Yasamalda öldürülən gəncin qatili cüdo üzrə Azərbaycan və Avropa çempionudur
«Taleh dəstəyi qaldırıb hər şeyin yaxşı olduğunu dedi, Müseyib də normal söhbət etdiklərini bildirdi»
Bakının Yasamal rayonunda dəhşətli qətl hadisəsi baş verib. 27 yaşlı Müseyib Cəfərov adlı şəxs 30 yaşlı Taleh Məmmədova “Makarov” tipli tapança ilə iki güllə vurub. Hadisə sentyabrın 9-da olub. Olayın təfərrüatlarını öyrənmək üçün ötən gün yas mərasiminə getdik.
Hər zaman və hər yerdə söhbət
Taleh Məmmədov üçün qurulan mağarın çölündə yaxınları bizi qarşılayır. Məqsədimizin səbəbini bildikdən sonra söhbətə başlayırlar. Onlar mərhumu qətlə yetirən Müseyib Cəfərovun cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü olması xəbərinə inanmadıqlarını deyirlər. Fikirlərini “idmançı olan şəxs elə hərəkət etməz. Silahdan o cürə istifadə etmək yalnız killerlərin işidir. Idmançı adamın qolunu sındırar, başına, ayağına xəsarət yetirər. Ancaq elə iş tutmaz. Talehin qətlin kimsə sifariş verib. Çünki hadisələr çox dramatikdir”.
Olayın nə üstündə baş verdiyini soruşduqda mərhumun yaxınları kifayət qədər məlumatlı olmadıqlarını deyirlər: “Biz məlumatsızıq. Gözləyirik, görək nə olur. Bu işin üstü açılmalıdır. Cinayət cəzasız qalmamalıdır. Bu işdə əli olanlar cəzalarına çatmalıdırlar ki, başqalarına ibrət olsun. Anaların gözləri yaşlı qalmasın”.
Hadisənin təfərrüatlarını öyrənmək üçün mərhumun dostlarını arayırıq. Nəhayət, istəyimizə çatırıq və olayın necə baş verdiyini öyrənə bilirik.
Sən demə, hadisə “Diana” barında olub. Sentyabrın 9-da, səhər saat 5-6 radələrində Taleh Məmmədov bardan çıxıb telefonla danışırmış. Bu zaman “Hyundai Sonata” markalı avtomobillə (dostları maşının nömrəsinin 90-550 olduğunu, ancaq seriyasını bilmədiklərini deyirlər - R.D) barın qarşısına gələn Müseyib Cəfərov mərhuma aid olmayan sual ünvanlayıb. Mübahisə də bunun üstündə baş verib. Nəticədə Məmmədov cüdo üzrə Azərbaycan və Avropa çempionu olduğu iddia edilən Cəfərovu döyüb. Bu azmış kimi, onunla hər zaman və hər yerdə söhbətə qayıda biləcəyini deyib. Eləcə də telefon nömrəsini və yaşadığı evin ünvanını söyləyib. Bu işdən sonra evə qayıdan Taleh başına gələnləri qardaşı və dostlarına danışıb.
Hər şey son 20 dəqiqədə oldu
Əslində Taleh heç kimə heç nə deməzdi. Əgər əlində zədələr olmasaydı. Evinin yaxınlığında sahibi olduğu internet-klubda hadisəni nəql edib. Səhər saat 8 radələrində Müseyib Cəfərov internet-klubun qarşısında peyda olur. O, Talehlə söhbət etmək istədiyini deyib. Mərhumun dostları deyir ki, onlar da söhbət zaman Talehin yanında olmaq istəyiblər: “Ancaq onu öldürən şəxs əllərini yuxarı qaldıraraq dava üçün bura gəlmədiyini deyir. Sadəcə şəhərdə bir yerdə oturub çay içəcəklərini, barışacaqlarını söyləyir. Biz ona dedik ki, çay içmək istəyirsinizsə, yaxınlıqda çayxana var, oturun orda. O, şəhərə getməyi üstün tutdu”.
Müseyib Cəfərovun nə deməsindən asılı olmayaraq qardaşı Talehlə getmək istəyir. Bu dəfə Məmmədovdan rədd cavabı gəlir: “O, mənim üstümə tək gəlib. Mən də tək gedib söhbət edəcəm”. On dəqiqə sonra Talehə zəng edirlər. Dəstəyi qaldırıb, hər şeyin yaxşı olduğunu deyir. Üstəlik, Müseyib Cəfərov da telefonu alıb onlara normal söhbət etdiklərini bildirir. Təxminən 20 dəqiqə keçəndən sonra Talehi arayanda artıq dəstəyi sürücü qaldırır. Cavab alırlar ki, dostlarının vəziyyəti çox ağırdır. Növbəti zəngdə isə onun ölüm xəbərini eşidirlər. Dostları deyir ki, sürücü onlara Talehi yaralı vəziyyətdə yolun kənarında gördüyünü bildirib: “Talehin ”VAZ 2107” markalı avtomobilində odlu silahla qətlə yetirilməsi barədə mətbuatda yayılan xəbər yalandı. Onu Müseyib öz maşınında öldürüb, sonra hadisə yerindən qaçıb”.
Tapança təhvil verilib, ancaq sahibi yoxdur
Mərhumun dostları deyir ki, Taleh çox mehriban insan imiş. O, kiminləsə boş yerə mübahisə etməzdi: “Əgər Müseyib ona sataşmasaydı, dalaşmazdı. Yəni, ona sataşıb ki, Taleh də cavabın verib”. Dostları bizimlə söhbətdə onu da qeyd etdilər ki, bir neçə dəfə Talehin “Diana”da mübahisəsi düşüb: “Ola bilər ki, bu ölümün o mübahisələrlə də hansısa bağlılığı olsun. Çünki bizə başqa bir məlumat da veriblər. Talehin əvvəllər başqa şəxslərlə mübahisəsi olub. Həmin adamlar mərhumun Müseyiblə yaranmış problemindən istifadə edib, Talehin üstünə göndəriblər”.
Bu arada Daxili Işlər Nazirliyinin mətbuat xidməti Müseyib Cəfərovun qardaşı, 1971-ci il təvəllüdlü Mübariz Cəfərovun hadisə zamanı istifadə edilən “Makarov” tipli tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verdiyini mətbuata bildirib.
Hadisəni törədən Cəfərovun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ramin DEKO