29.09.2011

“Fövqəlnazir”i “Mahir Abdullayev oyunu”na kim qoşub?

Kəmaləddin Heydərovun rəqibləri Elşad Abdullayevin qardaşının oğurlanmasını onun üzərinə yıxmağa çalışıb
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin “Azadlıq”a təqdi etdiyi faktlar gündəmə bomba kimi düşdü. Milli Təhlükəsizlik Nazirliyinə (MTN) də təqdim edilən bu faktlar Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlıdır.
Həmin faktlarda diqqətçəkən məqamlardan biri Mahir Abdullayevin oğurlanmasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adının hallandırılmasıdır. Elşad Abdullayev özü bu məsələyə görə “fövqəlnazir”i ittiham etmir. Amma rektorla aparılan danışıqlarda Mahir Abdullayevin, guya, Kəmaləddin Heydərovun göstərişi ilə MTN-də “dərman altında” saxlanıldığı iddia olunur. Rövşanə adlı bir qadın isə Elşad Abdullayevlə “fövqəlnazir”in anası Hacı Simuzər xanımın adından danışır.  
Görünür, Kəmaləddin Heydərovun hakimiyyətdəki rəqibləri Mahir Abdullayevin oğurlanmasını onun üzərinə yıxmağa çalışıblar. “Fövqəlnazir”in hakimiyyətdəki rəqibləri hətta bu məsələdə onun anasının adından istifadə etməkdən çəkinməyiblər. Heç şübhəsiz Kəmaləddin Heydərovun anasının adından danışan Rövşanə adlı qadın kimlərinsə sifarişilə bu rola girib. Bu qadın nüfuzlu şəxslərin himayəsində olmasaydı, belə bir addım atmazdı.
Bəs görəsən, Elşad Abdullayevin açıqladığı bu faktlardan sonra Kəmaləddin Heydərov məsələ ilə bağlı araşdırma aparacaqmı?