15.09.2011

“Biz avtoritar sistemlərin qarşısındayıq”

Ərdoğandan diktatorlara və demokratiya mücadiləsi verənlərə önəmli mesaj

“Türkiyə bölgəsində və dünyada demokratikləşmə yönündəki hər cür iradəyə lazım olan bütün dəstəyi verməyə hazırdır”

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Misir səfərində Qahirə Universitetinin təşkil etdiyi Beynəlxalq Hüquq Forumunda çıxış edərək, maraqlı mesajlar səsləndirib.
Böyük coşqu ilə qarşılanaraq kürsüyə qalxan Ərdoğan “iqtidarların legitimliyi xalq dəstəyi ilə təmin oluna bilər” deyə bildirb.
Türkiyənin baş naziri gənclərə xitabən deyib: “Tunisdən başlayıb Misirə çatan, oradan da Suriyanı təsiri altına alan özgürlük hərəkatı gücünü gənclərdən aldı. Demokratiya haqq olmaqdan çox xalqın mülküdür”.
Ərdoğan bildirib ki, Tunisdən başlayan oyanış ən ağır imtahanını Misirdə verdi. Misir xalqının əzmi və qərarlığı azadlıq yolundakı yürüşün davamının təminatı oldu: “Bu gün Tunis və Misirdən sonra Liviyada da yeni bir səhifə açılmaqdadır. Liviya xalqı daha aydın bir gələcəyə çox yaxınlaşıb. Milli Keçid Şurasının nəzarətində olan Tripolidə ilk səfirlik kimi 10 gün əvvəl fəaliyyətə başlayan Türkiyə səfirliyi verdikləri bu qürurlu mücadilədə Liviya xalqına dəstəyimizin də bir təzahürüdür. Türkiyə bölgəsində və dünyada demokratikləşmə yönündəki hər cür iradəyə lazım olan bütün dəstəyi verməyə daim hazırdır. Biz totalitar, avtoritar sistemlərin qarşısındayıq. Biz demokratik sistemlərin yanındayıq və bunun mücadiləsini veririk”.

“Suriya xalqı bu anda Əsədə inanmır. Mən də inanmıram”

Ərdoğan çıxışında Suriyadakı olaylara da toxunaraq Bəşər Əsədə xəbərdarlıq mesajı ünvanlayıb: “Bu gün qonşumuz Suriyada da ciddi gəlişmələrə şahid oluruq. Biz Suriya dövlət başçısı Əsədə başdan bəri hər cür yardım təklif etdik, Suriya xalqının legitim istəkləri yönündə gərəkli islahatları sürətlə həyata keçirməsini təlqin etdik. Ancaq hadisəərin gedişində mülki əhalinin öldürülməsi hər keçən gün artarkən, həyata keçirilməli islahatların heç cür  gerçəkləşmədiyini görürük. Doğru danışmadı və Suriya xalqı bu anda Əsədə inanmır. Mən də inanmıram, biz də inanmırıq”.
Türkiyənin baş naziri “Xalqını qətl edən bir lider legitimliyini mütləq itirər. Bundan da artığı, insanlıq vicdanında əbədiyyən məhkum olar” deyə davam edib. Ərdoğan bildirib ki, indi baş verən dəyişikliklər prosesini qaba güclə durdurmağa çalışmaq əbəsdir. Suriya lideri də bu yanlış yola davam etməklə ölkəsinə sabitlik qazandırmayacaq. “Peyğəmbərimiz, Rəsulullah əfəndimiz buyurur ki: “Hasibu enfüseküm kalbe entu hasibu” -  sorğu-suala çəkilmədən əvvəl özünüzü sorğu-sual edin. Unutmayaq ki, bu meyar bizi bütün fəlakətlərdən qoruyacaq əbədi bir ölçüdür”, deyə Ərdoğan çıxışını tamamlayıb.