9.09.2011

Dünya Bankı Əliyevdən 4 məmurun istefasını istəyir


Ramiz Mehdiyev, Ramil Usubov, Səfər Əbiyev və Ziya Məmmədovun işdən çıxarılması tələb olunur

Dünya Bankı təsir dairəsində olan siyasi çevrələr vasitəsilə Azərbaycan hakimiyyətinə mesaj yollayıb və 4 məmurun istefaya göndərilməsini tələb edib. Həmin məmurlar Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Səfər Əbiyev və nəqliyyat naziri Ziya Məmmədovdur.
Adıçəkilən məmurlar əvəzlənməyəcəyi təqdirdə Dünya Bankı Azərbaycanla əməkdaşlığa yenidən baxmalı olacaq. Bu barədə məlumatı “Azadlıq”a verən mənbə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olan şəxslərə istinad edib. Mənbənin sözlərinə görə, “fövqəlnazir”ə yaxın şəxslər danışırlar ki, Dünya Bankı Azərbaycanda korrupsiyanın çiçəklənməsindən və korrupsiya ilə bağlı Azərbaycana ayrılan 1 milyard dollar vəsaitin təyinatı üzrə xərclənməyəcəyindən ciddi narahatdır. Lakin mənbə bu məsələyə görə niyə məhz adıçəkilən məmurların istefaya göndərilməsinin səbəbləri barədə məlumatsız olduğunu deyib. Mənbə əlavə edib ki, Kəmaləddin Heydərovun çevrəsində Dünya Bankının bu tələbi sevinclə qarşılanıb.


Informasiya şöbəsi