Mətanət İsgəndərli Elşad Abdullayevin iddialarına münasibət bildirməyəcək
Xəbər verdiyimiz kimi, MTN-in xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyev “Azadlıq”a Beynəlxalq Universitetin sahibi, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin ölkə başçısı Ilham Əliyevə ünvanladığı müraciətin mətnini təqdim edib.
Həmin müraciətdə Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı maraqlı faktlar əks olunub. Belə faktlardan biri də M.Abdullayevin oğurlanmasında müğənni Mətanət Isgəndərlinin də rolunun olmasıdır. M.Abdullayev məhz müğənninin evindən oğurlanıb. Həmin gün onu evinə M.Isgəndərli özü çağırıb. Elşad Abdullayev deyir ki, bu, qardaşının oğurlanması ilə bağlı planın tərkib hissəsi olub.
Dünən M.Isgəndərli ilə əlaqə saxlayıb məsələ ilə bağlı onun da mövqeyini öyrənməyə çalışdıq. Dəstəyi qaldıran xanım kim olduğumuzu biləndə özünü M.Isgəndərlinin köməkçisi kimi təqdim etdi və müğənninin çəkilişdə olduğunu bildirdi. Çəkilişin nə zaman başa çatacağını soruşanda həmin xanım M.Isgəndərlini nəyə görə axtardığımızı xəbər aldı. Cavabı eşidəndə isə təkrar-təkrar “heç bir münasibət bildirməyəcək” dedi.