Təhsil Nazirliyinin Təmir-Təchizat Idarəsi qurumdan alındı
Təhsil Nazirliyinin Təmir-Təchizat Idarəsi qurumdan ayrılaraq Bakı şəhər Icra Hakimiyyətinin tabeliyinə verilib. Bu barədə “Bizim Yol” qəzeti məlumat yayıb. Məlumata görə, Ilham Əliyev məktəblərin təmiri ilə maraqlanan zaman onu Bakı meri Hacıbala Abutalıbovun müşayiət etməsi bununla bağlıdır.
Xatırladaq ki, “Azadlıq”ın ötən saylarında məlumat verilmişdi ki, Ilham Əliyev Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən 10 məktəbin təmirini Bakı merinə tapşırıb. Hacıbala Abutalıbov yeni dərs ilinə kimi bu məktəbləri əsaslı təmir edib təhvil verməlidir. Görünür, bu qərardan sonra ümumiyyətlə məktəblərin təmirini Hacıbala Abutalıbova tapşırmaq qərarına gəlinib.
Yeri gəlmişkən, Təhsil Nazirliyinin Təmir-Təchizat Idarəsinin rəisi Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirovdur. Bir müddət əvvəl onun həbsi ilə bağlı məlumat yayılmışdı. Hazırda isə Təhsil Nazirliyində məktəb təmirləri ilə bağlı ciddi yoxlama aparılır.