«Harada gizlənməsindən asılı olmayaraq, bütün diktatorlar ədalət qarşısında cavab verəcək»
Liviyada səfərdə olan Fransa prezidenti Nikola Sarkozi və Ingiltərənin baş naziri Devid Kameron Qəzzafi əleyhdarlarının paytaxtı sayılan Benqazidəki “Təhrir” meydanında çıxış ediblər. Liderlər Fransa, Ingiltərə və Avropanın Liviya xalqının yanında olacağına söz veriblər.
Fransa prezidenti Nikola Sarkozi Qəzzafi rejiminə qarşı vuruşan üsyançları qələbə münasibətilə təbrik edərək onların qəhrəmanlıq tarixi yazdığını söyləyib. Sarkozi Qəzzafinin gizlənməsinin səmərəsiz olduğunu bildirərək, onun yaxalanaraq cəzalandırılacağını vurğulayıb. Fransa rəhbəri Qəzzafidən başqa bütün diktatorlara sərt xəbərdarlıq ünvanlayıb: “Xalqın iradəsinə qarşı çıxanların cəzası ağır olacaq. Harada gizlənməsindən asılı olmayaraq bütün diktatorlar ədalət qarşısında cavab verməli olacaq”.