Nazir Asiya Inkişaf Bankının onu təftiş etməsindən bərk narahat olub
Nəqliyyat naziri Ziya Məmmədov təşviş içindədir. Nazirin təşvişinə səbəb Asiya Inkişaf Bankının nəqliyyat missiyası Azərbaycana gəlməsi ilə bağlıdır.
Missiyanın ölkəmizə səfəri 2010-cu ildə yekunlaşdırılmış Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun ümumi statusunu nəzərdən keçirərək bu layihənin AIB-in proseduraları, siyasəti və standartları baxımından qiymətləndirməsilə bağlıdır. Missiya həmçinin AIB tərəfindən maliyyələşən Masallı-Astara yolunun hazırkı mərhələsini də qiymətləndirəcək.
Ziya Məmmədovun narahatlığı bu yolların keyfiyyətilə bağlıdır. Nazir ehtiyat edir ki, ABI-nin missiyası sözügedən yolların standartlara uyğun olmadığını bəyan edər. Beləliklə də Ziya Məmmədovun yol çəkilişləri zamanı həyata keçirdiyi korrupsiya əməliyyatlarının üstü açılar. Bu həm də nazirin korrupsioner fəaliyyətinin beynəlxalq səviyyədə müzakirə mövzusuna çevrilməsinə yol aça bilər.
Məlumatlara görə, Ziya Məmmədov bütün bunları nəzərə alaraq Qazax-Gürcüstan və Masallı-Astara yolllarında nöqsanları aradan qaldırmaq qərarına gəlib. Artıq bütün qüvvələr həmin yolların təmirinə səfərbər edilib.

Informasiya şöbəsi