Şahmar İbadov: «Başınızı qırxdırıb Ramanaya göndərəcəm»
Nərimanov sakinləri qanunsuz tikilinin dayandırılmasını tələb edirlər
Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsi 61 və 63 saylı binanın sakinlərinin həyatına təhlükə yaranıb. Iki binanın arasında Rayon Icra Hakimiyyətinin apardığı tikinti işləri sakinlərin ciddi narazılığı və narahatlığına səbəb olub. Bina sakinləri tikinti işlərinin təhlükəsizlik və inşaat qaydalarına zidd həyata keçirildiyini bildirir.
Sakinlərin sözlərinə görə, RIH 61 və 63 saylı binanın arasındakı ərazini heç bir sənəd və tikintiyə icazə verilməsi barədə sərəncamı göstərmədən zəbt edib. Həmin ərazidə əkilmiş 30 ağac kəsilib və sakinlərin istirahəti üçün nəzərdə tutulmuş “besedka” götürülüb. Sakinlər bizimlə söhbətdə qeyd etdilər ki, onlara RIH-nin nümayəndələri bünövrəsi qazılan binanın Xocalı şəhərindən olan məcburi köçkün və erməni əsirliyində olmuş Qarabağ müharibəsi əlilinə məxsus olduğunu bildiriblər. Bu ərazinin həmin şəxsə ayrılmasının səbəbi kimi isə Qarabağ əlilinə aid binanın prezidentin iqamətgahına gedən yolda yerləşdiyi üçün sökülməsi göstərilib. Bina söküldükdən sonra Xocalı şəhər sakininə təzminat olaraq Ağa Nemətulla küçəsi 61 və 63 saylı binanın arasındakı ərazi ayrılıb.
Bina kimə məxsusdur; Qarabağ əlilinə, yoxsa Abdin Fərzəliyevə?
Tikinti işlərinin aparılmasına etiraz edən sakinlər bildirdilər ki, dolaşan şayiələrə görə inşa ediləcək bina yaşayış binası yox, 6-7 mərtəbəli ticarət mərkəzi, ya da mehmanxana olacaq. Hətta binanın Xocalı sakininə deyil, Nərimanov RIH-nin başçısı Abdin Fərzəliyevə məxsus olduğu söylənilir. Sakinlərin sözlərinə görə, Qarabağ əlili kimi təqdim olunan Əli adlı şəxs tikinti aparılan əraziyə gəlib və insanların etirazını səbəb gətirərək ona ayrılan yerdə binanı tikməkdən imtina edəcəyini söyləyib: “Xocalı sakini gəlib bizim etirazımızı görəndən sonra dedi ki, mənə qanlı-qadalı iş lazım deyil. Insanların ahını götürmək istəmirəm”. Qarabağ müharibəsi əlili RIH rəsmilərinə bildirib ki, insanlar etiraz etdiyinə görə tikinti işlərinin aparılması üçün başqa yer ayrılmasını istəyir.
PA əməkdaşı sakinləri etiraza çağırıb
Tikinti işlərinə qarşı çıxan sakinlər “Azadlıq”a söylədilər ki, binanın inşasını həyata keçirən Nərimanov RIH-nin məsul şəxsləri inşaat işlərinin Prezident Administrasiyası və icra hakimiyyəti ilə razılaşdırıldığını bildiriblər. Sakinlər Prezident Administrasiyasına, “Heydər Əliyev Fondu”na və digər dövlət qurumlarına şikayət ərizəsiylə müraciət etsələr də, onların şikayətinə heç bir cavab verilməyib. Yalnız sentyabrın 10-da sakinləri qəbul edən PA-nın Hüseyn Məsimov adlı əməkdaşı onlara bildirib ki, çalışdığı dövlət qurumu binanın tikintisindən xəbərsizdir. Eyni zamanda inşaat işlərinin qanunsuz olduğunu sakinlərə söyləyib və məsləhət görüb ki, tikintinin davam etdirilməsinə icazə verməsinlər.
Abdin Fərzəliyevin müavini qadınları “başlarını qırxdırmaqla” hədələyib
Sakinlər dəfələrlə Nərimanov RIH-də olsalar da onların şikayətlərinə baxılmadığını və buna etiraz etdikləri vaxt polis əməkdaşları tərəfindən zorakılıqlarla üzləşdiklərini söylədilər. Sakinlərin etirazından sonra tikinti aparılan əraziyə gələn Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar Ibadov qadınlara “sizin başınızı qırxdırıb Ramanaya göndərəcəm” deyib və küçə söyüşləri ilə onları təhqir edib.
Polis zorakılığı, dəmir qapı və “balkon”ların genişləndirilməsinə icazə təklifi
Şikayətçilər bizimlə söhbətdə onu da bildirdilər ki, işlər başlanan gündən tikintinin dayandırılmasını tələb etdikləri vaxt əraziyə polis əməkdaşları gətirilib. Sakinlər ərazidən polis zorakılığıyla uzaqlaşdırılıblar. RIH-in məsul şəxsləri bina sakinlərini sakitləşdirmək üçün onlara güzəştlər ediləcəyini, yaşadıqları mənzillərin eyvanlarını istədikləri qədər genişləndirmələrinə icazə veriləcəyini bildiriblər. Bundan başqa, binaların giriş qapılarının dəyişdirilərək yenisi ilə əvəzlənəcəyini də söyləyiblər. Hadisə yerində olduğumuz vaxt 61 saylı binanın qapılarının yeniləri ilə əvəz olunduğunu da gördük. Lakin bina sakinləri yeni tikilinin onların həyatına ciddi təhlükə yaratdığını və binanın həyətinin xeyli hissəsinin zəbt edildiyini əsas gətirərək inşaat işlərinin dayandırılmasını tələb edirlər. Onlar tikinti işləri dayandırılmayacağı təqdirdə daha geniş etiraz aksiyaları keçirəcəklərini bildiriblər.

Turan