«Boru Azərbaycan və Türkmənistandan keçəcək və Xəzəryanı dövlətlərin bunu dayandırmaq hüququ yoxdur»
Energetika üzrə Avropa Komissarı Günter Ettingerin Avropa Komissiyasının Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin tikintisi haqqında danışıqlara başlayacağına dair sentyabrda səsləndirdiyi bəyanat Rusiyada mənfi reaksiya doğurub. Avropa Ittifaqının mövqeyini “Deutsche Welle” radiosuna müsahibəsində Ettingerin rəsmi nümayəndəsi Marlen Holtsner bildirib.
“Biz Azərbaycandan və Türkmənistandan qazı birbaşa idxal etmək istərdik və bu qaz kəmərinə ehtiyac var. Xəzər hövzəsinin bölünməsi haqqında mübahisələrə toxunmayacağıq və bu məsələnin Transxəzər qaz kəmərinin tikintisinə təsir göstərməyəcəyi fikrindəyik”, - deyə o, bildirib. “Boru Azərbaycan və Türkmənistan ərazisindən keçəcək və Xəzərin statusundan asılı olmayaraq, digər Xəzəryanı dövlətlərin bu tikintini dayandırmaq hüququ yoxdur, lakin biz ekoloji təhlükəsizliyin təmin edilməsi məsələlərində onların fikrini dinləməyəcəyik”, - deyə o, əlavə edib. Moskvanın beynəlxalq hüquqa əsaslanması haqqında suala cavabda Holtsner qeyd edib ki, qonşu ölkələrin layihənin ekoloji aspektləri ilə bağlı fikir bildirmək imkanı var. Onların həlledici deyil, məşvərət hüququ var. Azərbaycan və Türkmənistanla qarşıda duran danışıqlara toxunan Holtsner bildirib ki, Avropa danışıqlarda ilk dəvə “vahid səslə” danışacaq. Bu, o deməkdir ki, Avropa Komissiyası tarixdə ilk dəvə Avropa Ittifaqının hüdudlarından kənarda layihə həyata keçirilməsi haqqında danışıqları 27 AI üzvü adından aparacaq.
“Bizim tərəfimizdən danışıqlarda şəxsən avropa komissarı Günter Ettinger iştirak edəcək. Artıq çoxdan danışıqlara qeyri-formal hazırlıq gedir, biz Azərbaycanın və Türkmənistanın danışıqlar aparmaq istəyində olduğunu bilirik. Danışıqlar yaxın həftələrdə başlayacaq”, - deyə o, vurğulayıb.