İntiqam Əliyev: «Korrupsiya və qanunsuzluq üzərində qurulmuş bu idarəçilik üsulunun gec-tez dağılması labüddür»
«Bir araya gəlməsək, etiraz səsimizi qaldırmasaq, sabah eyni aqibət hər birimizi gözləyir»
Sentyabrın 14-də Vəkillər Kollegiyasının Intizam Komissiyasında vəkil Elçin Namazovun işinə baxılacaq. Xatırladaq ki, vəkil barəsində intizam icraatı qaldırılması üçün əsas Nəsimi Rayon Məhkəməsinin hakimi Ş.Abdullayevin onun barəsində məhkəməyə hörmətsizliyə görə cinayət işinin başlanması məsələsinin həlli üçün prokurorluğa və intizam məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün Vəkillər Kollegiyasına göndərilməsi barədə çıxardığı qərar olub.
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev “Turan”a müsahibəsində məsələnin hüquqi və ictimai aspektlərinə aydınlıq gətirir.
- Intiqam bəy, hakimin məhkəməyə hörmətsizliyə görə vəkil barəsində cinayət işi qaldırmaq hüququ varmı?
- Cinayət Məcəlləsinin 289-cu maddəsi proses iştirakçıları tərəfindən məhkəməyə hörmətsizliyə görə cinayət məsuliyyəti nəzərdə tutur. Lakin hətta belə hallar olduqda belə, qanunvericilik məhkəməyə həmin şəxslər barədə cinayət işi başlamaq hüququ verməyib. Bu hüquq prokurorluq orqanlarına məxsusdur. Ona görə bu işdə hakim vəkil barəsində özü cinayət işi qaldırmayıb, bu məsələnin həlli üçün prokurorluğa müraciət edib. Yeri gəlmişkən, bu qərarın qanuniliyi də mübahisə doğura bilər.
Məhkəmənin belə səlahiyyəti yoxdur
- Məhkəmənin məhkəməyə hörmətsizlik etmiş vəkili prosesdən (təqsirləndirilən şəxsin müdafiəsindən) kənarlaşdırmaq hüququ varmı?- Qüvvədə olan cinayət-prosessual qanunvericiliyi məhkəməyə bu cür səlahiyyət vermir. Belə ki, məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslərə tənbeh tədbirlərinin tətbiqi məsələlərini tənzimləyən CPM-in 310.6-cı maddəsinə görə, dövlət ittihamçısı və müdafiəçi istisna olmaqla, məhkəmə bu cür hərəkətlərə yol verən şəxslər barəsində 55 manatadək cərimə, 3 saatdan 48 saatadək müddətə tutma və ya məhkəmə baxışının bütün müddətinə və ya bu müddətin bir hissəsinə məhkəmənin iclas zalından xaric etmə tənbeh tədbirlərindən birini tətbiq edə bilər. Göründüyü kimi, norma dövlət ittihamçısını və vəkili məhkəmənin intizam tənbehi tətbiq edə biləcəyi (o cümlədən məhkəmə prosesindən kənarlaşdırılmaqla) subyektlər dairəsindən kənarda qoyur. Burdan belə nəticə çıxır ki, hətta məhkəməyə hörmətsizlik etmiş vəkilin belə prosesdən kənarlaşdırılmasına qanun yol vermir. Hətta prokurorluq vəkilin əməlində cinayət tərkibinin olması nəticəsinə gəldikdə belə, bu, onun prosesdən kənarlaşdırılması üçün əsas ola bilməz. Yalnız vəkilin həbsini zəruri edən hallar olduqda və o, məhkəmənin (həbs məsələsinə baxan) qərarı əsasında həbs olunduqda, onun prosesdən kənarlaşdırılması mümkündür.
- Vəkillər Kollegiyasının prokurorluğun qərarı əsasında E.Namazovu Vəkillər Kollegiyasından çıxara bilərmi?
- Vəkillər Kollegiyasının bu cür qərar qəbul etməsi kobud pozuntu olardı. Əvvəla, qanunvericilikdə vəkilin fəaliyyətinə xitam verilməsi əsasları arasında göstərilən hal yoxdur. Digər tərəfdən, yuxarıda qeyd etdiyim kimi, təqsirsizlik prezumpsiyası deyilən bir prinsip var ki, bu cür qərar həmin prinsipi pozardı.
Elçin bəy düz edib izahat yazmayıb
- E.Namazovu ötən həftə Vəkillər Kollegiyasına Intizam Komissiyasının iclasına dəvət ediblər. Verdiyi məlumata görə, ona izahat yazmağı təklif ediblər, o, barəsində məhkəmənin çıxardığı qərarı istəyib, qərarı ona verməkdən imtina ediblər. E.Namazov da izahat yazmaqdan imtina edib.- Bu başdan deyim ki, Elçin bəy düz edib izahat yazmayıb. Məhkəmənin, prokurorluğun onun barəsində çıxarılan qərarın surətini ona verməkdən imtinasını haradasa başa düşmək olar. Amma Vəkillər Kollegiyasının bu cür davranışı anlaşılmayandır. Ümumiyyətlə, dəfələrlə qeyd edildiyi kimi, bu qurum vəkillərin birliyindən daha çox, prezident aparatının struktur bölməsini xatırladır. O, vəkilləri məhkəmə, prokurorluq, polis orqanlarının təsir və təzyiqlərindən qorumaq, onlara dəstək olmaz əvəzinə dubinka rolunu oynayır.
Bir araya gəlməsək, hamımızı eyni aqibət gözləyir
- Vəkillərə təzyiqlərin artmasının arxasında nə durur?
- Hakimiyyət bu ölkədə parlamentin, məhkəmənin, medianın müstəqil olmasında maraqlı olmadığı kimi, vəkilliyin müstəqil olmasında maraqlı deyil. Bunu çox ciddi təhlükə hesab edir. Hakimiyyət vəkilliyin miskin və asılı vəziyyətdə qalmasında maraqlıdır. Ona görə hakimiyyət VK-nı bir nəfərin sərəncamına verib, onun bütün qanunsuz əməllərinə, vəkilliyin və vəkillərin başına açdığı oyunlara göz yumur. Vicdanlı, lakin ictimai proseslərdən özünü kənarda tutan və bu yolla özünü və biznesini qorumağa çalışan vəkillər anlamalıdırlar ki, indiki durumda onların da hər biri potensial qurbandır. Vəziyyət belə getsə, zərbə gec-tez onlara da dəyəcək. Vəkillər Kollegiyası tərəfindən cəzalandırılan şəxslərin arasında elələri var ki, hakimiyyətə də loyal olublar, Vəkillər Kollegiyasının rəhbərliyinə də. Bu gün cəmiyyətdə haqların ağır durumunun bir səbəbi də hüquqşünasların, vəkillərinin ölkənin ictimai-siyasi həyatında yetərincə fəal olmamalarıdır. Hüquqşünaslar və onların fəal hissəsi olan vəkillər demokratiya və insan haqları uğrunda proseslərdə fəal iştirakımızın zəruriliyini anlamasaq, bir araya gəlməsək, etiraz səsimizi qaldırmasaq, sabah eyni aqibətlə hər birimiz üzləşəcəyik.
Bu sistemin dağılması labüddür
Bu sistemin, avtoritarizm, korrupsiya, qanunsuzluq üzərində qurulmuş bu idarəçilik üsulunun gec-tez dağılması labüddür. Vəkillərin gördüyü işlərin bu mənada rolu çox əhəmiyyətlidir. Sevindirici odur ki, vəkillikdə gənclərdən ibarət bir nəsil yetişir ki, onlar köhnə qvardiya ilə çiyin-çiyinə mübarizənin ön cərgələrindədir. Bu gün təzyiqlərə məruz qalan Elçin də, Xalid də məhz gənc nəslin nümayəndələridir. Onlar digər dəyərli hüquqçularımızla yanaşı son dövrlərdə repressiyalara məruz qalan insanların müdafiəsinin ağır yükünü öz çiyinlərinə çəkiblər. Onlar çətin anlarımızda bizim yanımızda olublar. Onların çətin anlarında biz də onların yanında olmalıyıq, onlara dəstək verməliyik.
Bu qurum barmaq işarəsilə qərar verir
- Vəkillər Kollegiyasının E.Namazovla bağlı hansı qərar verəcəyini proqnozlaşdırırsınız?
- Yeri gəlmişkən, E.Namazovun intizam məsuliyyəti ilə bağlı məsələyə VK-nın Intizam Komissiyası sentyabrın 14-də saat 14.00-da baxacaq. Əslində, hər kəsə bəllidir ki, komissiya-filan formal bir şeydir. Bu qurumun üzvləri bir nəfərin barmağının işarəsi ilə qərarlar verir. Sentyabrın 14-də Vəkillər Kollegiyasının hansı qərarı çıxaracağına proqnoz vermək çətindir. E.Namazov xaraktercə döyüşkəndir.
Əminəm ki, Intizam Komissiyasının iclasında temperatur yetərincə yüksək olacaq. Onu da vurğulayım ki, Azərbaycan Hüquqşünaslar Forumu ATƏT-in, Avropa Şurasının, ABA CEELI-nin ölkəmizdəki nümayəndəliklərinə və ölkədəki səfirliklərə Intizam Komissiyasının iclasının monitorinqini aparmaq üçün ora öz nümayəndələrini göndərmələri barədə xahişlə müraciət edib. Iclas günü E.Namazova mənəvi dəstək olmaq üçün VK-nın binası qarşısında vətəndaş cəmiyyəti qurumlarının nümayəndələrinin, o cümlədən onun əqidə və mübarizə dostlarının da az olmayacağı gözlənilir.