Ölkə başçısının Obama haqda pərdəarxası fikirləri Vaşinqtona necə sızıb?
İlham Əliyev ABŞ-ı ona qarşı çıxanları maliyyələşdirməkdə ittiham edib
“WikiLeaks” saytının açıqladığı ABŞ diplomatlarının Vaşinqtona göndərdiyi məxfi məlumatlardan ibarət sənədlər içərisindən Azərbaycana aid olanların dərcini davam etdiririk.
ADNA-dakı terrorla bağlı ABŞ-a məktub
Sənədlərdən biri ABŞ səfirliyinin o zamankı müvəqqəti işlər vəkili Donald Lunun Vaşinqtona göndərdiyi 5 may 2009-cu il tarixli teleqramıdır.
Diplomat teleqramında həmin ilin 30 aprelində Azərbaycan Dövlət Neft Akademiyasından törədilmiş qətliama Azərbaycan cəmiyyətinin və hökumətin münasibətindən bəhs edir. Məktubda yazılır ki, hadisə ilə bağlı konkret ittihamlar səsləndirilməsə də, cəmiyyətdə ziddiyyətli şayiələr yayılıb.
ADNA-da törədilən qətliamdan bir gün sonra, mayın 1-də tələbə gənclərin keçirdiyi etiraz aksiyası və yürüş mitinqindən bəhs edən Donald Lu maraqlı məqamlara toxunub. Terror olayı haqda rəsmi və qeyri-rəsmi məlumatları qeyd edən Lu yazıb: “ADNA-da baş vermiş hadisənin şahidlərindən çoxu qətliamı 1 nəfərin (Fərda Qədirov) törətmədiyini, daha bir neçə nəfərin onunla birgə olduğunu iddia edirlər. Lakin rəsmi açıqlamlar bu iddiaları təkzib edir. Azərbaycan hakimiyyətinin olayın səbəbləri barədə heç bir açıqlama verməməsi də şayiələrin yaranmasına yol açıb. Rəsmi açıqlamalar cəmiyyəti terror hadisəsinin siyasi xarakterli olmadığına inandırmağa hesablanıb. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov açıqlama verərək bildirib ki, hadisə siyasi xarakter daşımır və bu tip olaylar dünyanın bir çox ölkəsində baş verir”.
Əliyev Obamadan kimlərə şikayət edib?
ABŞ səfirliyinin müvəqqəti işlər vəkilinin qələmə aldığı başqa bir məxfi məktub isə 14 may 2009-cu ilə təsadüf edir. Donald Lu Vaşinqtona göndərdiyi gizli teleqramda Ilham Əliyevin Avropa Şurasının beynəlxalq əlaqələr komitəsinin nümayəndələri ilə görüşündən və aparılan müzakirələrdən bəhs edir. Diplomat bildirir ki, mayın 12-də Avropa Şurasının beynəlxalq əlaqələr komitəsinin nümayəndələri ilə görüşən Ilham Əliyev ABŞ prezidenti Barak Obamanın Beynəlxalq Söz Azadlığı Günü münasibətilə müraciətinə toxunaraq, Ağ ev rəhbərinin demokratiya və insan haqlarına “ikili standartlarla yanaşmasından” şikayətlənib. Əliyev hətta “zarafatla” bildirib ki, Obamanın müraciəti hisslərə qapılma şəraitində hazırlanıb və yəqin ki, növbəti illərdə bu hal təkrarlanmaz.
Israil səfiri Əliyevi necə “satıb”?
Donald Lunun həmin məktubunda diqqət çəkən başqa bir detal isə Ilham Əliyevin Israilin Azərbaycandakı səfiri Artur Lenklə görüşünə aiddir. Müvəqqəti işlər vəkili 14 may 2009-cu il tarixli məxfi teleqramında yazır ki, ayın 11-də Ilham Əliyevlə görüşən Artur Lenk ABŞ səfirliyinə Əliyevin Vaşinqtonun ünvanına sərt ifadələr işlətdiyini bildirib. Əliyev Lenkə söyləyib ki, rəsmi Bakı bir sıra məsələlərdə Vaşinqtona dəstəyini göstərsə də, ABŞ Azərbaycan üçün heçnə etmir.
Diplomat daha sonra qeyd edir ki, Ilham Əliyev ABŞ-ı onun hakimiyyətinə qarşı çıxan qüvvələrə dəstək verməkdə ittiham edib. “ABŞ Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətə qarşı mövqeyi ilə tanınan QHT-ləri maliyyələşdirir. Bundan başqa, Azərbaycanda hakimiyyət dəyişikliyini dəstəkləyən “Azadlıq” radiosunun yayımının bərpasını tələb edir”, - deyə Əliyev Israil səfirinə ABŞ-ın mövqeyindən narazılıqlarını çatdırıb.
Mehriban Əliyeva ABŞ-dan dəstək istəyib
Azərbaycanla bağlı açıqlanmış digər bir sənədin müəllifi ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersidir. Səfir 30 iyun 2009-cu il tarixli məxfi teleqramında fəaliyyət müddətinin başa çatması münasibətiylə Ilham Əliyev və onun xanımı Mehriban Əliyeva ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdən bəhs edir.
Səfir yazıb ki, Mehriban Əliyeva ilə görüş zamanı onun ABŞ-Azərbaycan əlaqələrinə münasibəti, eləcə də Ilham Əliyevin atdığı addımlar müzakirə olunub. Mehriban Əliyeva diplomatdan ABŞ-ın Azərbaycanla tərəfdaşlıq etməsi və rəsmi Bakıya dəstək verməsi xahişini edib.
“Səhər yeməyi zamanı Mehriban Əliyeva gözlənilmədən, emosional tərzdə özünün və həyat yoldaşı Ilham Əliyevin Azərbaycanın Avroatlantik dünyaya doğru istiqamət almasına tərəfdar olduğunu diqqətə çatdırdı. Əliyeva Azərbaycanın daxildən və xaricdən güclü təzyiqlərə məruz qaldığını söylədi. O, həyat yoldaşı Ilham Əliyevin prinsipial və verdiyi sözün üstündə duran bir insan olduğunu qeyd edərək bildirdi ki, Azərbaycan rəhbəri ABŞ-a verdiyi bütün vədlərin üstündə durmağa çalışır”, - deyə məxfi məktubda yazılır.
Əliyev Obama ilə görüşdən niyə imtina edib?
Mehriban Əliyeva səfirə Türkiyə-Ermənistan protokollarının imzalanmasından sonra Ilham Əliyevin Istanbulda ABŞ prezidenti Barak Obama ilə görüşə dəvətdən imtina etməsinin səbəbi haqda danışıb. Məktubda yazılır ki, Mehriban Əliyeva imtinanın səbəbi kimi Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına Azərbaycan cəmiyyətinin sərt reaksiyasını göstərib. Bildirib ki, Ilham Əliyev Azərbaycan cəmiyyətinin qınağına tuş gəlməmək üçün Istanbula səfər və səfər ərəfəsində nəzərdə tutulan Obama ilə görüşdən imtina edib. Birinci xanımın əmisi, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev daha sonra Enn Dersiyə bildirib ki, Mehriban Əliyevanın Vaşinqtondan ciddi dəstək xahiş etməsi gözlənilməz oldu.

Siyasət şöbəsi