«Dəvəquşu diplomatiyası»nın tufandan sonrakı görüntüləri...
Hətta Azərbaycan XIN-in əməkdaşları da Ilham Əliyevi satıblar. Onlar blogerlərin həbsində birbaşa administrasiyanın rolu olduğunu deyiblər. Siz yəqin bu böhtana inanmazsınız, mənim kimi. Bundan əvvəlki materiallarda yazılmışdı ki, Israil səfiri Ilham Əliyevlə söhbətini bir-bir qoyub ABŞ səfirinin ovcuna. Adamın yanında baş kəsərlər, nə olmuşdu, qoyaydız söhbətin üstündən bir yel əsəydi də. Bütün bu məsələləri ona görə ciddi-ciddi yazmaq olmur ki, doğrudan da qeyri-ciddi, amma bir xeyli də faciəvi durumdur.
Bir ölkə başçısı ki, kimin yanında kimin əleyhinə danışdığını bilməyə, bu indi ağlamalı durumdur, ya gülməli? Gərək hörmətli oxucular öz əhvallarına görə yanaşma tərzi seçsinlər. Hələ Ramiz müəllimin Enn Dersiyə verdiyi sual lap hönkürtülüdür. Qocaman akademik ABŞ səfirinə deyib ki, siz Ilham Əliyevə inanırsınızmı? O da cavabında deyib ki, mən onun bəyanatlarına inanıram. Sizcə, Ramiz Mehdiyevin bu sualı elə o demək deyilmi ki, Ilham Əliyevin demokrat olduğunu səfirin boynuna qoysun? Səfir təbii ki, Ilham Əliyevin siyasətini tərifləyə bilməzdi. Amma heç olmasa bəyanatlarına müsbət rəy ifadə etməklə akademikin Ilham Əliyev haqqında şübhəli fikirlərdə olduğunu təsdiqləmiş olub. Ramiz Mehdiyevin cavabını bildiyi sualı səsləndirməsi isə nəticə etibarı ilə özünün dediklərinə inamsızlığının göstəricisidir. Təsəvvür edin ki, bu sualı Türkiyənin və ya Gürcüstanın analoji məmuru verərdimi? Bir sözlə, akademikin səfirə bu sualı da Ilham müəllimi satan mətnlər sırasındadır. Hələ bir müddət öncə səfir Səməd Seyidova istinadən yazmışdı ki, Azərbaycanda hansısa xidməti sənəddə Türkiyə düşmən ölkələr (təhdid gözlənilən) sırasındadır. Bir sözlə, hansısa xarici ilə görüşüb də Ilham Əliyevi satmayan məmur qalmayıb. Bircə o qalıb ki, Ramiz müəllim hansısa yolla bir məqalədə sübut eləsin ki, monolit komanda, rəhbərə sadiqlik - bir nəfərin qabağa verilib bütün məsuliyyətlərin altına itələnməsi - elə budur. Bu tək adam isə dövlət başçısı da ola bilər.
Emu
Yuxarıda sadaladıqlarımız təbii ki, bir dövlət adına xəcalət mənbəyidir. O dövləti bu günə salanlar üçün isə qalaq-qalaq cinayət dosyeləri. Fəqət bu insanların hamısında kompleks savadsızlıqmı hökm sürür? Bu adamlar başlarını salıblar quma, nə gəldi danışıblar. Aşkarda qalan tərəfləri isə başlarından dəfələrlə böyük olduğundan onu gizləmək mümkün olmayıb, təbii. Bu məmurlar Ilham Əliyevi bu cür ciddiyə almadan necə danışıblarsa, az qalıram dövlət başçısının xarici ölkələr haqqında dediklərini təqdir edim. Çünki o, heç olmasa hədəfi sərhəddən, öz komandasından qıraqda seçib. Başı quma soxmaq isə bu cür tufanlarda heç bir fayda vermir. Bunu “ərəb baharı” sübut elədi.
Luqarın haqqı tapdanıb...
Bu sətirlərin müəllifi hər zaman Riçard Luqarı tənqid atəşinə tutardı. Onun Azərbaycan hökumətinin xalqdan dəstək almadan hakimiyyətdə qalmasına dəstək verdiyini düşünürdüm. Sözsüz ki, bəzi addımların zahiri əlamətləri məni haqlı göstərirdi. Amma indi “WikiLeaks”in materiallarından da görünür ki, söhbət heç bir şəkildə güzəştdən getməyib. ABŞ diplomatları, Luqar da daxil olmaqla bütün səviyyələrdə Ilham Əliyevdən demokratiya, xalqa qarşı hörmətlə davranmaq tələb ediblər. Bu tələblər gücləndikcə isə ABŞ-Azərbaycan münasibətləri korlanıb. Yəni, indiki Bakı-Vaşinqton soyuq münasibətlərinin başlıca amillərindən biri elə Azərbaycan hakimiyyətinin demokratiya çağırışlarına “yox” deməsi olub. Bütün bunlardan çıxan nəticə odur ki, Azərbaycan xalqı öz taleyinə sahib çıxmayınca, Qərbin bura təzyiqləri ancaq münasibətləri hakimiyyətlə kəsmək və ya minimuma endirmək ola bilər ki, bu da son nəticədə xalqa ziyandır. Ona görə də biz ilk növbədə özümüz öz taleyimizə sahib çıxmalıyıq.

Seymur Həzi