«Artıq avtoritar rejimlər gedir, xalqların hakimiyyəti gəlir»
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “ərəb baharı”nın gerçəkləşdiyi ölkələrə səfəri çərçivəsində son dayanacağı 42 illik Müəmmər Qəzzafi rejiminin devrildiyi Liviya olub. Hökumət başçısını Liviyanın Metiqa hava limanında Qəzzafi əleyhdarlarının Benqazidə qurduğu Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlil qarşılayıb.
Paytaxt Tripolidəki məscidlərdən birində insanlarla birlikdə cümə namazı qılan Ərdoğan daha sonra Şəhidlər meydanında çıxış edib. Ərdoğan liviyalıları Qəzzafi rejiminin devrilməsi münasibətiylə təbrik edərək, onları milli birliyə səsləyib: “Liviya xalqı illərdir həsrətini çəkdiyi azadlıq və ədalət mübarizəsində tarixi nəticə qazanıb”. Baş nazir çıxışını “Liviya liviyalılarındır. Belə də qalacaq. Sizi Allaha əmanət edirəm” sözləri ilə tamamlayıb.
Baş nazir Ərdoğan çıxışı zamanı Suriyada baş verən hadisələrə münasibət bildirərək Bəşər Əsədi sərt tənqid edib. Hökumət başçısı Suriyada xalqına zülm edənlərin ayaqda qala bilməyəcəyini söyləyib: “Suriyada xalqa qarşı çıxanlar məğlubiyyətə məhkumdur. Çünki zülm ilə abad olmaq olmaz. Artıq diktatorluq dönəmi bitmək üzrədir. Totalitar rejimlər gedir, yerinə xalqın hakimiyyəti gəlir”.
Liviyalı müxaliflərə xitabən “xalqın iradəsinin qarşısında heç bir gücün dura bilməyəcəyini siz göstərdiniz” deyən Ərdoğan “ərəb baharı”nın gerçəkləşdiyi ölkələrdə bundan sonra hər şeyin xalqın iradəsinə əsasən reallaşacağını bildirib.
Qeyd edək ki, Ərdoğan Liviyada böyük coşğu ilə qarşılanıb. Getdiyi hər yerlərdə izdihamla qarşılanıb, insanlar onun və Türkiyənin şəninə şüarlar səsləndiriblər. Ərdoğana diqqət o qədər nəzərəçarpan olub ki, bu, hətta ondan bir gün qabaq Liviyada olmuş Fransa prezidenti Sarkozi ilə Britaniyanın baş naziri Kameronun nisbətən soyuq qarşılanması kimi müqayisələrə də səbəb olub.