Dövlət Departamenti: «Hökumət əqidə azadlığına hüquqi və siyasi qaydada məhdudiyyətlər tətbiq edir»
ABŞ Dövlət Departamenti dünya ölkələrində din azadlığına dair hesabatını açıqlayıb. Hesabatda Birma, Çin, Eritreya, Iran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan və Özbəkistan din azadlıqlarının ən çox pozulduğu ölkələr kimi göstərilir. Əfqanıstan, Misir, Iraq, Nigeriya, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan, Venesuela və Vyetnam isə dini tolerantlığın az olduğu ölkələr hesab edilir.
“Amerikanın səsi” radiosunun məlumatına görə, sənədin Azərbaycanla bağlı hissəsində deyilir ki, konstitusiya ilə vətəndaşların din azadlığı təmin olunur, lakin bəzi hallarda Azərbaycan hökumətinin tətbiq etdiyi qanunlar və yeridilən siyasət nəticəsində din azadlığı məhdudlaşdırılır.
Dini qrupların qeydiyyat məsələsində də çətinliklərin olduğu deyilir. Hesabatda bildirilir ki, hökumət tərəfindən din azadlıqlarının təmin olunması və onlara hörmət edilməsi sahələrində vəziyyət dəyişməz olaraq qalsa da, bəzi mənfi hallar qeydə alınıb. Hökumətin müdaxiləsinə misal olaraq məktəblərdə dünyəvi atmosferin qorunub saxlanması naminə qızların hicab (baş örtüyü) taxmasına qadağa qoyması və dini fəaliyyətlərlə əlaqədar qanunun pozulmasına görə cərimələrin artırılması göstərilir(Turan).
Sənəddə deyilir ki, ABŞ hökuməti din azadlığı məsələsini insan hüquqlarının təşviq və müdafiə edilməsi siyasətinin bir hissəsi kimi Azərbaycan rəsmləri ilə müzakirə edir.
Hesabatda hökumətin əqidə azadlığına hüquqi və siyasi qaydada məhdudiyyətlər tətbiq etdiyi deyilir.
Qeyd edilir ki, hökumət arzuolunmaz dini qruplara qarşı qeydiyyat prosesindən əsas vasitə kimi istifadə edir.
Hicaba qadağanın ölkə üzrə tətbiq edildiyi, yerli rəsmilərin qadınların sənədlər üçün başıbağlı foto-şəkil çəkdirməsinə icazə vermədiyi bildirilir.
Hesabatda din azadlığının pozulması halları ilə bağlı məlumatların verildiyi, hökumətin islamı siyasiləşdirdiyi hesab etdiyi müsəlman təşkilatları hədəf aldığı qeyd olunur.