmət edir. Bu bazarı sökməklə daha yaxşısını inşa etmək istəyirlər. Yəqin ki, yeni bazarda yer haqqı da baha olacaq. Məqsəd bütün biznesləri öz əllərində cəmləşdirməkdir. Antisanitariyanı bəhanə edirlər. Əvvəllər deyirdilər ki, 3-cü mikrorayonun fəaliyyət göstərməsi şəhərin, guya, ümumi görünüşünün pozulmasına gətirib çıxarır. O işə keçməyəndə yeni bəhanə tapıblar”.

Bazara girib satıcılarla söhbət edirik. Bizimlə söhbət edən digər sahibkarlar rəhbərliyin söküntü ilə bağlı onlara xəbər vermədiyini, söküntünün isə 1 il əvvəldən gündəmdə olduğunu bildirirlər.

Düzdür, bazarda antisanitariya var. Balıq satılan cərgədə bir dənə də olsun soyuducu yoxdur. Satıcılar deyirlər ki, balıq vannalarda suyun içərisində satıldığından, soyuducuya ehtiyac yoxdur: “Suyu da tez-tez dəyişirik”.

Yerə düzülmüş, içərisində balıqlar üzən vannalar bazarın içərisində xoşagəlməz mənzərə yaratsa da, kiməsə “gözün üstə qaşın var” deyən yoxdur. Satıcılar da günahı özlərində görmürlər.

Özünü bazarın baş nəzarətçisi kimi təqdim edən şəxs isə bazarın sökülməsi xəbərini təkzib edir: “Belə bir şey yoxdur. Əgər köçürülmə olsa, bunu can-başla edərik. Dövlətin qanunu nədirsə, biz də ona əməl etməyə hazırıq”.

Ancaq məsələnin görünən tərəfi odur ki, bazar tez bir zamanda söküləcək. Bazarın sökülməsində hansısa oliqarxın maraqları ola bilər. Ancaq Ilham Əliyev üçün tikilən iqamətgah bu işi sürətləndirir. Sökülmə əməliyyatı həyata keçiriləcəyi təqdirdə yüzlərlə ailə işsiz qalacaq. Həmişəki kimi...

Ramin DEKO

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-33782661194614808242011-09-29T13:47:00.000+05:002011-09-29T13:47:27.088+05:00“Medal əməliyyatı”na Britaniya parlamenti də qarışdı

İngilis parlamentari Heydərovun gizli sövdələşməsinin ciddi araşdırılmasını tələb etdi

BBC-nin “Newsnight” teleproqamında Azərbaycan Boks Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AIBA) 2012-ci il London Olimpiadasında 2 azərbaycanlı boksçunun World Series Boxing (WSB) seriyası üzrə qızıl medal alması üçün rüşvət ödəməsiylə bağlı olay aktuallığını saxlayır. Dünyanın ən nüfuzlu idman yarışı ətrafında yaranmış rüşvət qalmaqalı AIBA, Beynəlxalq Olimpiya Komitəsininin (BOK) və 2012-ci il Olimpiya oyunlarına ev sahibliyi edəcək Ingiltərənin ciddi narahatlığına səbəb olub.

Həm AIBA, həm də BOK olayla bağlı araşdırmalara başlandığını açıqlayıb. BOK prezidenti Cak Rok rəhbərlik etdiyi qurumun rüşvət faktını araşdırmağa başladığını söyləməsindən sonra qalmaqallı xəbəri ilk yayımlayan BBC telekanalı da rəsmi şəkildə BOK-a müraciət edərək başlanan təhqiqata yardımçı olacağına söz verib. Telekanal rəsmisi məsələ ilə bağlı əllərində olan dəlilləri komitəyə təqdim etməyə hazır olduqlarını bildirib.

2012-ci ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək Ingiltərə hökuməti məlum olayla bağlı rəsmi münasibət bildirməsə də, ölkə parlamentinin üzvü Damiyan Kollinz BOK-u rüşvət qalmaqalıyla əlaqədar ciddi araşdırmalar aparmağa və günahkarları cəzalandırmağa çağırıb. Britaniya parlamentinin üzvü bu tip hadisələrin beynəlxalq idman yarışlarının şəffaflığına olan inamın azalmasına yol açacağını bildirib.

Informasiya şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-2075890698487750732011-09-29T13:37:00.000+05:002011-09-29T13:37:35.352+05:00Fövqəlnokaut

İdmanımızın inkişaf nağılı bitdi

BBC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun London olimpiadasında iki qızıl medal qazanılması üçün beynəlxalq boks təşkilatına 10 milyon dollar ödəməsi xəbəri hakimiyyətə necə zərbə vurubsa, hələ də əks-təbliğatla məşğul olurlar. Yerli telekanallar Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevi danışdırır, o da and-aman eləyir ki, rüşvət-zad verməyiblər. Halbuki həvəskar boks assosiasiyası AIBA pul söhbətini inkar eləmir, olimpiadanın fonduna 9 milyon köçürüldüyünü bildirir. Bizimkilərin asıb-kəsməyinə baxmayın, BBC elə-belə kanal deyil ki, dezinformasiya yaysın. Böyük Britaniyanın televiziya şirkəti əlində konkret fakt olduğunu bəyan edir, buna görə də beynəlxalq arenada korporasiyanın üzərinə çox gedə bilmirlər.

Boks qalmaqalı daha çox bir məsələyə aydınlıq gətirdi. Hakimiyyətin təbliğat kimi istifadə etdiyi idmanın inkişafı arqumenti sabun köpüyündən başqa bir şey deyilmiş. Məlum oldu ki, uğursuz siyasət yürüdən iqtidar idmanda uğurları rüşvətlə almağa çalışır. Indiyə qədər hakimiyyətin pulla yaxşı göstəriciləri əldə etdiyindən şübhələnirdik. Voleybol üzrə qadınlar arasında keçirilən “Top-Komanda” kubokunu yada salaq. “Azərreyl”in həmin yarışda birinci yeri tutması indi də müzakirə mövzusudur. Yəqin ki, otüstü hokkey millisinin “lipa” qalmaqalını unutmamısınız. Onda komanda soyadı dəyişdirilmiş koreyalılarla gücləndirilmişdi, bu ortaya çıxanda isə biabır olmuşduq. Yeri gəlmişkən, futbolda da bu fırıldağa əl atmışıq. Ukraynalı qadınların hesabına milli formalaşdırmaq istəyirdik, amma alınmadı. Hakimiyyət xüsusilə güləş və ağırlıqqaldırmada legionerlərin hesabına boşluğu aradan qaldırmağa çalışır. Bir sözlə, ölkə rəhbərliyi hər cür yola əl atır ki, süni inkişaf mənzərəsi yaratsın.

Məsələ təkcə idmanda deyil. Eldar və Nigar cütü “Eurovision”da birinci yeri tutdu, küçələrə çıxdıq, atılıb-düşüb qələbəni bayram elədik. Bəs qələbənin arxasında nə dayanır? Birdən-birə necə oldu ki, hamını geridə qoymağı bacardıq? Doğrudanmı bizim musiqidə inqilab baş verib? Suallara cavab vermək çətindir. Amma iş orasındadır ki, onda da bizi rüşvətlə qələbəni almaqda ittiham etdilər. Yadınıza gələr, bosniyalı iştirakçı bizimkilərin birinci yeri pul gücünə təmin etdiyini söyləmişdi.

Bax, beləcə idmanımızın inkişaf nağılı da bitdi, fövqəlnokaut işini gördü. Gözləməyin, cənablar, belə nağıllardan sonra göydən üç alma düşmür...

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-16753152193248867322011-09-29T13:13:00.000+05:002011-09-29T13:13:53.207+05:00Misir Mərdanovun “nişan əməliyyatı”

Nazir məktəblərdə 3 manata döş nişanı satdırır

Yeni tədris ili başlayandan valideynlər Təhsil Nazirliyinin yeni dəbi ilə üzləşiblər. Bu dəb şagirdlərin, üzərində oxuduğu məktəbin nömrəsi yazılan və dövlət bayrağı təsvir olunan döş nişanları taxmasıdır. Valideynlər yeni dəbdən ona görə narazıdırlar ki, bunun üçün əlavə pul ödəməlidirlər. Bir döş nişanının qiyməti isə nə az, nə çox 3 manatdır. Halbuki bu işlə məşğul olan sahibkarlar deyir ki, həmin döş nişanlarının maya dəyəri 40 qəpikdən artıq ola bilməz.

Deməli, Təhsil Nazirliyinin şagirdlərə döş nişanı taxdırması həm də yeni korrupsiya mənbəyidir. Nəzərə alsaq ki, ölkə üzrə 1 milyondan artıq şagird var, onda Misir Mərdanovun döş nişanı satışından milyonlar qazandığı aydın olar.

Informasiya şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-3084698415167228462011-09-29T12:55:00.000+05:002011-09-29T12:55:51.445+05:00Neft Fondundan 28 milyard xərclənib

Nemət Əliyev: «Fondun vəsaitinin yarısının səmərəsiz formada xərclənməsi təəssüf doğurur»

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Fonda fəaliyyəti dövrü ərzində 60 milyard dollardan çox vəsait daxil olub. Hazırda Fondun vəsaitinin 32 milyard dollar qaldığını deyən Ş.Mövsümov vurğulayıb ki, bu vəsaitlər Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars layihələrinin reallaşmasına, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, gənclərin xaricdə təhsil almasına xərclənib.

Maraqlıdır ki, hələ Fond yaranarkən bəyan olunmuşdu ki, bura yığılan vəsaitlər gələcək nəsillərin inkişafı üçün qorunub saxlanılacaq. Amma qısa müddətin keçməsinə baxmayaraq artıq Fondun vəsaitlərinin yarısı xərclənib.

AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyevin fikrincə, Fondun vəsaitinin yarısının səmərəsiz formada xərclənməsi təəssüf doğurur. Neft Fondundan indiyə qədər xərclənən 30 milyardlıq vəsaitin iqtisadiyyatımız üçün olduqca böyük vəsait olduğunu deyən N.Əliyev hesab edir ki, xalqın sosial dolanışığının bu vəsaitlərin xərclənməsinə baxmayaraq, yaxşılaşmaması aparılan siyasətin yanlışlığından xəbər verir: “Bu vəsait hesabına ölkənin aqrar sektorunu, emal sənayesini bərpa etmək olardı. Bu tədbirlər nəticəsində əhalinin sosial vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmaq olardı. Əgər Azərbaycan hökuməti 30 milyardlıq vəsaiti xərcləyəndən sonra bütün bu problemlər çözülməyibsə, deməli bu vəsaitlər səmərəsiz xərclənib. Heç bir şübhə yoxdur ki, bu vəsaitlərin böyük hissəsi korrupsiyanın qurbanı olaraq, şəxsi ciblərə axıdılıb”.

Fondun maliyyə vəsaitlərinin gələcək nəsillərə saxlanılması ilə bağlı elan olunan bəyanata gəlincə isə N.Əliyev vurğuladı ki, burada dəqiqləşdirmə aparmağa ehtiyac var. Çünki hökumət yalnız şifahi şəkildə bu vəsaitlərin gələcək nəsillərə saxlanılacağını bəyan edib. Dövlət başçısının Neft Fondunun vəsaitlərindən istifadə ilə bağlı sərəncamının olduğunu xatırladan N.Əliyev vurğuladı ki, bu sənədə görə, Fondun vəsaitləri pik həddə çatandan sonra yalnız 25 faizinin gələcək nəsillərə saxlanılması nəzərdə tutulub: “Bu isə o deməkdir ki, bu vəsaitlərin 75 faizini Azərbaycan hökuməti istədiyi istiqamətdə sərf edə bilər. Bu ciddi narahatçılıq yaradır. Daha bir məqam isə ondan ibarətdir ki, elan olunan 25 faiz rəqəmlə bağlı bir sıra suallar mövcuddur. Çünki elan olunan ”pik həddinin” nə zaman çatacağını heç kim müəyyənləşdirməyib. Bu isə o deməkdir ki, Neft Fonduna daxil olan vəsaitlərin xərclənməsinə hüquqi don geyindirilə bilir”.

Xəyal

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-22982594125800297782011-09-29T12:43:00.000+05:002011-09-29T12:43:03.489+05:00Hakimiyyətin Bakı planı

«Avrovizion 2012»dən sonra Hacıbala Abutalıbovun Elmar Vəliyevlə əvəzlənəcəyi bildirilir

“Avrovizion 2012" Mahnı Müsabiqəsindən sonra Bakı meri Hacıbala Abutalıbov Gəncənin icra başçısı Elmar Vəliyevlə əvəzlənəcək. ”Azadlıq"a daxil olan məlumatlara görə, Elmar Vəliyev hələ Yevlaxın icra başçısı olanda oradan birbaşa Bakıya gəlməyə çalışıb.

Lakin ona bildirilib ki, hələlik özünü Gəncədə sınasın. Bakının meri olmaq üçün irəli sürdüyü “təklif”i isə Gəncənin abadlaşdırılmasına sərf eləsin. Məqsəd Bakıda bir neçə iri layihəni Hacıbala Abutalıbovun üzərinə qoymaq olub. Artıq Bakı meri kifayət qədər “yüklənib”. Məktəb tikintiləri, yolların təmiri və başqa bir neçə iri layihələr ona həvalə edilib. Təbii ki, Hacıbala Abutalıbov bu layihələri reallaşdırmaq üçün şəxsi vəsaitindən istifadə etməlidir. Bakı meri üzərinə qoyulan layihələri həyata keçirdikdən sonra postunu Elmar Vəliyevə təhvil verəcək. Hacıbala Abutalıbovun sonrakı taleyinə gəlincə, onun başqa rayona icra başçısı təyin ediləcəyi istisna olunmur.

Elmar Vəliyev hakimiyyətdəki kürd qruplaşmasına daxildir və prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova çox yaxındır.

Informasiya şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-64521574619512754752011-09-28T16:20:00.000+05:002011-09-28T16:20:13.573+05:00Elşad Abdullayevin MTN-ə təqdim etdiyi dəlillər «Azadlıq»da

Kəmaləddin Heydərovun anasının adından rektorla sövdələşməyə gedən qadın kimdir?

2009-cu ilin mart ayının 4-də Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı toplaya bildiyi bəzi materialları Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil verir. (Təbii ki, surətini və rəsmən). Bu təhvil-təslim prosesi zamanı protokol tərtib edilir, Elşad Abdullayevin təqdim etdiyi materialların siyahısı orada qeyd edilir.

əvvəli ötən sayımızda

Protokolun mətni ilə tanış olun:

“Mən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, kapitan Rəsulzadə Kamal Rəsul oğlu bu protokolu tərtib etdim, ondan ötəri ki, AR vətəndaşı, 1954-cü il təvəllüdlü Abdullayev Elşad Islam oğlu qardaşı Abdullayev Mahir Islam oğlunun itkin düşməsi faktı və bu cinayətdə iştirakçı olduğunu ehtimal etdiyi şəxslər barədə (audio yazıları və videogörüntüləri) DVD və audiokassetləri MTN-in binasında təqdim etdi.

Təqdim edilən predmetlər:

-DVD -8 (səkkiz ədəd)?

-audiokasset 2 (iki ədəd)

MTN əməkdaşı: Kamal Rəsulzadə (imzası)

Əşyaları təqdim etdi: Elşad Abdullayev (imzası)

04.03.2009

Bu, Elşad Abdullayevin MTN-ə təqdim etdiyi materialların yalnız bir hissəsi üçün tərtib edilən və imzalanan protokoldur. MTN-ə üst-üstə yüzlərlə video-audio material təqdim edilib və onların hamısı üçün belə protokollar tərtib edilib.

Təqdim edilən bu kassetlərdə nələr vardı və nəyə görə, Azərbaycanın bütün hüquq-mühafizə orqanlarında olduğu kimi MTN-də də bunları kənara atıb Elşad Abdullayevə təzyiqləri gücləndirməkdən başqa heç bir tədbir görmədilər?

Cinayətkar alverin əşyayi-dəlilləri nədən bəhs edir?

Gəlin bunlara baxaq.

3 saylı videokassetdən stenoqram (söhbət 2004-cü il iyul ayının 21-də yazılıb):

Zaur Kazımov:

- Mahir Azərbaycandadır, Dağıstanda olsaydı...

Elşad Abdullayev:

- 9 ay heç kim heç kimi saxlamır...

Zaur Kazımov:

-...Əgər hökumət tərəfindən aparılıbsa,.. qardaşınızdan əl çəkin.

Elşad Abdullayev:

- Mən sənin atanla bir yerdəydim...Mənə söz verib...

Zaur Kazımov:

- Telmanı tapın...

Elşad Abdullayev:

- 9 aydır, qardaşım atanın əlindədir...

Təhvil aldı: MTN əməkdaşı Kamal Rəsulzadə

(28.02.09)

4-cü diskdən. (söhbət 2005-ci il mart ayının 24-də saat 20.30-da yazılıb). Rövşanə adlı qadın danışır:

- Pul Zahid Dünyamalıyevə verilib, onu da tutublar...Arzu zəng edir ki, gəl ora...

Elşad Abdullayev:

- Ya Mahiri verin, ya da pulu qaytarın...

Təhvil alan, MTN əməkdaşı Kamal Rəsulzadə, imzası.

28.02.09

Növbəti disk. 12 may 2004-cü ildə axşam saat 20.23-də yazılıb. (Rövşanə adlı qadınla söhbət).

Rövşanə:

- Danışıqlar aparılır, Mahir veriləcək. Mən bu işin içindəyəm. Bu işi Zahid həll edəcək...

Elşad Abdullayev:

- Deyirdin Mahiri məndən al,.. 6 aydır, nə oldu? Ya adamı qaytarın, ya da pulu...

Rövşanə:

- Mahiri bütün Bakı oğurlayıb. Aqil Əliyev, Cəlal Əliyev, Şəfiqə, hökmdar qadın,..Arzu deyir ki, Mahiri hökmdar qadın oğurlayıb...

Elşad Abdullayev:

- Amma Namiq Abbasov saat 17-də məni dəvət etdi, amma Arzu ilə Zahid məni inandırdılar ki, bu iş bizlikdi. Namiq Abbasov oğurlayıb Mahiri. Mənə deyir ki, Azərbaycandan çıx get. Sevinc adlı qız hazırda Mahirlə bir yerdə saxlanılır. Aqil Əliyev Ramil Usubov və Namiq Abbasovla danışıb yanımda...

Təhvil alan: həmin MTN əməkdaşı.

Diktofon kasseti-1.

Nərimanov rayon Məhkəməsinin sədri Hacı Ağababa Babayevin 05.07.2007-ci il danışıqları:

- Daxili Işlər naziri Ramil Usubov və müavini Vilayət Eyvazov mənə təzyiq edirlər ki, Mahirin haqqında sanksiya ver. Mən də deyirəm ki, 3 il 8 aydan sonra sanksiya vermək olmaz. Bunlarla sanksiya üstündə davadayam...

Təhvil alan, eyni MTN əməkdaşı.

Maqnitofon kasseti N5. 01.04.2005. saat 23.00.

Arzu Kazımovskinin evində görüş.

Elşad Abdullayev:

- Mən pulu sənə və Zahidə vermişəm..Ya Mahiri ver, ya da pulu qaytar...Telman da Zahidin adamıdır. Telman deyir ki, mən Zahidin adamıyam.

Arzu Kazımovski:

- Sənin pulunu mən götürmüşəm?

Maqnitofon kasseti, N11. 23.01.2005. saat 10.30.

1. Əli Zəngilanski:

- Xanıma de ki (Kəmaləddinin anası kimi təqdim edilən Rövşanə) əmanət məndədir, “KQB”də saxlanılır, Kəmaləddinin göstərişi ilə, dərman altındadır. Şəmsəddin xanımla danışacaq.

Şəmsəddin Şıxəli Qurbanov küçəsi 1-də Bakı 6 saylı telefon danışıqları məntəqəsi, 5-ci mərtəbədən zəng edib Mahiri mənimlə danışdırır. Ofisdə yanımda Əli Zəngilanski oturub.

“Mahir”: - Danışan Mahirdir.

Elşad: - Mahir, mənim uşaqlıq “kliçka”mı de.

“Mahir”: - Danışa bilmirəm.

Elşad: - Mahir Elsevərin uşaqlıq “kliçka”sını de.

“Mahir”:- Telefonu kürd balasına ver.

Telefonu yanımda oturan Əli Zəngilanskiyə verirəm. O, “Mahir”lə danışır. Sonra mənə tərəf dönərək deyir: “Deyir ki, mənə 200 min dollar ver”.

2. 25. 03.2005. Elşadın ev telefonuna saat 09.00-da və 12.00-da zəng gəlir. Zəng edən deyir:

- Kəmaləddinin anası Hacı Simuzər xanımla bu gün axşam saat 5-də sizə gəlib Mahir məsələsini həll edib qurtaracağıq.

3. 26.03.2005. saat 18.00. Telefon danışığı:

- Kəmaləddinin anası Hacı Simuzər xanımdır danışan. Elşad müəllim, 200 min dollar ver kürd balasına, Mahiri verək. (Telefonda danışan Rövşanə idi).

Maqnitofon kasseti N12. (12.08.2004).

Elşad:

- Arzu, bizim professor qohum indi Dağıstanın Daxili Işlər Nazirinin qəbulundadır. Zahid müəllimə de, ona zəng etsin.

Arzu:

- Narahat olma, danışar.

Elşad:

- Telman deyir ki, orda həbs edilənlərin hamısı azad edilib. Bircə Mahir qalıb Mahaçkalada həbsdə. Bəs bunun yiyəsi yoxdu?

Arzu:

- Zahid zəng edir indi.

(Məmmədov Telman Xəlil oğlu, DIN-in polkovnikidir).

Maqnitofon kasseti N13. 09.11. 2004.

Elşad:

- Arzu, ya pulu qaytar, ya da Mahiri ver. Zahid Dünyamalıyevə de ki, az bizi təqib etsin. Şərafətdin Musayev də, Telman da Zahidin adamlarıdır.

Videodisk N31. 23.07.2004.

Məmmədov Telman Xəlil oğlu:

- Mahiri gözlərimlə görmüşəm. 1 milyon ver, gedim gətirim. Mahaçkalada görmüşəm, söhbət etmişəm.

Videodisk N47. 09.11.2004.

Rasim Ildırımzadə Əli oğlu (DIN Aeroport Polis şöbəsinin rəis müavini, polkovnik):

- 1 milyon ver, Mahiri gətirək. Mahiri verəcəm sənə.

Elşad:

- Məni aldadırsan...

Videodisk N48. 03.06.2005.

Hacı Əsədulla Qurbanov (BDU-nun professoru):

- Mahiri hal-hazırda “KQB”-də saxlayırlar. Sağdır. Mənim oğlum orada işləyir. Mahiri gözləri ilə görüb.

Bütün bu materiallar sənədləşdirilərək MTN-ə təhvil verilib. Bu qiymətli materialları bir kənara atıb zərərçəkən Elşad Abdullayevin qətlinə fərman verilib, onu ölkədən qaçmağa vadar edən bütün səbəblər yaradılıb. Niyə? Bu adamlar kimdir ki, açıq-aşkar, bütün detalları ilə ortada olan bir cinayət işi açılmır, əvəzində hüququ vəhşicəsinə pozulan adama qarşı dövlətin bütün inzibati gücləri səfərbər edilir? Nə üçün?

professor Elşad Abdullayev bunu belə izah edir:

- 2003-cü ildən başlayaraq bütün orta sahibkarların əmlakına əl qoyurlar. Bu təbəqəyə məxsus olan əmlak əsasən üç mənbəyə bağlanır: ATA Holdinq, Paşa Holdinq və Ramiz Mehdiyevin sərəncamında olan şirkətlərə. Sahibkarların yaratdığı bütün maddi dəyərləri müsadirə edib bunlara təhvil verirlər. Imtina edənlərin hamısı mənim aqibətimi yaşayırlar. Indi Azərbaycanda onlarla belə sahikar var ki, onların yaxın adamları girov götürülüb, bir çoxundan hələ də heç bir xəbər yoxdur. Bu adamlar öz faciələri barədə danışmağa qorxurlar. Qorxurlar ki, onlar danışmağa başlasalar girovluqda olan yaxınlarını dərhal öldürərlər. Hələlik, heç olmasa onların sağ olduğuna ümidləri var deyə, susurlar.

Bəs, oğurlanan Mahir Abdullayev kimdir?

Axı, bu adam da dövlət məmurudur. Onun tərcümeyi halı bir dövlət məmurunun tərcümeyi halıdır:

Mahir Islam oğlu Abdullayev 1962-ci ildə Kürdəmirdə doğulub. 1984-cü ildə Azərbaycan Pedagoji Universitetini fərqlənmə diplomu ilə bitirib. Bir il Kürdəmirdə tarix müəllimi işləyib və 2003-cü ildə tarixin onun başına hansı oyunları gətirəcəyindən xəbəri olmayıb. 1997-2001-ci illərdə BDU-nun hüquq fakültəsində oxuyub. Taleyin ironiyası üzündən Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının sədri olub və o oğurlanan zamandan indiyə qədər YAP-ın bu barədə cınqırını çıxardığını kimsə eşitməyib. YAP-ın 1-ci və 2-ci qurultaylarının nümayəndəsi olub.

2003-cü ildə, oğurlandığı il Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi dərəcəsi alıb.

2001-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin mayoru rütbəsinə təyin edilib.

Milli Təhlükəsizlik Nazirliyi bu adamı, öz zabitini, əməkdaşını itirib-axtarırmı? Itirib, amma axtarmır. Bəlkə də itirənlərlə əlbirdir...

“Mahir Abdullayev dəhşətli dərəcədə pis adam olub”

Olaya münasibət bildirənlərin dilindən bu arqument də səslənib. Ola bilər, Mahir Abdullayev nəinki Azərbaycanda, hətta dünyada ən pis adamdır. Ola bilər ki, Mahir Abdullayev nəinki indiki zamanın, hətta bütün bəşəriyyət tarixinin ən pis adamıdır. Amma bu, kiməsə əsas verirmi ki, onu oğurlayıb yaxınları ilə alverə girişsin, həm də dövlət hakimiyyətinin inzibati imkanlarından istifadə edərək.

Ortalıqda adam oğurluğu (hüquq dilində bunu “itkin düşmə” kimi izah edənlər də var) faktı var və bu faktla bağlı cinayət işi qaldırılıbsa, bu barədə də söhbət getməlidir. “Itkin düşmə” versiyasının isə hüquqi dəyərlə yanaşı hələ bir siyası anlamı da var. Belə çıxır ki, Azərbaycandakı “sabun sabitliyi” bir MTN zabitinin, prorektorun, YAP ilk dayaq təşkilatının sədrinin Azərbaycanın paytaxtında itkin düşməsindən başqa heç nəyə yaramır.

Amma bu siyasi yanaşmanı bir kənara tullayaq. Hadisə ilə bağlı bircə gün sonra cinayət işi qaldırılıb, təhqiqat aparılıb, iş Bakı şəhər prokurorluğunun istintaqına verilib. Amma sən demə, 8 ildir ki, bu istintaq bir alibi üzərində işləyirmiş: Mahir Abdullayev pis adam idi və onu axtarmağa dəyməz. Bəs, Mahir Abdullayevi oğurlayanlar? Istintaq orqanları, müstəqil ekspertlər, KIV şərhçiləri onların bütün dünyada ən yaxşı adamlar olduqları barədə rəy verə bilərlərmi? Mahir Abdullayevin oğurlanması, bu fakt üzrə cinayət işinin istintaqını aparmalı olan dövlət orqanlarının fəaliyyətsizliyi ilə bağlı Prezidentə çoxsaylı müraciətlər olub. Abdullayevin yaxın qohumları və ölkənin tanınmış ziyalıları, elmi və ictimai xadimlər prezidentə müraciət ediblər ki, bu işin istintaqının aparılmasına müdaxilə etsin, tapşırıq versin. Amma heç bir müdaxilə və tapşırıq olmayıb. Ona görəmi ki, Mahir Abdullayev pis adam olduğuna görə, hətta Ilham Əliyev də ölkənin yaxasının bu pis adamdan xilas olduğuna sevinib və onun aradan götürülməsini məmnuniyyətlə qarşılayıb? Kim bilir? Bəlkə, Azərbaycanda arzuolunmaz adamlardan yaxa qurtarmağın bu variantını da işlək formaya salmaq üçün onu leqallaşdırmaq lazımdır? Bu qayda tətbiq edilsə, onda belə bir hüquqi vəziyyət yaranacaq: Qanun vətəndaşın lehinə olduqda geriyə tətbiq edilə bildiyi üçün Hacı Məmmədova bəraət veriləcək, o da DIN-dəki postunda işini davam etdirməklə yanaşı arzuolunmaz adamlardan yaxa qurtarmaq naminə Azərbaycana xidmət edəcək.

Bu məsələlər bu cür həll olunmalıdır, elə deyilmi?

P.S. ABU-nun yaramaz bir Universitet olduğunu deyənlərin menyüsünə: Azərbaycanda orta məmur təbəqəsinin əksəriyyəti bu Universitetlə əlaqəli olub. Hətta Elşad Abdullayevin ittiham etdiyi MTN əməkdaşlarından birinin övladı da həmin Universitetin tibb fakültəsinin məzunu olub...

Mehri Hüseynova

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-71914869591266347212011-09-28T16:12:00.000+05:002011-09-28T16:12:14.198+05:00Samir Şərifovun ABŞ diplomatına korrupsiya etirafı

Maliyyə naziri deyib ki, korrupsiya və rüşvət Azərbaycanı çətin duruma salıb

Enn Dersinin məktubundan: «Yüksək vəzifəli məmurları tənqid edən jurnalistlərin həyatı təhlükədə olur»

ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan WikiLeks saytının Azərbaycanla bağlı yayımladığı gizli sənədlərin dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2007-ci il 24 iyul tarixli məktubunda ölkəmizdə mətbuatın durumu, hakimiyyətin azad mətbuatı sıradan çıxarmaq və nəzarətə almaq cəhdləri əksini tapıb.

Müstəqil mətbuata basqılar ABŞ-ın diqqətində

Amerikalı diplomat Vaşinqtona göndərdiyi teleqramın sonunda - şərh bölməsində yazır: “Azərbaycan hökuməti ölkədə müstəqil və müxalif KIV-in fəaliyyətinin məhdudlaşdırılmasına və ona təzyiqlərin artırılmasına çalışır”.

Enn Dersi qeyd edir ki, müstəqil və müxalif media Azərbaycan hakimiyyəti üçün ciddi təhlükə törətməsə də, hökumətdəki yüksək vəzifəli məmurlar azad mətbuat üzərində mütləq hakimiyyətə sahib olmaq istəyirlər. Diplomat tənqidçi media quruluşlarına və nümayəndələrinə qarşı təhlükənin olduğunu da yazıb: “Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarını tənqid edən jurnalistlərin həyatı həmişə təhlükədə olur. Hakimiyyətin yüksək elitasında təmsil olunan rəsmilər və digər mühüm siyasi fiqurlar azad şəkildə istənilən media qurumunu, jurnalisti məkəməyə verə bilir, onların barəsində sərt cəzaların çıxarılmasına nail olurlar. Bundan başqa, bəzi jurnalistlər fiziki işgəncələr və hücumlarla üzləşirlər. Jurnalistlərə fiziki güc tətbiq edənlər isə cəzasız qalır”.

Səfir rəsmi Bakının addımlarına inanmır

Enn Dersi daha sonra yazır ki, mətbuata qarşı hücumlara görə beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunan Azərbaycan hakimiyyəti müəyyən addımlar atmaqla bəzi problemləri yoluna qoymağa çalışır. Bununla belə, diplomat Azərbaycan hakimiyyətinin atdığı addımların mətbuat sahəsindəki ciddi problemləri aradan qaldıracağına inanmır: “Bu addımlar mövcud vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə dair optimis olmağa yetmir. Çünki hazırkı vəziyyəti dəyişmək, ölkədə azad mətbuatın inkişafı üçün Azərbaycan hakimiyyətinin güclü siyasi və sosial addımlar atması lazımdır. ABŞ hökuməti və beynəlxalq təşkilatlar müstəqil və müxalif mətbuata qarşı hücumların dayandırılması, jurnalistlərin siyasi-sosial hüquqlarının qorunması, müstəqil və müxalif medianın ayaqda qalması üçün güclü dəstək göstərməli olacaq. Bu və digər amillərə uzunmüddətli zəmanət olması üçün Azərbaycanda demokratiya və insan haqlarının inkişafı mütləqdir”.

Maliyyə nazirinin “gözlənilməz inkişaf” nağılı

Keçmiş səfirin 2007-ci il 1 iyun tarixli teleqramında isə ABŞ vitse-prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cozef Vudun Azərbaycanın maliyyə naziri Samir Şərifovla keçirdiyi görüşün təfərrüatları qeyd olunub. Enn Dersi yazır ki, mayın 29-da Cozef Vud ilə maliyyə naziri Samir Şərifovun görüşündə Azərbaycan hökumətinin iqtisadi-maliyyə siyasəti ətrafında fikir mübadiləsi aparılıb. Maliyyə naziri amerikalı qonağa deyib ki, Azərbaycan iqtisadiyyatı “gözlənildiyindən də artıq dərəcədə dinamik inkişaf edir”.

Samir Şərifov cəmiyyəti nədə ittiham edib?

Dövlət-vətəndaş münasibətlərinin müzakirəsi zamanı isə Samir Şərifov deyib ki, cəmiyyətin düşüncə və mədəni səviyyəsi dövlətə münasibətdə çətinliklər yaradır. Nazir bildirib ki, sovet hakimiyyətinin idarəçilik sistemi azərbaycanlıları dövləti aldatmaq yönündə formalaşdırıb. Samir Şərifov bu düşüncə və mentalitetin dəyişdirilməsi üçün uzun müddət gərək olduğunu deyib.

Nazirin etirafları

Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü məsələsinə toxunan Şamir Şərifov ölkəmizin qeyri-enerji iqtisadiyyatının rəqabətə hazır olmadığını və bunun da DTT-yə üzvlüyə maneələr yaratdığını bildirib. Maliyyə naziri Azərbaycan iqtisadiyyatının “güclü və rəngarəng, eyni zamanda qlobal rəqabətə” hazır olmadığını söyləyib. Bununla yanaşı nazir deyib ki, Azərbaycan hakimiyyəti problemlər olmasına baxmayaraq, DTT-yə üzvlükdə maraqlıdır.

Görüş zamanı Azərbaycanda korrupsiyanın olduğunu etiraf edən Samir Şərifov ABŞ rəsmisinə bildirib ki, korrupsiya və rüşvət hallarının geniş yayılması Azərbaycanı “çətin durum”la üz-üzə qoyub.

Ilham Əliyevlə korrupsiya söhbəti

Enn Dersinin başqa bir məktubu isə 2007-ci il iyunun 20-da yazılıb. Diplomat Vaşinqtona göndərdiyi teleqramda ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Sempsonun Ilham Əliyevlə görüşünün təfərrüatlarını qeyd edib.

Sənədə görə, dövlət katibinin müavini Ilham Əliyevə bildirib ki, Azərbaycanın regional biznes platformasına çevrilmək imkanı var. ABŞ rəsmisi qeyd edib ki, korrupsiyaya qarşı ciddi addımların atılması Azərbaycana xarici investisiyanın axınını sürətləndirə bilər. Sempson Əliyevin diqqətinə çatdırıb ki, o, Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə strategiyasının daha mükəmməl olacağına və beynəlxalq öhdəliklərə uyğun formatda həyata keçiriləcəyinə ümid edir.

Ilham Əliyev amerikalı rəsmiyə bildirib ki, korrupsiyaya qarşı yeni strategiya kifayət qədər effektli olacaq. Əliyev keçmiş sovetlər birliyinə daxil olan 15 respublikada korrupsiya hallarının geniş yayıldığını xatırladaraq Azərbaycanın bu problemlə mübarizəyə ciddi önəm verdiyini söyləyib.

Ilham Əliyev ölkədə korrupsiyanın səviyyəsinin azaldılmasına yönəlik addımlar kimi yol polisi və hakimlərin əməkhaqqlarının artırılmasını göstərib. O qeyd edib ki, yol polislərinin əməkhaqlarının 500 manata, hakimlərin maaşlarının isə 2000 dollara qədər artırılması bu sahələrdə rüşvət alma hallarını azaldıb.

Siyasət şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-27965364522859239582011-09-28T15:52:00.000+05:002011-09-28T15:52:00.412+05:00“Başıma torba keçirib, «bandotdelə» apardılar»

Mülkləri əlindən alınmış iş adamı Nurəddin Zülfüqarlı nələr danışdı?

«Hətta Maliyyə Nazirliyi büdcə təşkilatı olmayan zavodlarımızı yoxlayırdı»

Son günlər mətbuat silahlı adamların özəl mülk olan “Xəzər Boru” Zavoduna basqın etməsi və oranı tutması haqda məlumatlar yaydı. Bəlli oldu ki, müasir texnologiya ilə qurulan bu yeni zavod Zülfüqarlı qardaşları kimi tanınan iş adamlarına məxsusdur, nədənsə fəaliyyəti dayandırılıb və kimlərsə onu sahiblərinin əlindən almaq istəyir. Zülfüqarlı qardaşları ilə bu cür problemlər yeni deyil. Hələ 2005-ci ildə onlar həbs edilmiş, sahibi olduqları iki zavodun səhmlərinin böyük hissəsi əllərindən alınmışdı. Bütün bunlara aydınlıq gətirmək üçün hazırda Azərbaycanı tərk etməyə məcbur olan qardaşların biznesinə ümumi rəhbərlik edən Nurəddin Zülfüqarlıya müraciət etdik və ondan çox böyük maraq doğura biləcək açıqlamalardan ibarət müsahibə ala bildik.

başlanğıcı ötən sayımızda

- Nə zaman həbs edildiniz?

- Kərəm Həsənovun xəbərdarlığından, yəni zavodları onun dediyi yüksək vəzifəlilərə verməkdən imtina etməyimdən sonra. 2005-ci il dekabrın 9-da əmimin yasından çıxıb evə gedərkən bir qrup mülki geyimli silahlı adam maşınımı saxladılar, sürücümün və mənim başıma qara torba keçirib maşına basdılar, nə baş verdiyini heç cür anlaya bilmirdim. Onlar məni maşının arxasına uzadıb üstümdə oturdular, məqsəd səs çıxarmamağım və tərpənməməyim idi. Sürücüm Azər Hüseynov da eyni vəziyyətdə idi. Vəziyyəti tam anlamadığımdan düşündüm ki, məni quldurlar tutub və məqsədləri pul istəməkdir. Açığı, çıxış yolu düşünə bilmirdim, axı əlimizdə nağd pul yox idi, hamısı məhsulda və zavodlarda idi. Təxminən 20-25 dəqiqədən sonra bizi pilləkənlərlə qaldırdıqlarını hiss etdim, torbanı çıxardanda ətrafımda polisləri görüb özümə gəldim. Çünki hansısa bir anlaşılmazlığın olduğunu və aydınlaşmadan sonra azad ediləcəyimi düşündüm. Əfsuslar ki, yanılmışdım. Məni polisin nəzarətində bir otağa apardılar, 2 saata yaxın gözlədim, şok vəziyyətində olduğumdan nə edəcəyimi anlamırdım. Bir müddət sonra idarə rəisi polkovnik Qafar gəlib generalla görüşməyə apardığını dedi. Elə mən də bunu istədiyimi dedim. Vilayət Eyvazovun kabinetinə daxil olanda soruşdum ki, cənab general, bu nə işdir, niyə məni bu vəziyyətdə həbs ediblər, axı mən Sahibkarlar Konfederasiyasının üzvüyəm, az-çox tanınmış iş adamıyam. Vilayət Eyvazov bildirdi ki, sənin kim olduğunu və nə iş gördüyünü yaxşı bilirik, bizi də işə salmısan, məgər bizim işimiz-gücümüz yoxdur, vaxtında məsələni həll edərdin, gəlib bu vəziyyətlə də qarşılaşmazdın. O, məni 6 ay izlədiklərini söyləyəndə, hansı qəbahətli iş gördüyüm üçün bu vəziyyətdə idarəyə gətirildiyimi soruşdum. General bir daha vurğuladı ki, hər şeyi yaxşı bilirsən, gərək məsələni vaxtında həll edərdin, heç özüm də bilmirəm nə edim?! Vilayət Eyvazov söhbət əsnasında əsəbiləşdi ki, niyə onunla belə danışıram, hətta dedi ki, sən “uçastkovu” yox, general qarşısındasan. Mən ona etirazımı bildirsəm də, artıq həbs olunduğumu anladım. Düzdür, hiss edirdim ki, polislər də mənim günahsız olduğumu bilir, nə yollasa demək istəyirdilər ki, iş onlarlıq deyil və sadəcə əmr yerinə yetirirlər...

- Məhkəmə keçirilmədimi?

- Xeyr, formal da olsa heç bir məhkəmə iclası keçirilmədi. Hətta mən vəkilimin olduğunu bildirəndə, lağlağı şəklində cavab verdilər ki, sənə hələ bir vəkil də gətirəcəyik?! Iki gün heç bir sorğu-sual olmadı, üçüncü gün hiss etdim ki, qonşu kameralarda qardaşlarım Rövşən, Loğman və iş adamı Təyyar da oturub. O zaman anladım ki, iş adamlarına qarşı repressiya başlanıb. Üçüncü gün məni istintaq idarəsinin rəisi Fərhad Süleymanovun otağına apardılar, o deyəndə ki, niyə tərslik edirsən, cavab verdim ki, nədə tərslik edirəm, izah edə bilərsənmi? Süleymanov “yaxşı bilirsən nə etmisən, nə deyiblər onu da etməmisən, bizi də işə salmısan, bundan sonra səninlə nə edək?” deyə söylədi. Bildirdim ki, bura gətirmisiniz, nə edəcəyinizi özünüz bilərsiniz. Mən vəkil tələb etdiyimi xatırladanda, vəkil tutduqlarını bildirdi. Amma mən öz vəkilimi istədiyimi, o isə artıq vəkilin olduğunu və ona izahat verməyimi dedi. Etiraz etdim ki, öz vəkilimi gətirmirsinizsə, özüm hüquqlarımı müdafiə edərəm, başqa bir vəkilə ehtiyacım yoxdur. Amma o, yenə də, “biz nə deyirik, o da olacaq” deyərək söhbətə yekun vurdu. Hətta bildirdi ki, “belə danışma, mən yoldakı işıq dirəyinə də ”torba” tikərəm”. Cavab verdim ki, bu da sizin təqdirinizdir, özünüz bilərsiniz. Bir neçə saat sonra soyadı azərbaycanlı olmayan, deyəsən, yəhudi və erməni mənşəyi olan bir vəkil gətirdilər. O, mənim vəkilim olduğunu xatırladıb bildirdi ki, nə desə, onu da yazmalısan. Amma etirazımı bildirib onu vəkil kimi qəbul etmədiyimi söylədim və mübahisəmiz yarandı. Bu adam yenə də “belə məsləhət görülüb, nə desəm, onu da yazacaqsan” sözlərini xatırlatdı. Əlbəttə, mən onun söylədiklərinin heç birini yazmadım, aramızda insident yarandı və müstəntiqlərə dedi ki, onu niyə bu adama calamısınız?! Belə olanda müstəntiqlərə “buyurun, nə sualınız varsa, soruşun” dedim. Ancaq onlar da nə soruşacaqlarını bilmədiklərini və “biz nə soruşaq, nə vaxt nə deyərlər, onu da soruşarıq, get kamerana” dedilər.

- Yəni, nə sual verəcəklərini bilmirdilər?

- Bəli, çünki göstəriş yox idi. Bir müddət sonra məni yenidən Fərhad Süleymanovun kabinetinə apardılar. O, sual etdi ki, düşündünmü, tərsliyini buraxdınmı? Cavab verdim ki, tərsliyimin nə olduğunu mənə izah edib sonra suallarınızı verin. Amma o, “sən yaxşı bilirsən söhbətin nədən getdiyini” söyləməklə kifayətləndi. Yəni, açıq şəkildə hər şeyi demirdilər.

- Bəs siz söhbətin nədən getdiyini hiss etmişdinizmi?

- Bəli, çünki Kərəm Həsənovla Rüstəm Şahbazov xəbərdar etmişdilər ki, şərtlərlə razı olmasan, səni həbs gözləyir. Təxminən iki həftə sonra yenidən Fərhad Süleymanovun kabinetinə apardılar, o diqqətlə baxanda şər bir qurğu hazırladıqlarını hiss etdim. Dedim ki, Fərhad müəllim, nəsə düşündüyünüzü hiss edirəm, baxın, narkotik bizə yaraşmaz, ona görə ki, adamlar bizim ailəni yaxşı tanıyır, oğurluq da eləcə. Bildirdi ki, sənin Afət Əliyeva adlı qadınla nə işin var? Guya, qardaşlarım və cangüdənimlə birgə həmin qadına hücum edib əmlakını almaq istəmişəm. Artıq mənə qarşı qurğu hazır olduğunu anladım. Məsələ ondadır ki, mənim cangüdənimin olmadığı halda bunlar Israfilov soyadlı cangüdənimin olduğunu iddia edirdilər. Amma istintaq dövründə Afət Əliyeva da, Israfilov da ortaya çıxmadı. Lakin bu motivlə cinayət işi açıldıqdan sonra məni Bayıl təcridxanasına köçürtdülər.

- Bu ərəfədə vəkillə görüşə bildinizmi?

- Yalnız iki həftə ötəndən sonra vəkilim Aslan Ismayılov hadisələrə hüquqi müdaxilə edə bildi. Amma onun mənimlə görüşməyinə imkan verməsələr də, şikayətlər etdiyini öyrənmişdim. Bayıl təcridxanasına gətirdikdən sonra vəkillə görüşmək imkanlarım oldu. Bütün hallarda heç bir istintaq işi aparılmırdı, işimi aparan müstəntiq Emin Məmmədov gəlib üzümə baxıb gedirdi, bu baxış da o demək idi ki, nə zaman şərtlərlə razı olacaqsan. Hər dəfə də deyirdi ki, bizi də işə salmısan, başımız ağrıyacaq, hətta ürək xəstəliyinə tutulduğunu da söylədi.

- Kərəm Həsənov əmlakınızın kimlərin istədiyini demirdi, bəs başqaları bunu deyirdimi?

- O zaman bunu gizli saxlayırdılar, sadəcə, yüksək vəzifəli şəxslər olduğunu bildirirdilər. Amma bəziləri açıq şəkildə deyirdi ki, əmlakını almaq üçün səni həbs etdirən Ramiz Mehdiyevlə Bəylər Əyyubovdur. Mən bunu ciddi qəbul etmirdim, ona görə ki, əsası olmalıydı, amma polislərdən bunu deyənlər var idi. Artıq əmlakı vermədiyimə görə həbs olunduğum bəlli idi. Beləliklə, Nərimanov Rayon Məhkəməsi iştirakımız olmadan 3 ay həbs-qətimkanı haqqında qərar çıxartdı. Bu müddət bitdikdən sonra mən hələ razılaşmırdım, belə olanda təkrar vaxtı uzatmaq lazım idi və bizi məhkəməyə apardılar.

- Bu həbs-qətimkan tədbirində hansı əsas göstərilirdi?

- Təzad ondaydı ki, onlar bizim Afət Əliyevaya hücum çəkdiyimizi iddia edir, buna görə məni, qardaşlarım Loğman, Rövşəni və işçilərimi həbs etmişdilər. Söhbət zavodları işlədən direktorlardan və müsahiblərdən gedir. Ikinci, maliyyə, vergilər nazirliklərinin işçiləri zavodu bağlayıb, yoxlama aparırdılar, bütün sənədləri də götürmüşdülər. Soyadını unutsam da, Füzuli adlı müstəntiq bu işə rəhbərlik edirdi. Məqsəd zavodun fəaliyyətində maliyyə çatışmazlığı tapmaq idi. Halbuki, zavod büdcədən maliyyələşmədiyindən, özəl olduğundan Maliyyə Nazirliyinin özəl şirkətlərə aidiyyəti olmamalıdır, ancaq onları bizim fəaliyyəti yoxlamağa cəlb etmişdilər. Bu müddətdə nazirliyin yoxlama qrupu da böhtan dolu sənəd tərtib etmişdi...

- Sonrakı üç aylıq həbs-qətimkan qərarı hansı əsasla çıxarıldı?

- Nərimanov Rayon Məhkəməsində hakim çox gərgin idi, tez-tez telefonla əlaqə saxlayırdı və gərginlik elə həddə idi ki, hakim heç adını belə, təqdim etmədi. Təsəvvür edin ki, təkidimizə baxmayaraq hakim bizi dinləmədi, vəkilimizi belə, zala buraxmadılar. Beləliklə, bir neçə ay həbs-qətimkan tədbiri yenə uzadıldı. Bu müddətdə hər dəfə kamerama gəlib deyirdilər ki, razı olmasanız, həbsxanada çürüyəcəksiniz. Sonda məlum oldu ki, ailə üzvlərimizin ölkədən kənara çıxışını qadağan ediblər. Yəni, qardaşlarımın və zavod işçilərinin başqa ölkəyə getməsinə yasaq qoymuşdular.

- Istintaq gedirdimi?

- Xeyr. Yalnız həbs olunan günün gecəsi dedilər ki, evinizdə axtarış aparılması üçün qrup göndərilib, amma içəri buraxmırlar, telefon verəcəyik, içəri buraxmaq üçün onları anlat. Mən axtarış aparmaq üçün məhkəmə qərarının vacibliyini xatırladanda, cavab verdilər ki, bunu bilmirlər, axtarışı ya zorla, ya da xoşla etməlidirlər. Çəkinəcəyim bir şeyim olmadığından evə zəng edib dedim ki, içəri buraxın, ancaq yanlarında olun ki, heç nə atmasınlar. Təsəvvür edin ki, səhərə qədər bizim bağ evimizi ələk-vələk etdilər, 4 min 600 manat pul tapdılar. Hətta qardaşlarıma demişdilər ki, pullarınızı, sərvətinizi harada gizlətmisiniz. Bunlar anlamırdılar ki, iş adamı olduğumuzdan maliyyə vəsaitimiz əmlakda olur. Heç olmasa bankları yoxladıb aydınlaşdırmamışdılar ki, biz iş görmək üçün banklardan kredit götürmüşük. Bütün bu hadisələrin şahidləri də var.

- Tapılan 4 min 600 manatın taleyi necə oldu?

- Həmin pul az olduğundan sənədləşdirmədən geri qaytardılar.

- Nurəddin müəllim, bəs siz həbsdə ola-ola zavodun səhmlərini necə aldılar? Sənədləşmə necə aparıldı? Səhmlər kimin adına keçirildi?

ardı var

Müsahibəni hazırladı: Şahvələd Çobanoğlu

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-82285701510877078342011-09-28T15:24:00.000+05:002011-09-28T15:24:02.813+05:00Elnur Aslanovu “nurçu”larla nə bağlayır?

«WikiLeaks» PA rəsmisinin «Gülənçi»lərlə sıx əlaqələrinə dair məxfi sənəd yaydı

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan WikiLeaks saytının Azərbaycanla bağlı yaydığı məlumatlara münasibət bildirib.

PA rəsmisinin sözlərinə görə, “WikiLeaks”də yayılan məlumatlar müəyyən insanların şəxsi mülahizələri əsasında qurulub və həmin yazışmalara ciddi yanaşmağa ehtiyac yoxdur: “WikiLeaks-də əksər hallarda həqiqətdən uzaq məlumatların yayılması təəssüf doğurur. Çünki böyük dövlətlərin qeyri-ciddi yazışmalara əsaslanıb fikir mübadiləsi aparması səmərəli şəkildə siyasət aparılmasının bariz nümunəsi deyil”.

Elnur Aslanovun belə bir açıqlaması onu söyləməyə əsas verir ki, PA rəsmisi barəsində “WikiLeaks” saytında yayılan məlumatdan ciddi narahatlıq keçirib. Belə ki, saytın açıqladığı ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Lunun Vaşinqtona ünvanladığı məxfi teleqramında Elnur Aslanovun daha çox “Nurçular” dini təriqətinin lideri Fətullah Gülənə bağlılığı ilə tanınan “Çağ Öyrətim” təhsil şəbəkəsinin rəsmiləriylə yaxın olduğu yazılıb.

Donald Lu “mərkəz”ə göndərdiyi gizli məktubunda yazır ki, hökumət üzvlərinin övladlarının əsasən “Çağ Öyrətim”in məktəblərində təhsil alması “Gülənçi”lərin Azərbaycan hakimiyyəti ilə münasibətlərinin yaxşılaşdırılmasında mühüm amillərdən biri hesab olunur. “Gülənçi”lərlə sıx münasibətlərdə olan rəsmilər arasında daha çox Prezident Administrasiyasının (PA) şöbə müdiri, PA rəhbəri Ramiz Mehdiyevin “informatoru” hesab edilən Elnur Aslanovun adı hallanır. Onun “Gülənçi”lərlə tez-tez görüşdüyü və sıx əməkdaşlıq etdiyi söylənilir.

Informasiya şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-36802657943369065492011-09-28T15:19:00.000+05:002011-09-28T15:19:33.070+05:00“Putin gəlir” xəbəri Rusiyanı batırır

Ölkə 2 gündə beş milyard dollar xərcləyib, 24 qəpik qazanıb

Rusiya Milli Bankı iki gündə 5 milyard dollar itirdi. Bunun qarşılığında isə valyuta bazarında rublun qiyməti cəmi 24 qəpik qalxıb. Putinin Rusiyada prezidentliyə namizəd olacağına dair xəbərin ilk siqnalları budur.

Göründüyü kimi, keçmiş dövlət başçısının “gəlirəm” xəbəri iqtisadi infarkt və sosial iflic yaradıb. Amma Putinin Rusiya sevgisi o qədər böyükdür ki, o, bunun uğrunda bütün rus xalqını qurban verməyə hazırdır. Rusiya öz daxili halsızlıqlarını aradan qaldırmaq üçün yeni cəhdlər etdiyi bir vaxtda Putinin yenidən böyük taxtada baş rol istəməsi vəziyyəti gərginləşdirəcək. Medvedevin Qərb ölkələri ilə dil tapmaqda daha rahat bir şəxs olduğunu düşünən ekspertlər belə hesab edirdilər ki, hazırkı prezidentin Qərb dünyasında Rusiyaya qarşı aqressiyanı xeyli azaltmaq imkanları var. Bu durum əslində Rusiya üçün bir şans hesab edilirdi. Maliyyə resursları baxımından Qərbin dəstəyinə birmənalı ehtiyac duyan Rusiya üçün antiQərb mövqeli liderin zühuru intihara bərabərdir. Başlıca məsələlərdən biri də odur ki, Rusiyada son dörd ildə xeyli müstəqil biznesmen formalaşıb və Putinin yenidən gəlişi onlar üçün qətliam xəbəridir. Buna görə də ölkədə ciddi maliyyə qıtlığı yaranıb. Görünür ki, ölkədən xeyli miqdarda pul çıxarılmaqdadır. Bu qaçhaqaçın ilk iki gününün 5 milyarda başa gəlməsi o deməkdir ki, Rusiya sürətlə iqtisadi fəlakətə yuvarlanır.

Kudrin niyə getdi?

Ola bilsin ki, yaxın zamanlarda Rusiyanın daha böyük vəzifəli şəxslərindən biri də mühacirət etsin. Sabiq maliyyə naziri Aleksey Kudrin istefa verərək Medvedevin baş nazir olacağı hökumətdə işləməyəcəyini dedi. Amma bir qədər inandırıcı olmayan əsaslandırma idi. Çünki Kudrin Medvedevin prezidentliyi dövründə işləmişdi. Ən başlıcası isə bu dövrdə Putini tənqid edən xeyli açıqlamalar, müsahibələr vermişdi. Məsələn, o açıq şəkildə Hesablama Palatasına müraciət edərək büdcəni hökumətdən və baş nazirdən qorumağı tələb edirdi. Göründüyü kimi, Putinin yenidən gəlişinin özü üçün yaxşı nəticələr verməyəcəyini bilən Kudrin vəzifəsindən istefa vermək qararına gəlib. On ildən artıqdır bu vəzifəni tutan sabiq maliyyəçi nazir Avropada da ciddi mütəxəssislərdən biri kimi tanınırdı. Onun istefasının Rusiya iqtisadi mühitində inamsızlığın dərinləşəcəyinə və investisiyaların ölkədən çıxarılacağına səbəb olacağı deyilir. Əslində isə ilkin nəticələr bu gözləntinin doğrulduğunu deməyə əsas verir.

Qərb bəyanatlarını unudacaqmı?

Bu ilin 8-9 martında Moskvada səfərdə olan ABŞ vitse-prezidenti Putinin prezidentliyə namizədliyinin Rusiya üçün “qara xəbər” olacağına işarə vurmuşdu. ABŞ ikincisi demişdi ki, Putin yenidən prezident olmaq istəsə, bu onun özü və Rusiya üçün çox pis ola bilər. Göründüyü kimi, Putinin namizədliyinin ilk iki günündə Rusiyada ciddi dollar çatışmazlığı (tələbatın üçdə biri qədər) yaranıb. Bu isə o deməkdir ki, Qərb öz bəyanatlarını unutmayıb. Üstəlik, Əfqanıstan üçün nəzərdə tutulan daşımaların müqavilələrinin yerinə yetirilməsi məsələsi hələ də sual altında qalır. Başqa tərəfdən, Şimali Qafqazda təhlükəsizlik məsələlərində Medvedevlə dil tapan Qərb ölkələri çətin ki, Putinlə dialoqa cəhd etsinlər. Beləliklə, Rusiya Putinin “gəlir” xəbərini eşidər-eşitməz itirməyə başlayıb. Bu ölkəni fəlakətdən xilas etməyin politoloji yolları isə hələ üfüqdə də görünmür.

Seymur Həzi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-50216313651702053082011-09-28T15:16:00.000+05:002011-09-28T15:16:17.275+05:00Əliyev atasından qalan yapçılarla eyni yerişi yeriyə bilmədi

Mahal İsmayıloğlu: «Hakimiyyətdaxili qruplaşmalar ölkənin idarəçiliyində fikir ayrılığına görə deyil, biznes maraqlarına görə topalaşıblar»

«Eldar Mahmudov hər addımda açıq şəkildə hiss etdirir ki, Paşayevlər klanına məxsus olan tapşırıqların icraçısıdır»

ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı məxfi teleqramları açıqlayan “WikiLeaks” saytında Azərbaycanla bağlı məqamlar açıqlanmaqda davam edir. Sənədlərdə hakimiyyətdaxili savaş da diqqətdən kənarda qalmayıb. Məhz bu məqamlarla bağlı Prezident Administrasiyasına bilavasitə yaxınlığı ilə seçilən “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlunun fikirləri ilə tanış olduq.

- “WikiLeaks”ın açıqladığı sənədlərdə hakimiyyət daxilində Ramiz Mehdiyevə qarşı Kəmaləddin Heydərov və Eldar Mahmudovun üzv olduqları qruplaşmaların olduğu deyilir. Bu fikirləri bölüşürsüz?

- Kəmaləddin Heydərovun qruplaşması var. Amma Eldar Mahmudovun özü Paşayevlər qruplaşmasının sıravi üzvlərindən biridir. Funksioner kimi üzdədir, MTN-in başında dayanır. Ancaq bütün ixtiyarı Paşayevlərin əlindədir. Hər addımda da açıq şəkildə hiss etdirir ki, Paşayevlər klanına məxsus olan tapşırıqların icraçısıdır. Buna şübhə yoxdur. Hakimiyyət daxili bölgüdən, qruplaşmalardan danışanda öncə nəzərə almaq lazımdır ki, bunlar ölkənin idarəçiliyində fikir ayrılığına görə yaranan qruplaşmalar deyil. Biznes maraqlarına görə topalaşan qruplaşmalardır. Kimlərinsə hardasa maraqları toqquşur. Ancaq məqsədləri eynidir. Ölkəni necə talamaq, onun sərvətlərinə necə sahib olmaq və ölkəni talamaq yarışında maneələrlə rastlaşmamaq üçün hansı hədəfləri vurmaq.

“Hakimiyyət daxilində gedən mübarizələrin çox gizli, yeraltı xətləri var”

- Ehtimal edilir ki, Əli Insanovla Sirus Təbrizlinin YAP-dan çıxarılması 2008-ci ildə prezident seçkisi öncəsi hakim partiyanı parçalanmadan sığortalayıb. Doğrudan da YAP-ın parçalanma ehtimalı var idi?

- Əli Insanov həbs olundu. Sirus Təbrizlinin də çıxarılması tamam başqa motivlərlə bağlı idi. Cəlal Əliyevdən başqa hansısa qrupun hakimiyyətin varislik yolu ilə ötürülməsinə qarşı çıxması inandırıcı görsənmir. Varislik yolu ilə ötürülmə həm də hakimiyyətdə təmsil olunan, Heydər Əliyevin himayədarlığı ilə nazir təyin edilən, müxtəlif vəzifələrə yiyələnən, külli miqdarda var-dövlət sahibi olan, tabeçiliyindəki strukturları öz mülkiyyətinə çevirən insanlar üçün yeganə xilas yolu idi. Bir anlığa təsəvvür edin ki, Ilham Əliyev yox, tamam başqa bir adam hakimiyyətə gəlsəydi, bütün nazirlərin aqibəti necə ola bilərdi. Amma bu başqa məsələdir ki, Ilham Əliyevin dövləti idarə edib-edə bilməyəcəyi ilə bağlı fikir müxtəlifliyi var idi. Buna son dərəcə pessimist, müəyyən şübhələrlə yanaşanlar da var idi. Heydər Əliyevlə müqayisədə onun oğlunun nəyə qadir olduğu xeyli suallar doğururdu. Bu baxımdan da Əli Insanovun da, Fikrət Sadıqovun da, Akif Muradverdiyevin də həbsi sadəcə olaraq bir qrup insan arasında söhbətin motivləri əsasında baş verdi. Çox maraqlıdır ki, o söhbətlərin iştirakçısı olan dördüncü adam həmin dairənin söhbətlərini yuxarıya çatdırdığına görə indi çox yüksək vəzifədədir. Bu onu göstərir ki, Azərbaycanda hakimiyyət daxilində gedən mübarizələrin çox gizli, yeraltı xətləri var. Zahiri əlamətlər heç də bizim dediyimiz kimi deyil. Altdan gedən proseslər isə hakimiyyət daxili mübarizələrin hansı müstəvidə olduğunu ortaya qoya bilir.

“Sirus Təbrizli və Cəlal Əliyev ciddi qəbul edilməyən adamlardı”

- Sirus Təbrizli həm də Cəlal Əliyevə yaxın olduğuna görə Ramiz Mehdiyev tərəfindən YAP-dan uzaqlaşdırıldığı güman edilir. Bu fikiri bölüşürsünüz?

- Bir dəfə Cəlal Əliyev Sirus Təbrizlini təhqir etdi. Sirus da ona cavab verdi ki, mənə münasibətdə səhv edirsiniz. Heç vaxt qul kimi sözlərinizi yerinə yetirməyəcəm. Sirus Təbrizli ilə Cəlal Əliyev arasında hansısa bağlılığın olmasına şübhə edirəm. Çünki hər ikisi ciddi qəbul edilməyən, ölçülü-biçili siyasət apara bilməyən adamlardı. Nə Siruz Təbrizli siyasi proseslərdəki məqamları gözləyəndir, nə də Cəlal Əliyev. Bunların leksikası da, danışıq tərzi də, hadisələrə münasibət forması da göstərir ki, bu cür insanlar ciddi siyasətlə məşğul ola bilməzlər. Ciddi siyasətlə məşğul olmaq istəyi də nəticə etibarı ilə bugünkü kimi olmalı idi.

“Cəlal Əliyev prezident olsaydı, biz tamam başqa bir Azərbaycanda yaşayardıq”

- Orda bir məqam da var ki, Cəlal Əliyevin 2008-ci ildə prezident seçkilərinə qatılmaq ehtimalı olub. Bununla bağlı nə deyə bilərsiniz?

- Bir az xronikalara diqqətlə yanaşmaq lazımdır. Eyni söhbət 2003-ci ildə Ilham Əliyevin prezidentliyə namizədliyi irəli sürülən dövrdə də gedirdi. Guya, Cəlal Əliyev Ilham Əliyevin prezident seçilməsinə qarşı dirəniş göstərir. Nəhayət seçki öncəsi Cəlal Əliyev televiziya ekranına çıxıb geniş müsahibə verdi ki, Ilham Əliyev çox layiqli varisdi və hakimiyyəti ondan başqa heç kim idarə edə bilməz. Təbii ki, bu, cəmiyyətdə gedən söz-söhbətlərə son qoymaq üçün düşünülmüşdü. Amma sonrakı prosesdə Cəlal Əliyevin vurulması da göstərdi ki, müəyyən barışmazlıqlar, narazılıqlar olub. Amma Cəlal Əliyevin ölkə prezidenti ola bilməsi və bu yöndə dəstək qazanması tamamilə mümkünsüzdür. Azərbaycan ictimaiyyətinə Ilham Əliyev qəbul etdirmək nə qədər çətin idisə də, Cəlal Əliyevi prezident kimi qəbul etdirmək mümkünsüz idi. Əgər belə olsaydı, biz tamam başqa bir Azərbaycanda yaşayardıq.

“Nazirlər nümayiş etdirdilər ki, onlar ölkə başçısından yox, ölkə başçısı onlardan asılıdır”

- Sənədlərdə o da qeyd edilir ki, Sirus Təbrizli köhnə yapçılarla Ilham Əliyev arasında dərin uçurumun olduğunu deyib. Bu uçurum həqiqətən də varmı?

- Əslində bu da məntiqə uyğundur ki, Ilham Əliyev atasından qalan yapçılarla eyni yerişi yeriyə bilmədi. Bu addımlar, sadəcə olaraq, uyğun gəlmədi. 2003-cü ilə qədər arxa plandan qalıb üzə çıxmaq istəməyən, öz var-dövlətini ehtiyatla gizlədən nazirlərin hamısı bir ilin içində açıq şəkildə meydana çıxdılar. Öz sərvətlərini nümayiş etdirməyə başladılar. Sərvətlərilə yanaşı ölkə siyasətində, dövlət idarəçiliyində oynadıqları rolu şişirtməyə, gözə soxmağa başladılar. Eyni zamanda açıq şəkildə nümayiş etdirdilər ki, onlar ölkə başçısından yox, ölkə başçısı onlardan asılıdır. Bu, 2003-cü ildən sonra gedən proseslərin gözlə görünən tərəfi oldu. Təbii ki, belə bir axarda konservativ düşüncəyə malik, Heydər Əliyevsayağı meyarları qəbul edən insanlarla Ilham Əliyev yol gedə bilmədi. Yavaş-yavaş onlardan qurtulmaq, onları uzaqlaşdırmaq bir tendensiyaya çevrildi. Nəticə etibarı ilə Azərbaycan indi elə bir mərhələyə gəlib çatıb ki, artıq bütün cəhdlərə baxmayaraq, dövlət idarəçiliyində resurslar tamamilə tükənib. “Azadlıq” qəzetində Ramin Nağıyevin, ardınca Elşad Abdullayevin çox dəhşətli ittihamları dərc olundu. Özünə hörmət edən, imicini qoruyan, azca da olsa nüfuzunun qayğısına qalan bir hakimiyyət, onun məmurları o qədər susqunluq nümayiş etdirməzdilər. Bilavasitə onlara yönələn ittihamları cavabsız qoya bilməzdi. Amma cavabsız qaldı. Bu onu göstərir ki, hakimiyyətin yüksək eşelonu ilə onun məmurları arasında bir cinayətkar ortaqlıq yaranıb. Indi heç kim heç kimə toxuna bilmir. Hakimiyyət bunların nə üçün baş verdiyinə cavab verə bilmir. Çünki istənilən halda gedib hakimiyyətə dirənir. Məlum olur ki, hakimiyyətin sifarişi yerinə yetirilib. Aqil Xəlillə bağlı olayları xatırlatmaq lazımdır. Elşad Abdullayevin məktubunda adı hallanan Akif Çovdarov eynən Aqil Xəlilə qarşı cəza alətinə çevrildi. Indi həmin adamın adı başqa bir motivdə hallanır. Bütün bunlar onu göstərir ki, güc strukturlarının işçiləri bir dəfə hakimiyyətin sifarişini yerinə yetirəndə, iki dəfə də özlərinin maraqlarını təmin edən addımlar atıblar. Nəticə isə indi göz önündədir.

Fizzə Heydərli

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-49187559144972034612011-09-27T13:54:00.001+05:002011-09-28T14:08:54.350+05:00“WikiLeaks” Cəlal Əliyevi ifşa etdi

İlham Əliyevin əmisi gəlir mənbəyini itirəcəyinə görə, «Təhsil haqqında» yeni qanunun qəbuluna qarşı çıxıb

“WikiLeaks” saytı Azərbaycanla bağlı materialları yaymaqda davam edir. Növbəti belə material Azərbaycandakı təhsil sistemi ilə bağlı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Lunun Vaşinqtona məxfi məktubudur. Məktubda ən maraqlı məqam “Təhsil haqqında” Qanun ətrafında baş verənlər barədə qeydlərdir. Oxucuların diqqətinə çatdıraq ki, “Təhsil haqqında” Qanun 1998-ci ildən başlayaraq hakimiyyət daxilində mübahisəli məsələ olub və bu baxımdan qəbulu ləngiyib. Uzun mübahisə və intriqalardan sonra ötən il qanunun qəbuluna nail olunub.

Donald Lu məktubunda yazıb ki, yeni qanuna qarşı ən sərt şəkildə çıxan Ilham Əliyevin əmisi, deputat Cəlal Əliyev olub. O, həmçinin bu qanunu dəstəkləyənlərə qarşı da sərt mövqe sərgiləyib. Donald Lu yazıb ki, Cəlal Əliyevin bu mövqeyi aspiranturanın ləğvini istəməməsi ilə bağlıdır. ABŞ səfirliyinin əməkdaşı aspiranturanı Cəlal Əliyevin gəlir mənbələrindən biri kimi göstərib.

Beləliklə bəlli olur ki, Azərbaycanda təhsil sisteminin axsamasında birbaşa hakim ailənin rolu olub. Cəlal Əliyev həmin dövrdə ailənin əsas söz sahiblərindən biri kimi şəxsi maraqlarından çıxış edərək uzun illər yeni qanunun qəbulunu ləngidib. 2005-ci ildən sonra onun mövqelərinin zəiflədilməsi və nəhayət, tamamilə küncə sıxışdırılması yeni qanunun qəbuluna şərait yaradıb.

Donald Lunun məktubunda daha bir maraqlı məqam yeni qanunla bağlıdır. ABŞ səfirliyinin əməkdaşı məktubunun şərh hissəsində qeyd edib ki, hətta yeni qanun da Azərbaycan təhsilindəki problemlərin aradan qaldırılması, təhsil sisteminin modernləşdirilməsi və müasir standartların tətbiqini əhatə etmir.

Informasiya şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-10985173677565194252011-09-27T13:29:00.000+05:002011-09-28T13:53:04.146+05:00«Deyirdilər, səni həbs etdirən Ramiz Mehdiyevlə Bəylər Əyyubovdur»

«Zülfüqarlı qardaşları» dramının detalları ilk dəfə «Azadlıq»da

Nurəddin Zülfüqarlı: “Kərəm Həsənov dedi ki, zavodumda yüksək vəzifəlilərin gözü var”

Son günlər mətbuat silahlı adamların özəl mülk olan “Xəzər Boru” Zavoduna basqın etməsi və oranı tutması haqda məlumatlar yaydı. Bəlli oldu ki, müasir texnologiya ilə qurulan bu yeni zavod Zülfüqarlı qardaşları kimi tanınan iş adamlarına məxsusdur, nədənsə fəaliyyəti dayandırılıb və kimlərsə onu sahiblərinin əlindən almaq istəyir. Zülfüqarlı qardaşları ilə bu cür problemlər yeni deyil. Hələ 2005-ci ildə onlar həbs edilmiş, sahibi olduqları iki zavodun səhmlərinin böyük hissəsi əllərindən alınmışdı. Bütün bunlara aydınlıq gətirmək üçün hazırda Azərbaycanı tərk etməyə məcbur olan qardaşların biznesinə ümumi rəhbərlik edən Nurəddin Zülfüqarlıya müraciət etdik və ondan çox böyük maraq doğura biləcək açıqlamalardan ibarət müsahibə ala bildik.

- Nurəddin müəllim, Azərbaycanda sizi “Zülfüqarlı qardaşları” kimi tanıyırlar və son illərdə sizin biznes, mülkiyyət problemləriniz haqda məlumatlar alırıq. Hətta bir vaxtlar həbs edilmişdiniz. Nə baş verir? Istərdik bu haqda məhz özünüz geniş və detallı danışasınız. Biz sizinlə müsahibəni olduğu kimi dərc etməyə hazırıq. Öncə özünüz barədə bir suala cavab almaq istərdik. Bir neçə zavoda sahib olmuşdunuz, uğurlu və geniş fəaliyyətiniz vardı. Maraqlıdır ki, biznesə necə başladınız? Əvvəllər vəzifədə olmuşdunuzmu? Ilk kapitalınız haradan idi?

- Əvvəla təşəkkür edirəm ki, bu olayları araşdırmaq və müsahibə almaq istədiyinizi bildirdiniz. Bu bizə ümid verir ki, cəmiyyətdə insanlar, mətbuat və sağlam qüvvələr iş adamlarının problemlərini öyrənirlər, deməli, hələ hər şey itməyib.

Mən qısaca danışacağam bu sual ətrafında. Çünki hər şey sadə və aydındır. Hətta anladım ki, nəyə eyham vurursunuz. Xeyr, biz qardaşların biznesi və kapitalı vəzifə ilə, bürokratiya ilə, rüşvət və korrupsiya ilə bağlı olmayıb. Biz Rusiyada işləmişik, sərmayəmizi də orada əldə etmişik. Heydər Əliyevin azərbaycanlı iş adamlarına müraciətindən, gəlib vətəndə iş yerləri açmaq dəvətindən sonra yurda dönmək qərarı verdik. Həm də biz ticarət və alverlə məşğul deyildik. Istehsalla, quruculuqla, sənaye ilə bağlı idik. Buna Azərbaycanda ehtiyac vardı, biznes kimi də burada bizə geniş meydan görünürdü. Böyük sərmayələrimizi xərclədik, dayanmış, məhv olmuş, köhnəlmiş iki zavodu ən son texnologiyalara uyğun səviyyədə bərpa etdik. Təkmil mühəndis və idarəçilər komandası yaratdıq. Böyük sayda daimi və yüksək maaşlı iş yerləri açdıq. Yüksək məbləğdə vergilər ödədik və heç vaxt qanunlardan yan keçmədik. Bizim necə işlədiyimizi sadə işçilərimizdən, fəhlələrimizdən soruşa bilərsiniz. Mən qanunsuz həbs ediləndə onlar mitinq etdilər, azad olunanda qurbanlar kəsdilər. Insanlar bizi böyük xeyirxah kimi qəbul edirdi, amma təəssüf olsun heç də hamı bir şeyi dərk etmir ki, işçiyə və işə dürüst, vicdanlı münasibət biznesin sadəcə doğru yoludur. Qalanı biznes deyil. Amma hər şey çox dəhşətli və dramatik sonluğa gəldi. Uğurlu işlərimizdən sonra təzyiq, həbs və bu gün də davam edən hədələrlə üzləşdik, çox yüksək vəzifəli adamlar quldurluq yolu ilə mülklərimizi əlimizdən aldı. Zavodlar ya tam, ya qismən dayandı, minlərlə insan iş yerini itirdi.

- Mətbuatdan izlədiyimizə görə sizə qarşı təzyiqlər 2004-cü ildə dövlət başçısı Ilham Əliyevin sahibkarlarla görüşündə etdiyiniz tənqidi çıxışınızdan sonra başlayıb. Sizə qarşı təzyiqlərin başlaması həmin tənqidlərə cavab idi, yoxsa biznesinizi kimlərinsə öz əlinə almaq niyyətindən doğurdu? Ya da hər iki amil rol oynayıb?

- Xronika belədir. Hələ 2002-ci ildə mərhum prezident Heydər Əliyevin iş adamları ilə görüşü zamanı da mən tənqidi çıxışlar etmişdim və bu tənqidlər rəhbər işçilərin birbaşa ünvanına idi. O zaman çıxışıma Heydər Əliyev də, iş adamları da dəstək verdi. Həmin il biznesmenlərin fəaliyyətinə qarşı yaradılan xeyli problemlər çözülməyə başladı. Ancaq tənqid etdiyim qurumların rəhbərlərində mənə qarşı düşmən münasibəti yarandı. Sadəcə, Heydər Əliyevdən qorxduqlarından açıq şəkildə bu niyyətlərini büruzə vermirdilər. 2004-cü ildə isə Ilham Əliyev iş adamları ilə Biznes Mərkəzində görüşdü. Mən həmin vaxt prezident yanında Sahibkarlar Şurasının üzvü və Sahibkarların Hüququnun Müdafiə Komitəsinin sədri idim. Prezidentlə görüşdə iş adamlarına söz verildi və o da bizi diqqətlə dinləyirdi. Başqaları sussa da, mən bu dəfə də çıxışımda mövcud problemləri sadalamalı oldum...

- Hansı problemləri?

- 2002-ci ildən qalan problemlər idi, konkret olaraq iş adamlarının fəaliyyətinə aidiyyəti olmayan DIN, prokurorluq, yol polisinin müdaxiləsi barədə tənqidlərimi çatdırdım. Daha sonra Bakı Şəhər Icra hakimiyyətinin bizim yenidənqurma işlərinə cavab verməməsi, hərəkətsizliyinə toxundum. Bu məsələlərə tez reaksiya verildi və qısa müddətdə bəzi problemlərimiz həll olundu. Ancaq eyni zamanda yuxarıda haqqında danışdığım dövlət qurumları mənə qarşı aqressiv mövqe tutdular. Onlar danışan iş adamı kimi məni necə susdurmağın yollarını artıq düşünürdülər və hər kəs də mənə deyirdi ki, sənin başın bəlaya girəcək. Bütün bunlara rəğmən, mən danışmalıydım, çünki prezident bizdən soruşurdu və bizlər də mövcud problemləri qaldırmalıydıq. Təəssüf ki, həmin görüşdən sonra prezidentin iş adamları ilə görüşünə bizi daha dəvət etmədilər.

- Yəni, Sahibkarlar Konfederasiyası da sizi qurumun üzvü kimi dəvət etmirdi?

- Biznes Mərkəzindəki çıxışımdan sonra məni tədbirlərə dəvət etmirdilər. Çünki problemi qaldıran iş adamı kimi məni kənarlaşdırmışdılar. Onlar mənim Sahibkar Şurasının üzvü və Sahibkarların Hüququnu Müdafiə Komitəsinin rəhbəri olduğumu guya unutmuşdular.

- Amma Sizə qarşı ilk basqılar olanda bunlar sizin sabiq nazir Fərhad Əliyevlə yaxınlığınızla əlaqələndirilirdi. Onunla nə dərəcədə yaxın idiniz?

- Bu kimi fikirlər əvvəlcədən düşünülmüşdü. Deməli, iş adamının əmlakını əlindən almaq üçün öncə ləkələmək və ictimaiyyətə başqa cür təqdim etmək lazım idi. Yalnız bu kampaniyadan sonra əmlakımızın alınması prosesinə start verilirdi. Bizi nəinki Fərhad Əliyevə, Bin Ladendən başlamış hər kəsə bağlamaq istədilər. Hətta xatırlayıram ki, bir ara Poladtökmə Zavodunda radioaktiv maddənin tapılması haqqında şayiə də yaymışdılar. Halbuki mən Fərhad Əliyevin nazir işlədiyi vaxt ondan prokurorluğa şikayət etmişəm, toplantılarda ona qarşı tənqidi çıxışlarım olub, hətta prezidentin yanındakı iclaslarda naziri tənqid etmişəm. Bu mənada onunla yaxınlığım və iş birliyim ola bilməzdi. O zaman mən iş adamı idim, Fərhad Əliyev isə bürokrat idi.

- 2004-cü ildə Ilham Əliyevlə görüşdəki çıxışınızdan sonra aqressiv münasibətin yarandığını bildirdiniz. Bu aqressivlik özünü nədə göstərirdi?

- Artıq fərqli yanaşma var idi, yuxarıda dedim, iclaslara çağırmırdılar, bizneslə bağlı hadisələrin mərkəzindən kənarlaşdırdılar, yoxlamalar gəlirdi, gömrükdə problemlər yaradılırdı. Hətta bir ara bizi qeyri-qanuni malların gətirilməsinə yönləndirmək istədilər, getmədik. Yəni ləkələmək istəyirdilər ki, əllərində vasitələr olsun. Açıq şəkildə sıxışdırma hiss olunurdu. Əllərində fakt olmadığından, ləkələmək üçün başqa müxtəlif metodlara əl atırdılar.

- Adətən təzyiq metodu kimi istifadə edilən yoxlamalar olurdumu?

- Əlbəttə. Amma bu istiqamətlərdə çatışmazlıqlar olsaydı, onlar başqa yol seçərdilərmi? Biz hər zaman qanunlara riayət etməyə çalışırdıq, bütün əməliyyatları qanuniləşdirirdik. Bizim yeganə gücümüz bu idi.

- Bəs sizi və qardaşlarınızı nə üçün və necə həbs etdilər? Nə istəyirdilər?

- Bu məsələni geniş və təfərrüatlı söyləməyə ehtiyac var, yəni, hər şey haradan başladı sualına cavab verilməlidir. Artıq müəssisələrimizi gəlirli vəziyyətə gətirəndən sonra, təxminən 2005-ci ilin oktyabr, ayının əvvəlində mənə Kərəm Həsənovdan təklif gəldi ki, bu müəssisələrə iddialı adamlar var, baxın, görün nə edirsiniz. Mən əhəmiyyət vermədim. Dekabrda Kərəm Həsənovla Əmlak Komitəsinin Iri Özəlləşdirmə Müəssisələri Idarəsinin rəisi Rüstəm Şahbazov məni görüşə dəvət etdilər, konkret söhbət oldu. Kərəm Həsənov dedi ki, hər iki zavodu geri qaytarmaq lazımdır. Anlamadım və söylədim ki, necə yəni qaytarmaq lazımdır və kimə? Dedi ki, gizlətmirəm, sənin zavodunda yüksək vəzifəli məmurların gözü var, könüllü şəkildə bu müəssisələrin 80 faizini onlara vermək lazımdır. Etiraz etdim ki, bu batmış zavodları tender vasitəsilə almışam, dövlət rüsumlarını, investisiya proqramlarını yerinə yetirmişəm, 10 milyonlarla dollar sərmayə qoymuşam, belə olduqda müəssisələri əvəzsiz olaraq məmurlara vecə verə bilərəm?! Hər ikisi dedi ki, onlardan asılı deyil, əgər könüllü razılaşmasan, sənin də, ailənin də başı ağrıyacaq, bu məsələ yalnız səninlə bağlı deyil, başqa adamları da çağırıb söhbət ediblər. Mən kəskin şəkildə etirazımı bildirdim, bunun qeyri-qanuni, quldurluq olduğunu, bu barədə prezidentə müraciət edəcəyimi söylədim. Söylədim ki, necə yəni, müəssisəni ayağa qaldırandan sonra kiməsə verməliyəm? Söhbətimiz onların “özün bilərsən, bizdən xəbərdarlıq etməkdir” sözləri ilə yekunlaşdı. Bundan az sonra yolda sürücümün və mənim başıma qara torba keçirib maşına basdılar...

ardı növbəti sayımızda

Müsahibəni hazırladı: Şahvələd Çobanoğlu

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-20941743606354217612011-09-27T13:04:00.000+05:002011-09-28T13:28:55.956+05:00Heydərovun “medal əməliyyatı” dünya gündəmindən düşmür

«Fövqəlnazir»in «investisiya»sı boksun olimpiya oyunları sırasından çıxarılmasının müzakirəsinə səbəb olub

Azərbaycan hakimiyyətinin adı hallanan beynəlxalq korrupsiya qalmaqalı böyümək üzrədir. Boks federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) tərəfindən peşəkar boks yarışlarının təşkili üçün təsis olunmuş “World Series Boxing”in (WSB) təmsilçisinə 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasına iki qızıl medal verilməsi üçün 10 milyon dollar rüşvət verməsi dünya gündəminin əsas müzakirələrindən birinə çevrilib.

Dünyanın ən nüfuzlu idman yarışı hesab edilən olimpiya oyunlarıyla bağlı xoşagəlməz olayın yaşanması beynəlxalq ictimaiyyətin diqqətindən yayına bilməzdi. Artıq Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Cak Rok rəhbərlik etdiyi qurumun rüşvət faktını araşdırmağa başladığını söyləyib. Qalmaqallı xəbəri ilk yayımlayan BBC telekanalı da rəsmi şəkildə BOK-a müraciət edərək başlanan təhqiqata yardımçı olacağına söz verib. Telekanal rəsmisi məsələ ilə bağlı əllərində olan dəlilləri komitəyə təqdim etməyə hazır olduqlarını bildirib. “Guardian” qəzeti isə BOK-un müstəqil etika komitəsi tam araşdırmalara başlamağa qərar vermədən öncə, sübutları nəzərdən keçirəcəyini açıqlayıb.

Boks federasiyasının prezidenti (ABF) “fövqəlnazir” Kəmaləddin Heydərov adı hallanan rüşvət olayına münasibət bildirib. Heydərov yayılan iddiaların əsassız olduğunu söyləyib: “Son günlər BBC televiziyasının həm Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA), həm də Azərbaycan haqqında verdiyi məlumatlar böhtan xarakterlidir və onlar öz cavablarını alacaqlar. Kiminsə dediyinə əsaslanıb belə qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək düzgün deyil”.

Kəmaləddin Heydərovun sözlərinə görə, BBC-nin yaydığı məlumatların əsassız olduğunu sübut etmək üçün həm AIBA-nın, həm də ABF-nin tutarlı faktları var: “Boksçularımızın da üzərinə məsuliyyət düşür. Onlar güclü çalışıb sübut etməlidirlər ki, söylənilənlər hamısı cəfəngiyatdır”. Heydərov AIBA-nı hazırda dünyada çox gözəl imicə malik olan qurumlardan biri adlandırıb: “Bunu edənlər onun dünyadakı imicini ləkələmək istəyirlər. Amma gücləri çatmaz”.

Heydərovun AFB və AIBA adından belə əminliklə danışması da yeni ziddiyyətlərin yaranmasına yol açır. Belə ki, qalmaqalda adı hallanan Ümumdünya Boks Seriyasının rəhbərinin açıqlaması “fövqəlnazir”in növbəti dəfə qeyri-səmimi olmasının sübutudur. ÜMS-nin rəhbəri rüşvət olayını təsdiqləyərək bildirib ki, Azərbaycan tərəfindən ödənilən pullar azərbaycanlı boksçuların 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət müqabilində alınıb. Fakt ortadadır. Adı hallanan tərəflərdən biri qalmaqalı etiraf edir, lakin Kəmaləddin Heydərov isə həm BBC-nin, həm də ÜMS rəhbərinin açıqlamalarını “təkzib” edir.

Dünyanın nüfuzlu media qurumları məlum olaya xüsusi diqqət ayırıb. Hətta Ingiltərədə yayımlanan “The Daily Telegraph” qəzeti hadisədən sonra boksun olimpiya oyunlarının sırasından çıxarılıb, çıxarılmayacağı ilə bağlı sorğuya start verib. Hələ ki, respondentlərin 70 faizi boksun olimpiya oyunlarından çıxarılacağına inanmadığını bildirib. Sorğu davam edir. Sorğuyla bağlı gedən yazıda bildirilir ki, dünyanın ən nüfuzlu idman yarışı ətrafında yaranmış rüşvət qalmaqalı insanların idmana və müvafiq qurumların şəffaf fəaliyyətinə olan inamı azaldacağı qaçılmazdır.

Xatırladaq ki, Azərbaycanın adı hallanan beynəlxalq rüşvət qalmaqalı BBC korporasiyasının “Newsnight” teleproqramının araşdırmalarından sonra ortaya çıxıb. Araşdırmalar zamanı müəyyən olunub ki, ötən il Kəmaləddin Heydərov Isveçrədə fəaliyyət göstərən özəl investisiya şirkəti vasitəsilə WSB-nin Amerika bölməsinin icraçı direktoru Ivan Xodabaxşa investisiya yatırımı adı altında 10 milyon dollar verilməsinə dair sənəd imzaladıb. Indiyədək bu məbləğin 9 milyon dollarının WSB Amerika bölməsinin bank hesablarına yatırıldığı məlum olub.

BBC-yə məlumat verən mənbələr deyiblər ki, Xodabaxş başçılıq etdiyi təşkilatın maliyyə sıxıntılarını aradan qaldırmaq üçün London olimpiadasında Azərbaycan yığmasına iki qızıl medal satmaq barədə sövdələşmə əldə edib. BBC pulların mənbəyinin Kəmaləddin Heydərov olduğu barədə dəlillərə malikdir. “Newsnight” dəlillərdən biri kimi Xodabaxşın Fövqəladə Hallar Nazirliyinə (FHN) göndərdiyi bu məzmunda elektron poçtu təqdim edib: “Zəhmət olmasa investisiya pullarını mümkün qədər tez bir zamanda ”WSB America”nın bank hesablarına köçürün”.

Rusiyanın nüfuzlu “Kommersant” qəzeti isə qalmaqalla bağlı məqaləsində bildirib ki, əgər AIBA və BOK tərəfindən başladılan təhqiqat nəticəsində Azərbaycan tərəfinin rüşvət verdiyi təsdiqlənərsə, o zaman BOK-un reqlamentinə görə, ölkənin yerli idman rəhbərləri diskvalifikasiya olunacaq, həmçinin Azərbaycan yığmasının Londonda boks yarışlarına qatılmasına icazə verilməyəcək. Qəzetin yazdığına görə, ekspertlər rüşvətlə bağlı dəlillərin kifayət qədər əsaslı olduğunu söyləyir. “Newsnight” proqramında çıxış edən məşhur idman promouteri Barri Hirn bu cür böyük məbləğin, guya, investisiya adı altında heç bir iqtisadi perspektivləri olmayan idman yarışına yatırılmasının ağlabatan olmadığını söyləyib: “Əgər kimsə WSB yarışlarına 10 milyon dollar yatırmaq qərarına gəlibsə, o, yəqin başqa planetdən gəlib”.

“Kommersant”ın əldə etdiyi sənədə görə, Xodabaxşın Heydərovdan rüşvət alması barədə məlumatları BBC-yə WSB-nin keçmiş meneceri Ceffri Bents və Rudel Obreya ötürüblər. Onların hər ikisi WSB-dən bir neçə ay əvvəl kənarlaşdırılıb. Lakin qalmaqalın üstünün açılmasında Britaniya Boks Federasiyasındakı mənbələrin də iştirakı olduğu güman edilir.

“The Daily Mail” qəzeti isə WSB tərəfindən təşkil edilən boks yarışlarında rüşvət iddialarının gündəmə gəlməsindən sonra Pekin olimpiadasında bu qurumun egidası altında keçirilən yarışda qızıl medal qazanmış britaniyalı boksçu Ceyms DeGele öz mükafatından imtina etdiyini açıqlayıb. O, bəyan edib ki, bu qalmaqaldan sonra idmana olan etibarı itib. DeGelenin sözlərinə görə, həvəskar boks korrupsiya bataqlığındadır və Pekin olimpiadasında da bu cür hallar olub: “Bu yarışlar başdan-başa korrupsiya və siyasətə bulaşıb. Son olimpiya oyunlarında mənim ciddi şübhə etdiyim bir sıra nəticələr oldu. Məsələn, boks üzrə Çin yığmasının üzvlərinin çoxu bu idman növündə yeni görünürdülər, buna baxmayaraq, iki qızıl medal qazandılar”.

Britaniya mətbuatı yazır ki, variantlardan biri hakimləri pulla ələ almaq ola bilər. Digər variant isə budur ki, o, Azərbaycan yığmasından ən yaxşı boksçuları seçir və onları öz sxeminə cəlb edir. Bu halda Xodabaxşa nəticələri onun gözlədiyi səmtə yönəldən iki-üç hakim lazım ola bilərdi.

“The Daily Telegraph” qəzeti isə BBC-dəki mənbələrə istinadən xəbər verir ki, korporasiya Xodabaxşın rüşvət almasına dair məlumatları verən şəxslərdən birinin AIBA-nın başlatdığı təhqiqatla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Ingiltərəli olimpiya medalçısı, hazırda məşqçi işləyən Riçi Vudhol isə qəzetə bildirib ki, bu qalmaqalda günahı sübut olunan hər kəs cəzalandırılmalı və həbsə göndərilməlidir. Çünki idmanı bu cür əməllərlə ləkələmək olmaz.

Informasiya şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-34575739217055622672011-09-27T12:54:00.002+05:002011-09-28T13:02:27.483+05:00Elşad Abdullayevin gizlinləri

ABU rektorunun qardaşının oğurlanması ilə bağlı MTN-ə təqdim etdiyi faktlar «Azadlıq»da

Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin ölkə ictimaiyyətini şoka salan açıqlamalarını bəziləri şişirdilmiş hekayət kimi qəbul edə bilərlər. Amma təəssüf ki, belə deyil; bunun belə olmadığı çoxsaylı sənədlərlə, Elşad Abdullayevin özünün apardığı istintaqın materialları ilə təsdiq olunur; bunun bir həqiqət olduğu onun Prezident daxil olmaqla çoxsaylı dövlət adamları və dövlət idarələri ilə qeydə alınmış yazışmaları, eyni zamanda qardaşının oğurlanmasında şübhələndiyi insanlarla təmaslarının qeydə alınmış rəsmi və qeyri rəsmi protokolları ilə sübut olunur.

Bəri başdan onu demək mümkündür ki, Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı məlumatlar, artıq, ölkənin hüdudlarını aşıb: Elşad Abdullayevin “Azadlıq”ın oxucularına təqdim edilən müraciəti eynilə ABŞ prezidenti Barak Obamaya, dövlət katibi Hillari Klintona, Fransa prezidenti Nikola Sarkoziyə, “Amnesty International” hüquq müdafiə təşkilatına ünvanlanıb.

Bundan əlavə E.Abdullayev eyni sənədi Avropa Insan Haqları Məhkəməsinə (AHIM) və AHIM-in tövsiyəsi ilə Interpol təşkilatına təqdim edib. Bu baxımdan, təqdim edilən faktların və məlumatların öz-özlüyündə sensasiyalı bir olay kimi dəyərləndirilməsi mümkündür.

Amma bütün proses Azərbaycanda baş verdiyindən, bu adam oğurluğu faktı ilə Azərbaycanın kriminallaşmış dövlət strukturlarının əlaqəli olmasından dolayı, biz hələlik, Azərbaycanda, Elşad Abdullayevin özünün keçdiyi bütün hüquqi və məntiqi mərhələləri də oxuculara təqdim etməliyik. Əlimizdə bu barədə çoxlu sənədlər var və həmin sənədlərin hörmətli oxucuları bir daha heyrətləndirəcəyinə əminik.

Bu olayla bağlı rəy bildirən ekspertlərin demək olar ki, hamısı belə bir arqument irəli sürürlər ki, Elşad Abdullayev hüquq-mühafizə orqanlarına rəsmən müraciət etməyib, özü qeyri rəsmi olaraq çıxış yolları axtarmaqla məşğul olub, bu işlə maraqlananlara da təzyiq göstərib.

Elşad Abdullayev hüquq-mühafizə orqanlarına rəsmən müraciət edibmi?

Başlayaq ondan ki, Elşad Abdullayev qardaşının oğurlanması faktı ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmən ərizə ilə müraciət edibmi?

Qardaşının oğurlanması barədə təkzibedilməz və həqiqəti 100 faiz ehtiva edən ehtimalları olan Elşad Abdullayev dərhal polisə müraciət edib.

Respublika Prokurorluğu bu fakt üzrə cinayət işinin qaldırıldığını 2008-ci ildə oktyabr ayının 10-da (N59/768) “Təzadlar” qəzetinin baş redaktoruna göndərdiyi rəsmi məktubla təsdiq edir: “Abdullayev Mahir Islam oğlunun 13 oktyabr 2003-cü ildə itkin düşməsi faktı üzrə Abdullayev Elşad Islam oğlunun 14 oktyabr 2003-cü il tarixli ərizəsi əsasında Yasamal RPI-də təhqiqat aparılmış, 14 noyabr 2003-cü il tarixdə Bakı Şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.6 maddəsi ilə cinayət işi başlanmış, 6 yanvar 2005-ci ildə həmin cinayət işi AR Cinayət Məcəlləsinin 120.1 maddəsinə tövsif edilmiş və hal hazırda ibtidai istintaqı davam etdirilir...”.

Bu məktubun nə üçün məhz “Təzadlar” qəzetinə göndərildiyi, nə üçün məhz, yalnız bu qəzetin Mahir Abdullayevin oğurlanması faktı ilə müntəzəm olaraq maraqlandığı barədə heç nə demədən onun üzərinə keçirik ki, Bakı Şəhər Prokurorluğundan göndərilən bu cavab məktubunda dəhşətli bir qeyri-səmimilik var. Çünki Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı cinayət işinin ibtidai istintaqı aparılmayıb, ümumiyyətlə, heç bir istintaq hərəkətinə təşəbbüs göstərilməyib. Hətta cinayət faktını daşdan keçən dəlillərlə sübut edən faktların istintaq orqanlarına, Daxili Işlər Nazirliyinə, bu məktubu “Təzadlar” qəzetinə yollayan Respublika Baş Prokurorluğunun ağır cinayətlərə dair Işlər üzrə Idarəsinin rəisi, baş ədliyyə müşaviri Eldar Əhmədovun özünə də təqdim edilməsinə baxmayaraq. Adam oğruları dövlət səviyyəsində himayə edilib, adam oğurluğu faktı dövlət səviyyəsində ört-basdır edilib, zərərçəkmiş tərəfdən isə bu “özbaşına təhqiqatı” dayandırmaq və əlində olan əmlakı, Azərbaycan Beynəlxalq Universitetini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın qohumuna təhvil vermək tələb olunub. Deməli, Mahir Abdullayev sadəcə oğurlanmayıb, dövlətin yüksək səviyyəli məmurları tərəfindən girov götürülüb və əvəzində haqq tələb edilib. Bu hüquqi-məntiqi nəticəni sübut edən faktları da indi oxuculara təqdim edəcəyik.

Deməli, ortalıqda rəsmi müraciət olub. Bu işin qeyri rəsmi- təhqiqatını apardığını deyən hörmətli Əyyub Kərimov belə bir rəsmi müraciətin olmadığını deyirsə, o da özünün əlaqələrindən yararlanaraq belə bir ərizənin mövcudluğundan xəbər tuta bilməyibsə, deməli bu müraciət ictimaiyyətdən gizlədilib (ən azı, 5 il). Ictimaiyyətdən gizlədilən bütün cinayət faktlarının arxasında isə hökmən hansısa məkrli niyyətlər dayanıb.

2005-ci ildə, Hacı Məmmədovun dəstəsi Beynəlxalq Bankın prezidentinin həyat yoldaşını oğurlayanda da zərərçəkən tərəf cidd-cəhdlə adam oğurluğu faktı ilə bağlı mətbuatda hər hansı məlumat verilməsinin qarşısını almağa çalışırdı, bu barədə məlumatların yayılmasına ağrılı reaksiya verirdi. Səbəb isə çox sadə idi: onlar haqlı idilər. Onlar çox yaxşı bilirdilər ki, bu, sıradan bir adam oğurluğu faktı deyil, dövlətin inzibati resurslarının bulaşdığı bir cinayət faktıdır. Bu cür hallarda zərərçəkən tərəflər adi hallarda olduğundan fərqli taktikaya üstünlük verməli olurlar.

Elşad Abdullayev də qardaşını oğurlayanların inzibati resurslarla əlaqəli işlədiklərini bəyan edir. O, Azərbaycan hakimiyyətinin daxilində geniş əlaqələri olan, bu mətbəxdə nələrin necə baş verdiyini əla bilən bir tərəf olaraq özü və ətrafı ilə bağlı nələrin baş verdiyini çox yaxşı bilirdi.

Onun mətbuata münasibəti isə hüquq professoru və ya rektor olaraq deyil, tipik YAP-çı təfəkkürü ilə müəyyənləşir. Məsələn, Tağı Əhmədovun, Əli Insanovun və onlarla, yüzlərlə başqa YAP məmurlarının mətbuata münasibətləri necədirsə, onun da münasibəti elə olub. Amma bu cür adamların hamısının başı daşa dəyəndən sonra mətbuatı yeganə ümid yeri kimi qəbul edirlər. Amma mətbuatı ümid yeri kimi qəbul edənə qədər Elşad Abdullayev də qardaşının azad edilməsi, geri qaytarılması üçün özünün təhlükəsiz saydığı, daha effektiv bildiyi vasitələrdən yararlanmağa üstünlük verib. Bu vasitələrdən isə, o, bütün bu illər boyu davamlı şəkildə istifadə edib və sizə təqdim edəcəyimiz materiallardan da, bu, aydın görünür.

Girov götürülmüş adamın ətrafında sövdələşmə

Elşad Abdullayev təkidlə bildirir ki, qardaşının qaytarılması müqabilində ondan külli miqdarda pullar alınıb və bunların bəzilərini, hətta notarial qaydada təsdiq etdirib. Təsəvvür edirsinizmi, “Azərbaycan dövlətçiliyi” şüarları ilə millətin beynini saxtakarcasına və cinayətkarcasına yuyan bir rejim insanları hansı kökə salıb?! Onları oğurlatdırır, adam oğurlayan cinayətkarlar isə tam cəzasızlıq əhval-ruhiyyəsi ilə (zatən onları cəzalandıracaq kimsə də yoxdu, çünki bu cinayət ən yüksək dövlət məmurları səviyyəsində sifariş edilib) notariusa gedir, girovun azad edilməsi müqabilində pul aldığını imzası ilə təsdiq edirlər.

Bu müqavilənin mətnindən bəzi hissələri sizə təqdim edirik.

Müqavilə

Bakı şəhəri, 09 aprel, 2005-ci il

Biz, aşağıda imza edənlər: bu müqavilənin mətnində birlikdə “Tərəflər” adlandırılan, ayrılıqda isə:

bir tərəfdən Azərbaycan Respublikasının hüquqi şəxsi olan, Nizamnaməyə əsasən hərəkət edən, şəxsiyyəti AZE 01795181 saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan Abdullayev Elşad Islam oğlu tərəfindən təmsil olunan “Era” ATSC;

ikinci tərəfdən Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyəti XYII-CQ seriyalı, 673915 saylı pasportla təsdiq olunan Sabir Əmir oğlu Hüseynov;

üçüncü tərəfdən AR hüquqi şəxsi olan, Nizamnaməyə əasən hərəkət edən (!), şəxsiyyəti XXYI-CQ seriyalı 640452 saylı pasportla təsdiq olunan Arzu Firudin oğlu Kazımov tərəfindən təmsil olunan “Inşaat 2002" şirkəti;

dördüncü tərəfdən, AR vətəndaşı, şəxsiyyəti AZE seriyalı, 02620348 saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan Hüseyn Mustafa oğlu Əhmədov;

beşinci tərəfdən AR vətəndaşı, şəxsiyyəti AZE seriyalı 01290111 saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan Nizami Firudin oğlu Kazımov (Arzu Kazımovun qardaşı-red.)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin XIX-XXI fəsillərinə və 881-882-ci maddələrinə uyğun olaraq aşağıdakı müqaviləni bağladıq:

I. Müqavilənin predmeti

1.2. ...Birinci, ikinci və üçüncü tərəflər etiraf edirlər ki, onların arasında ayrı-ayrılıqda bağlanmış olan 27.12.2003-cü il tarixli müqaviləyə əsasən Üçüncü tərəfin ikinci tərəfə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində, Birinci tərəfə isə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pul öhdəliyindən irəli gələn icra edilməmiş öhdəlikləri vardır.

1.2.1. Həmin öhdəliklərin icrasına olan zərurət aradan qalxmış və Birinci Tərəflə Ikinci tərəf Üçüncü tərəfdən həmin müqavilə üzrə ödənilmiş məbləğin geri ödənilməsini tələb edirlər.

1.3. Birinci, Ikinci və Dördüncü tərəf edirlər ki, onların arasında bu müqavilənin bağlanmasından əmələ gəlmiş öhdəliklər üzrə Birinci tərəfin Dördüncü tərəfə 1.000.000 (bir milyon) ABŞ dolları, Ikinci tərəfin isə Dördüncü tərəfə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində borcu vardır...

Müqavilə üzrə hansısa əmlakın bir nəfərdən alınıb başqa bir nəfərə verilməsi də nəzərdə tutulur və Elşad Abdullayev-bu müqaviləni imzalayan tərəflərdən biri olaraq ortalıqda heç bir əmlakın olmadığını, heç nəyin alınıb-satılmadığını, müqavilənin isə oğurlanan Mahir Abdullayevin geri qaytarılması üçün ödənilən külli miqdarda pulun hansısa formada rəsmiləşdirilməsi üçün tərtib edildiyini bildirir.

Bu, Mahir Abdullayevin geri qaytarılması üçün aparılan sövdələşmələrdən birinin rəsmiləşdirilə bilmiş epizodudur. Bu cinayət faktı ilə bağlı çoxlu sayda yüksək vəzifəli və geniş təsir imkanlarına malik adamlarla danışıqlar aparılıb. Bu danışıqların, demək olar ki, hamısının əsasında pul dayanıb. Iri dövlət orqanları və dövlət məmurları bu sövdələşmə ilə məşğul olublar, bu intriqanın tərəfi olublar.

Növbəti sayımızda Elşad Abdullayevin qardaşının oğurlanması və onunla bağlı aparılan sövdələşmə barədə MTN-ə təqdim etdiyi faktları oxucuların diqqətinə çatdıracağıq. “Azadlıq”ı izləyin...

Mehri Hüseynova

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-73256657348196646032011-09-27T12:52:00.000+05:002011-09-28T12:53:45.502+05:00ABŞ və Türkiyənin Cənubi Qafqaz planı

Putinin dönüş xəbəri regionda hansı tarazlıqları pozdu?

Türkiyə yenidən Azərbaycana dəstək verə biləcəyini deyib. Ərazilərimizin işğaldan azad olunmasında qardaş ölkənin fəal yardım etməsi üçün isə ilk növbədə rəsmi Bakının istəyi lazımdır. Bunu da Türkiyənin baş diplomatı Əhməd Davudoğlu deyib. Türkiyənin yenidən bu təşəbbüslə çıxış etməsi hansı məqsədlərdən xəbər verir?

Xatırladaq ki, rəsmi Ankara zaman-zaman belə təşəbbüslərlə çıxış edib və Azərbaycana yaxından kömək etmək imkanında, istəyində olduğunu bildirib. Fəqət bir çox hallarda beynəlxalq dairələrin məlum, bəzi məqamlarda isə rəsmi Bakının naməlum addımları bu istəyin reallaşmasına mane olub. Türkiyənin yenidən bu niyyəti səsləndirməsinin arxasında dayanan bir çox amillər ola bilər. Ilk növbədə isə Ankara ilə Bakının münasibətlərinin korlanmasının Türkiyə və Azərbaycan xalqının münasibətlərinə, problemlərinə dəxli olmadığını göstərmək jesti ola bilər. Amma daha tutarlı səbəblər də olmamış deyil.

ABŞ yenidən cəhd edir?

Görünür, Putinin yenidən prezidentliyə namizəd olacağı barədə xəbərlər regionda maraqlı qüvvələrin kefini pozub. Xüsusilə Vaşinqtonda belə hesab edirlər ki, Putin Qafqazda təzədən və daha köklü şəkildə bərkimək istəyəcək. Ənənəvi rus siyasətinə uyğun olaraq, o, özünə qarşı daha çox səhv etmiş və siyasi baxımdan səriştəli olmayan liderlərlə işləyəcək. Bu baxımdan Putinin yenidən Rusiya prezidenti olması Ilham Əliyevin daha çox sıxışdırılacağı, amma hakimiyyətdə bərkidiləcəyi deməkdir. Onun bərkiməsi üçün isə Rusiya Cənubi Qafqazda qanlı siyasi qətllərə belə, əl ata bilər. Bu ssenari Ermənistana da aiddir. Bu isə bölgədəki Qərb layihələrinin birdəfəlik tarixin arxivinə getməsi deməkdir. Bu baxımdan az vaxt ərzində ABŞ Cənubi Qafqazda mövqelərini genişləndirmək barədə düşünür. Buna görə də Türkiyə Azərbaycan siyasətinə dəstək vermək niyyətindədir. Türkiyənin Cənubi Qafqazda güclənməsi Rusiyanın mexaniki zəifləməsi deməkdir. Rusiyada KQB polkovnikinin yenidən hakimiyyətə gəlməsi militar nəzarətdə olan Ermənistanın Moskvaya bir köynək daha yaxın sıxılması demək olacaq. Bu baxımdan bütün proseslərin mərkəzi kimi Azərbaycan düşünülür. Buna görə də Əhməd Davudoğlu “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli”ndən deyil, “Azərbaycan torpaqlarının işğaldan azad olunmasından danışır”. Bu isə o deməkdir ki, yenə də böyük oyunun kiçik qalibi olmaq imkanımız var. Biz Rusiyanın güclənməsini istəməyən Qərbin dəstəyi ilə Moskvanın nəzarətində işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün dəstək qazana bilərik. Bu dəstəyin səmimi olacağına qarant isə Türkiyənin prosesdə əsas rol oynayacağıdır.

Sərkisyan dişini göstərdi...

Maraqlıdır ki, Putinin yenidən prezidentliyə namizəd olacağı xəbərindən dərhal sonra Sərkisyan Türkiyəni və Azərbaycanı tənqid atəşinə tutub. Aydın olur ki, keçmiş hərbi cinayətkar özü üçün daha rahat regional müstəvinin formalaşacağını düşünür. Söhbət ondan gedir ki, Qərblə münasibətləri qaydasında olan Medvedevin rəhbərliyi dövründə Sərkisyan özünü “dil bilən” kimi aparmağa məcburdur.

Seymur Həzi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-68784248310216721872011-09-27T12:42:00.000+05:002011-09-28T12:54:12.959+05:00Azərbaycanlı məmurların ABŞ-a yolu bağlanır

Bir neçə aydan sonra Obamanın tapşırığı ilə beynəlxalq təşkilatların hesabatları əsasında tərtib edilən «qara siyahı» hazır olacaq

Azərbaycan məmurlarının ABŞ-a səfərlərinin təhlükə altında olması barədə məlumat vermişdik. Bildirmişdik ki, ABŞ prezidenti Barak Obamanın tapşırığı ilə öz xalqlarının hüquqlarını tapdalayan hakimiyyətlərlə bağlı siyahı hazırlanır. Siyahıya avtoritar rejimlərin rəhbərləri və onların məmurlarının adları salınacaq. Azərbaycanlı məmurlardan da bir çoxunun bu siyahıya düşəcəyi istisna deyil. “Qara siyahı”ya salınan məmurlar isə ABŞ-a səfər edə bilməyəcək.

Həmçinin qeyd etmişdik ki, bu günlərdə ABŞ-a səfər etmək istəyən daxili işlər nazirinin müavini Vilayət Eyvazova viza verilməyib. Nazir müavininin diqqətinə çatdırılıb ki, 2003-cü il 15-16 oktyabr hadisələrinə görə onun adı beynəlxalq hesabatlara düşdüyündən ABŞ hökuməti onun ölkəyə buraxılmasına qadağa qoyub.

Bundan başqa, Özbəkistan prezidenti Islam Kərimovun qızı Gülnarə Kərimova da eyni aqibətlə üzləşib. O, Nyu-Yorkdakı “Cipriani” hotelində moda nümayişi təşkil edib. Lakin sentyabrın 15-də 25-dən artıq etirazçı otelin qarşısına yığışaraq Gülnarə Kərimovanın şousuna icazə verilməməsini tələb edib. Etirazçılar tələblərini Islam Kərimovun diktator olması və Özbəkistanda insan haqlarının pozulması, uşaq əməyinin istismarında onunla yanaşı qızının da rol alması ilə əsaslandırıblar. Həmçinin “Human Rights Watch” təşkilatı Gülnarə Kərimova ilə bağlı narahatlığını ifadə edib. Bundan sonra Nyu-York City həftəlik moda nümayişinin təşkilatçı IMG şirkəti onun moda nümayişini ləğv edib. IMG şirkəti öz açıqlamasında bildirib ki, Özbəkistanda insan hüquqlarının pozulması halları dəhşət doğurur. Beləliklə, Gülnarə Kərimova şousunu və onun brendi olan “Guli”ni moda nümayişindən yığışdırmalı olub.

Əldə etdiyimiz məlumatlara görə, Barak Obamanın tapşırığı ilə hazırlanan siyahıda “Freedom House”, “Human Rights Watch”, “Amnesty international”, “Sərhədsiz reportyorlar” və digər nüfuzlu beynəlxalq təşkilatların hesabatları əsas götürüləcək. Bu təşkilatların bütün hesabatlarında isə Azərbaycan hökuməti ilə bağlı kifayət qədər sərt tənqidi məqamlar var. Ilham Əliyevlə yanaşı bir çox məmurların adı həmin hesabatlarda qırmızı xətlə keçir. Barak Obamanın tapşırığı ilə “qara siyahı” 120 günə hazır olmalıdır. Bu barədə qərar isə avqust ayında verilib. Deməli, bir neçə aydan sonra Azərbaycan məmurlarının yolu ABŞ-a bağlana bilər.

Informasiya şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-42707993575533592802011-09-25T02:07:00.000+05:002011-09-26T02:11:44.512+05:00Hacı Məmmədov havalanıb

Sabiq əməliyyat müvəkkilinin psixikasını pozublar

DIN-in sabiq əməliyyat müvəkkili, adam oğurluğunda və qətllərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovla bağlı qəzetimizin elektron ünvanına ilginc məlumat daxil olub. Həmin məlumatda iddia olunur ki, sabiq əməliyyat müvəkkilinin ruhi vəziyyəti qaydasında deyil. Hacı Məmmədovda psixi pozğunluq yaranıb. Ehtimal olunur ki, sabiq əməliyyatçının ruhi xəstəliyə mübtəla olması kənar təsirlərdən qaynaqlanır.

Yəni, Hacı Məmmədovu məqsədli şəkildə və müxtəlif vasitələrlə ruhi xəstəyə çevirirlər. Bu proses Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyevin Afiyyədin Cəlilovla Şəmsi Rəhimovun qətlləri ilə bağlı gündəmə bomba kimi düşən açıqlamalarından sonra başlayıb. Həmin qətllərdə Hacı Məmmədovun adı qırmızı xətlə keçirdi. Hakimiyyət ehtiyat edir ki, sabiq əməliyyat müvəkkili Ramin Nağıyevin açıqlamalarından sonra nələrisə danışa bilər. Kifayət qədər məlumatlı şəxs olan Hacı Məmmədovun Ramin Nağıyevin açıqladığı bu və digər faktlar barədə danışması təbii ki, hakimiyyətə ciddi zərbə olar. Ona görə də Hacı Məmmədovu susdurmaq, yaxud onun açıqlamalarının qeyri-ciddi olması rəyini yaratmağa ehtiyac var. Sabiq əməliyyat müvəkkilinin ölümünün cəmiyyətdə böyük rezonansa səbəb olacağı şübhəsizdir. Hətta Hacı Məmmədov indiki vəziyyətdə öz əcəli ilə dünyasını dəyişsə belə, bu, qətl kimi dəyərləndiriləcək və bütün şübhələr hakimiyyətin üzərinə yönələcək. Hacı Məmmədovu ruhi xəstəyə çevirməklə isə onun açıqlamalarının təsirini azaltmaq mümkündür.

Bu məlumatın nə dərəcədə səhih olduğunu söyləmək çətindir. Lakin Hacı Məmmədov barədə məhkəmə hökmü olmasına baxmayaraq sabiq əməliyyat müvəkkilinin hələ də MTN-in təcridxanasında saxlanılması və son vaxtlar yaxınlarının, hüquq müdafiəçilərinin onun yanına buraxılmaması bir qədər şübhəlidir. Doğrudur, milli təhlükəsizlik naziri Eldar Mahmudov bir dəfə bunu Hacı Məmmədovun təhlükəsizliyi ilə izah etmişdi. Guya sabiq əməliyyat müvəkkilinin MTN-in təcridxanasında saxlanılması onun öz xahişidir. Lakin nazirin bu əsaslandırması ciddi arqumentə və fakta söykənmədiyindən inandırıcı görünmür. O zaman “Azadlıq” və digər mətbuat orqanları Hacı Məmmədovun MTN-də saxlanılmasını hakimiyyətin ondan ehtiyat etməsilə əlaqələndirmişdi. MTN rəhbərliyi hələ ki, ortaya bu iddianın əsassız olduğunu sübut edən fakt qoymayıb. Bu günlərdə isə məlum olub ki, Hacı Məmmədov Qobustan həbsxanasına köçürülməsini istəyir. O, bu barədə anasına xəbər göndərib.

Maraqlıdır, öz “xahişi” ilə MTN-də saxlanılmasını istəyən sabiq əməliyyat müvəkkili, niyə qəfildən fikrindən daşınıb? Başqa bir sual: Hacı Məmmədov son vaxtlar niyə yaxınlarından təcrid olunub? Axı qanun yaxınlarının onunla görüşməsinə, hətta bir müddət yanında qalmasına imkan verir. Niyə tez-tez Hacı Məmmədova baş çəkən işgəncələr əleyhinə komitənin sədri Elçin Behbudov artıq sabiq əməliyyat müvəkkilinin yanına buraxılmır? Bu sualların cavabı açıq qalır.

Hacı Məmmədovla bağlı müəmmalara, həmçinin hakimiyyətin onu müxtəlif vasitələrlə ruhi xəstəyə çevirməsilə bağlı iddialara son qoyulması üçün MTN rəhbərliyi vətəndaş cəmiyyəti və media nümayəndələrinin sabiq əməliyyatçı ilə görüşünü təşkil edə bilər. Vaxtilə sabiq baş nazir Surət Hüseynovla da bağlı təxminən oxşar problem yaşanmışdı. O, həbsxanada müxtəlif təzyiqlərə məruz qaldığını, sağlamlığına zərər yetirən addımlar atıldığını iddia edirdi. ANS telekanalına onunla həbsxanada görüşmək və müsahibə götürmək imkanı yaradıldı. Bu müsahibədən sonra ictimaiyyət Surət Hüseynovun iddialarının əsaslı, yaxud əsassız olduğunu müəyyən etdi. Hacı Məmmədov isə əksinə, hamıdan gizlədilir.

Analitik informasiya şöbəsi

Unknownnoreply@blogger.comtag:blogger.com,1999:blog-7446521922855913147.post-6505623894161037292011-09-25T02:01:00.001+05:002011-09-26T02:07:49.139+05:00Hakimiyyətdaxili savaş səfirin məxfi məktubunda

«Ramiz Mehdiyevə qarşı Kəmaləddin Heydərov və Eldar Mahmudovun üzv olduğu qruplaşmalar dayanır»

Sirus Təbrizli ABŞ diplomatlarına deyib ki, Ilham Əliyev «sağlam olmayan insanlar»la əhatə olunub

Dünyanın müxtəlif ölkələrində çalışan ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı hesabat xarakterli məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı sənədlərin dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersi 2008-ci ildə “mərkəz”ə göndərdiyi məxfi teleqramında Sirus Təbrizlinin YAP sıralarından xaric olunması, hakim partiya daxilində yaşanan gizli savaş və hakimiyyətdəki qruplaşmaların nüfuz mübarizəsinin pərdəarxası məqamları öz əksini tapıb.

Enn Dersi gizli məktubun giriş hissəsində da yazır ki, YAP sədrinin müavini Sirus Təbrizlinin və eks səhiyyə naziri Əli Insanovun partiya sıralarından xaric olunması qərarından sonra hakim partiya daxilində böhran yaşandığı haqda iddialar yayılıb. Bu qərar hakim partiyanın 2008-ci il prezident seçkiləri öncəsi mümkün parçalanmalardan sığortalanmağa hesablanıb. Bu addımın Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin diqtəsi ilə atıldığı daha real görünür. Çünki Mehdiyev hakim partiya üzərində güclü nəzarətə sahibdir.

Cəlal Əliyev prezident olmaq istəyirmiş?

Amerikalı diplomat daha sonra qeyd edir: “Bəzi mənbələr Sirus Təbrizlinin hakim partiyadan ayrı müstəqil partiya yaradacağını bildirir. Təbrizlinin YAP-dan uzaqlaşdırılmasının səbəbi kimi, onun hazırkı ölkə başçısının əmisi Cəlal Əliyevlə birlikdə hərəkət etdiyinə görə cəzalandırıldığını da söyləyirlər. Iddialara görə, Cəlal Əliyev 2008-ci il seçkilərində namizədliyini vermək fikrindədir və buna görə də Təbrizli ilə eyni mövqedə dayanaraq vahid güc formalaşdırmağa çalışır. Təbrizlinin Cəlal Əliyevin namizədliyini dəstəkləyəcəyi də bildirilir. Lakin səfirliyin müşahidələrinə görə, Təbrizli-Əliyev tandeminin baş tutması real görünmür. Çünki 1999-cu ildə parlamentin iclası zamanı Cəlal Əliyevin müxalifət nümayəndələrini “xain” və “casus” adlandırmasına Sirus Təbrizlinin sərt təpki verməsindən sonra tərəflər arasında ciddi fikir ayrılığı yaranmışdı.

Əli Əhmədov Sirus Təbrizlini nədə günahlandırıb?

YAP-ın icra katibi Əli Əhmədov səfirliyimizin əməkdaşları ilə söhbəti zamanı Təbrizlinin 2 ildən artıq müddət ərzində hakim partiyanın işində iştirak etmədiyini söyləyib. Əhmədov qeyd edib ki, Təbrizli hakim partiyanın ideologiyasına əks mövqedə dayanıb və onun tutduğu xətt YAP-ın strategiyasıyla uzlaşmırdı. Əhmədov Təbrizlinin YAP-ın təsisçilərindən biri olduğunu xatırladaraq, onun hakim partiyadan uzaqlaşdırılmasını “itki” adlandırıb. Əli Əhmədov Sirus Təbrizli ilə bağlı olayın hakim partiya daxilində parçalanmalardan qaynaqlandığı və bundan sonra da partiyadan qopmalar olacağı barədə iddiaları təkzib edib.

O, qeyd edib ki, YAP üzvləri ayrı-ayrı şəxslərə görə hakim partiyanın sıralarına qoşulmayıb. Onların hakim partiyada Heydər Əliyev ideyaları ətrafında birləşdiyini səfirlik əməkdaşlarına söyləyib.

Əli Əhmədov Cəlal Əliyevlə bağlı hansı xəbərə gülüb?

Əli Əhmədov Cəlal Əliyevlə Sirus Təbrizlinin birlikdə, ya da Əliyevin ayrıca partiya yaratmaq cədhləri ilə bağlı yayılan xəbərlərə gülərək bildirib ki, ölkə başçısının əmisi emosional çıxışlarla mətbuatın gündəminə gəlsə də, onun YAP-dan ayrılmaq niyyəti yoxdur. Keçmiş səhiyyə naziri Əli Insanovun məhkəməsi zamanı hakim partiyanın ünvanına sərt ittihamlar səsləndirməsiylə bağlı sualları susqunluqla qarşılayan Əli Əhmədov eks-nazirin fikirlərinin əsassız olduğunu söyləyib. O, Insanovun özünü müdafiə etmək üçün bu yola əl atdığını səfirlik əməkdaşlarına bildirib.

Əli Əhmədov Əli Insanovun başqalarını günahlandırmağa çalışdığını söyləyib.

Sirus Təbrizlidən Ramiz Mehdiyevə sərt ittiham

Səfirlik əməkdaşlarının Sirus Təbrizli ilə ayrıca keçirdiyi görüşdə onun hakim partiya sıralarından uzaqlaşması müzakirə olunub. Təbrizli səfirlik əməkdaşlarına bildirib ki, o, 2 il yarıma yaxın müddət ərzində hakim partiyanın işində yaxından iştirak etmir. Təbrizli eks ölkə başçısı Heydər Əliyevə daha çox yaxın olduğunu söyləyərək, Ilham Əliyevlə də eyni münasibətdə qadlığını bildirib. O, Ilham Əliyevin “sağlam olmayan insanlar”la əhatə olunduğunu amerikalı diplomatlara söyləyib. Sirus Təbrizli Ramiz Mehdiyevin kurasiyasında olan yerli icra strukturlarının və bürokratların regionlarda yaşayan insanlara süni maneələr yaratdığını və onları incitdiklərini diplomatlara bildirib.

Keçmiş YAP-çının Ilham Əliyevə məsləhəti

Təbrizlinin sözlərinə görə, eks nazirlər Fərhad Əliyev və Əli Insanovun partiya sıralarından xaric olunması onların iradələrindən asılı olmayıb. Onların YAP-dan uzaqlaşdırılması keçmiş nazirlərin cinayət məsuliyyətinə cəlb olunması və barələrində bir sıra dövləti cinayətlər barədə ittiham qaldırılmasıyla əlaqəlidir. Sirus Təbrizli hakim partiya daxilində “köhnələrlə” hazırki ölkə başçısı Ilham Əliyev arasında uçurum olduğunu da səfirlik əməkdaşlarına söyləyib. O, Heydər Əliyevin bu balansı qorumağa çalışdığını, lakin “köhnələr”in hökumətdə güclü olduğunu və hazırda dominantlıq etdiyini bildirib. Bundan başqa, Təbrizli söyləyib ki, Ilham Əliyev atasının etdiyi kimi hakim partiya üzvləri ilə tez-tez görüşməlidir. Sirus Təbrizli mətbuat və informasiya naziri olduğu illərdə rüşvət almadığını və korrupsiyaya uğramadığını söyləyərək, onun üçün şəxsi fikirlərini açıq söyləməyin əsas olduğunu bildirib. Təbrizli bu xarakterini özü üçün həm uğur, həm də bədbəxlik adlandırıb.

Təbrizli hakim partiyadan uzaqlaşdırılmasında onu ölkə başçısına qarşı qoymaq məqsədi güdüldüyünü bildirib.

Ramiz Mehdiyevin “uzun əli”

Mehdiyevin dövlət siyasəti və hakim partiyanın daxili strategiyasına yönəlik bütün işlərdə əlinin olduğu görünür. Onun Təbrizlinin partiyadan uzaqlaşdırılmasında məsul olduğu istisna edilmir. YAP-ın icra katibi Əli Əhmədovun Ramiz Mehdiyevə sadiq olduğu, hakim partiya ierarxiyasından kənarda da PA rəhbərinə bağlı olduğu söylənilir. PA başçısı “köhnə qvardiya”nı idarə edir. Mehdiyevin hazırda hökumət üzvləri, yaxud hakim partiyada baş verənlərə tam nəzarət etdiyinə dair dəqiq məlumatlar olmasa da, o, hakimiyyət daxilində güclü qruplaşmalardan birinə başçılıq edir. Mehdiyev hökumətin və hakim partiyanın seçki strategiyasını müəyyənləşdirir. Onun qruplaşmasına daxili işlər naziri Ramil Usubov kimi nüfuzlu məmur daxildir. Onlara qarşı isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və milli təhlükəsizlik naziri Eldar Mahmudovun üzv olduğu başqa bir qruplaşma dayanır.

Mehriban Əliyeva Ilham Əliyevdən daha populyardır

Ölkənin birinci xanımı Mehriban Əliyevanın 2013-cü il prezident seçkilərində həyat yoldaşını əvəz edəcəyinə dair iddialar gündəmdədir. Əliyeva həyat yoldaşı Ilham Əliyevdən daha populyardır. O, humanitar və mədəni fəaliyyətlərinə görə beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edə bilib. Həmçinin, prezidentlik müddətinin 7 ilə qədər artırılması təklifləri də gündəmə gəlib.

Hakim partiyanın rəhbərliyində təmsil olunan Mübariz Qurbanlı və “cib müxalifəti” adlandırılan Ana Vətən partiyasının sədri Fəzail Ağamalı prezidentlik müddətinin artırılması təklifi ilə çıxış edirlər”.

Siyasət şöbəsi

Unknownnoreply@blogger.com