22.09.2011

Qəzetlərin 99 faizi hakimiyyətin nəzarətindədir

«Mətbuat Şurasının işi kimisə reket elan etmək və kimisə «qara siyahı»ya salmaqdan ibarətdir»

Mehman Əliyev: «KIV-lərin hansı mənbədən maliyyələşdirilməsi araşdırılmalıdır»

Sentyabrda Redaktorlar Birliyi (RB) iclaslarını bərpa edib. Bu qurum çərçivəsində redaktorlar axırıncı dəfə 2007-ci ilin sonlarında toplaşıblar. RB 90-cı illərin ortalarında məşvərətçi orqan kimi yaradılıb. Məqsəd KIV-in və jurnalistlərin təqiblərdən müdafiəsi, Azərbaycanda söz azadlığının inkişafına təkan verməkdir. “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev “Obyektiv TV”yə müsahibəsində RB-nin işinin bərpasının səbəblərinə aydınlıq gətirib.

- Uzun müddətdən sonra Redaktorlar Birliyinin fəaliyyəti hansı zərurətdənÿ bərpa edildi?
- Hazırkı vəziyyətlə, yəni media sahəsində təzyiqlərin, müəyyən problemlərin olması, onların birgə müzakirəsi, mətbuatın bir araya gəlməsinin vacibliyi zərurətindən bərpa edildi. Şəxsən mənə bir neçə redaktor müraciət edib. Əslində bir ildən artıqdır ki, hansısa bir çərçivədə yenidən yığışmaq, söhbət etmək, fikir mübadiləsi aparmaq təklif olunur. Son zamanlar bu proses yenidən aktivləşib. Bu onunla bağlıdır ki,ÿ son zamanlar “Gündəm Xəbər” qəzetinə və başqa KIV-lərə təzyiqlər oldu. Ancaq hesab edirəm ki, bu, əsas səbəb deyil.ÿ Yəni bu vəziyyət öz-özünə yetişib. Bu, daha çox media sahəsində boşluğun olması, yəni jurnalistlərin pərakəndə fəaliyyəti ilə əlaqədardır. Fərqi yoxdur, biri dövlət orqanına məxsusdur, digəri hökumətyönlüdür, müstəqildir və ya müxalifətdir. Bizdə bu, heç vaxt şərt olmayıb. Məsələn, Redaktorlar Birliyinin tarixinə nəzər salsaq, 1990-cı illərdən fəaliyyət göstərdiyini görərik. Demək olar ki, kifayət qədər uğurlu fəaliyyət göstərib. Mətbuat Şurasının yaranmasında Redaktorlar Birliyinin böyük rolu olub. Bunu Redaktorlar Birliyi və quruma daxil olan şəxslər yaradıblar. Bu iki qurum paralel olaraq fəaliyyət göstərib. Redaktorlar Birliyi daha çox jurnalistləri, redaksiyaları müdafiə edən qurum olub. Mətbuat Şurası isə etik normalarla və medianın Əxlaq-Peşə Kodeksinə riayət olunması ilə bağlı işlər aparıb. Elə onun əsas vəzifəsi də bundan ibarətdir.ÿ

- Redaktorlar Birliyinin yeni tərkibi necədir? Sanki əvvəlki tərkib daha spektrli idi. Həm müxalifət, həm müstəqil, həm də hökumətyönlü mətbuat təmsil olunurdu. Indi tərkib necədir?- Spektrdən danışanda 5 il bundan əvvəlki vəziyyətə baxsaq, görərik ki, Azərbaycan mediası spektrindəÿ böyük dəyişikliklər baş verib. Məsələn, biz mətbuatı dövlət orqanlarına məxsus, hökumətyönlü, müstəqil və müxalifət KIV-lərə bölürük. Lakin faiz baxımından götürsək, bunların arasında müəyyən tarazlıq var idi. Ancaq son 5 ildə hakimiyyətin apardığı ÿsiyasət nəticəsində qəzetlərin 99 faizi onun əlinə keçib. Demək olar ki, media bazarının 99 faizini dövlət, hökumətyönlü,ÿ bir neçə müstəqil və bir o qədər də müxalifət qəzeti təşkil edir. Əslində medianın böyük hissəsi, yəni 99 faizi Mətbuat Şurasında təmsil olunur. Bunların hamısını bu gün dövlət qeyri-rəsmi olaraq maliyyələşdirir. Bununla bağlı böyük araşdırma aparmışıq. Araşdırmanı Prezident yanında KIV-ə Dövlət Dəstəyi Fondu maliyyələşdirib və ÿnəticələr ora təqdim olunub. Araşdırmada medianın hakimiyyət, hansısa məmurlar tərəfindən gizli, qaranlıq, qeyri-şəffaf və çirkli pullarla maliyyələşdirilməsi ilə bağlı sübutlar var. Bu gün medianın durumu budur. Bu səbəbdən də bu gün Redaktorlar Birliyinin palitrası əvvəlki kimi zəngin deyil. Yəni, elə medianın özündə də o palitra yoxdur. Sönükdür, demək olar, hamı birtərəfli işləyir. Bir-iki nəfər qalıb,ÿ o da başqalarından xeyli fərqlənir və bu da kimlərisə qıcıqlandırır.ÿ

- Mətbuat Şurasının bəzi üzvləri sanki Redaktorlar Birliyinin fəaliyyətinin bərpasını qısqanclıqla qarşılayır. Hesab edirlər ki, Mətbuat Şurası daha yüksək orqandır, bütün şikayətlər orada həllini tapmalıdır. Amma Redaktorlar Birliyinə də şikayətlər daxil olur, elə deyilmi?- Redaktorlar Birliyinə də şikayətlər gəlib. Onları rəsmi olaraq biz qəbul etmişikÿ və ÿbaxmışıq. Nəticələri bu yaxınlarda elan olunacaq. Biz bu mənada yardımçı ola bilərik. Ancaq söhbət kiminsə qısqanclıqla yanaşmasından gedir. Eşitmişəm ki, Rəşad Məcid deyib ki, Redaktorlar Birliyi əski qurumdur və onun zamanı keçib. Açığını deyim ki, Mətbuat Şurasına və onun üzvlərinə qısqanclıqla yanaşmıram. Çünki mən Mətbuat Şurasını 2009-cu ildə tərk etmişəm. Idarə Heyətinin üzvlüyündən öz qərarımla çıxmışam. Heç yerdə bu barədə məlumat verməmişəm, şouya çevirməmişəm bu məsələni. Sadəcə olaraq, bizim baxışlarımız fərqlənir və bu səbəbdən qərara gəldim ki, buranı tərk edim. Mətbuat Şurasının mənə nə istisi, nə də soyuğu var. Təəssüf edirəm ki, Mətbuat Şurasının bugünkü işi ancaq kimisə ÿreket elan etmək vəÿ kimisə “qara siyahı”ya salmaqdan ibarətdir. Bu, kifayət qədər məhdud çərçivədir. Medianın inkişafı yolunda böyük problemlər var və bunun ətrafında daha çoxÿ işləmək lazımdır. Təəssüf ki, nə Mətbuat Şurasında, nə də KIV-ə Dövlət Dəstəyi Fondunda bu var.

- Bu yaxınlarda Mətbuat Şurası “Xural” qəzeti ilə bağlı qərar qəbul etdi və onu “qara siyahı”ya saldı. “Xural” qəzeti isə elan edib ki, Mətbuat Şurasının üzvü deyil, Redaktorlar Birliyində təmsil olunur. Buna necə baxırsınız?
- Əvvəla, biz Mətbuat Şurasını yaradanda beynəlxalq standartlara uyğun olaraq Azərbaycan jurnalistinin Peşə-Əxlaq Kodeksini hazırladıq. Ona imza atan təşkilatlar Mətbuat Şurasının üzvü ÿola bilirdi. Onlar bu ÿqaydaları qəbul edirdi vəÿ onların yerinə yetirilməsi ilə bağlı öhdəlik götürürdülər, məsuliyyət daşıyırdılar. Bu Kodeksə qoşulmayan, yəni Mətbuat Şurasına üzv olmayanların problemlərinə baxmırdıq. Ümumilikdə, reket və “qara siyahı”ya gəlincə, elə bir mexanizm yaratmaq lazımdır ki, bizim media həmin Peşə-Əxlaq Kodeksinə əməl etsin. Bu istiqamətdə hansısa problemlər varsa, onları aradan qaldırmaq, treninqlər keçirmək, müəyyən şərait yaratmaq lazımdır. Ən vacibi isə medianın iqtisadi azadlığını təmin etməkdir. Çünki iqtisadi azadlığı olmayan KIV heç vaxt Peşə-Əxlaq Kodeksinə riayət edə bilməz. Bir misal gətirim. 2007-2009-cu illərdə Mətbuat Şurasına üzv olan KIV-lərin Peşə-Əxlaq Kodeksinə əməl edib-etmədiklərini müəyyənləşdirmək üçün onların monitorinqi aparıldı. Onların arasında dövlət KIV-ləri də var idi, müxalifət də, müstəqil KIV, demək olar, yox idi. Monitorinqə daxil edilən KIV-lərin sırasında “Turan” agentliyi yox idi. Amma mən “Turan”ı da ora saldırdım. Mən bunu obyektivlik üçün etdim. Bilinməlidir ki, kim kimdir. Söhbət ondan gedir ki, bu pozuntulara hamı yol verirdi. Amma bu o demək deyil ki, qəzetləri “qara siyahı”ya salmaq və reket elan etmək lazımdır. Yəni problemi aradan qaldırmaq üçün səy göstərmək gərəkdir. Biz o vaxt monitorinqə başlayanda 7000 pozuntu qeydə alınmışdı. 3 aydan sonra isə onlarınÿ sayı 2500-ə enmişdi. Onların arasında 147 vəÿ 148-ci maddələrə (böhtan və şəxsiyyətin təhqir olunması) düşən pozuntular da var idi. “Yeni Müsavat”, “Azadlıq” qəzetlərində olan cüzi pozuntular qısa müddətdə aradan qaldırıldı. Qalmışdı “Səs”, “Ideal”, “Müasir Müsavat” qəzetləri.ÿ
Onların hərəkətləri Peşə-Əxlaq Kodeksinə zidd idi, təhqir etməkdə, böhtan yaymaqda davam edirdilər. Ancaq onlar “qara siyahı”ya salınmadılar. ÿHeç mən özüm də bunu istəmirəm.

- Son zamanlar KIV-ə Dövlət Dəstəyi Fondu mətbuata maliyyə yardımı edir. Birinə 30, birinə 40 min manat verir. Parametrləri isə yoxdur. Tutaq ki, qəzetə 40 min verirlər, amma o qəzetin satışı ilə tirajı arasında fərq olur. Bu yardımın parametri necə olmalıdır?
- Bu yardım olmamalıdır. Bu yardım QHT-lərə edilməlidir. KIV kommersiya qurumudur. Onlar pul qazanmalı və ÿözlərini dolandırmalıdır. Problem buradadır. Dövlət başçısı keçən il Mətbuat Şurasının üzvləri ilə görüş zamanı bildirdi ki, Azərbaycanda elektron KIV-i nəzərə almadan media reklam bazarı ildə 2 mln. manat təşkil edir. O, həmçinin müntəzəm olaraq 130 qəzetin nəşr olunduğunu bildirdi və vəziyyətlə bağlı iradlarını söylədi. Lakin iradlar bildirilsə də, heç nə dəyişmədi. Hakimiyyət özü bununla təsdiqləyir ki, Azərbaycanda KIV-in inkişafı üçün normal şərait yoxdur. Yəni bu gün ölkədə reklam bazarının həcmi 150 milyon manat civarında olmalıdır.ÿ150 milyon hara, 2 milyon hara.ÿ150 mln. manatı ona görə deyirəmÿ ki, beynəlxalq standartlara uyğun olaraq reklam bazarının həcmi ümumi daxili məhsulun 1%-ni təşkil etməlidir. Əgər bizdə ÜDM 30 milyarddırsa, reklam bazarının həcmi 300 milyon manat olmalıdır. Onun yarısı reklam mediasının,ÿ yarısı çap və Internetin payına düşür. Qoy bu olsun 70 milyon manat, o da yoxdur. Onda bəs bu KIV-lər haradan pul qazanır, necə yaşayır? KIVfond və Mətbuat Şurası prezidentin qeyd etdiyi çatışmazlıqları aradan qaldırmalıdır. Mətbuatın iqtisadi baxımdan azad olması üçün strategiya hazırlamaq və KIV-də müzakirə etmək lazımdır.

- Mənzil almaq və satmaq insanın şəxsi hüququdur. Bir tərəfdən, Mətbuat Şurası qəzetləri reket elan edir, digər tərəfdən jurnalistlərə ev tikir. Hökumətin kommersiya qurumlarına ev verməsi, siyahının necə tərtib olunması və s. - bu, jurnalistə rüşvət deyilmi?
- Bu, belə olmamalıdır - 30-40 min manat ayırmaqÿ və ev tikmək. Hakimiyyətə canla-başla xidmət edən jurnalistlərə ev də tikilir, maşın da verilir. Amma bu, belə olmamalıdır. Bizim reklam bazarının həcmi 150 milyon manat təşkil edərdisə, jurnalistlər özlərini yaxşı dolandıra bilərdi və kimdənsə nəsə dilənməz, mənzil istəməzdi. Azərbaycanda sağlam medianın qarantı sağlam iqtisadi azad bazar olmalıdır. Azad bazar jurnalistin, KIV işçisinin azad yaradıcılığını təmin edəcək.

- Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi sualımıza cavab olaraq bildirib ki, “Gündəm Xəbər” qəzetinə qarşı cinayət işi açılıb. Mətbuat Şurasının müraciətindən sonra belə bir cinayət işinin qaldırılmasını necə qiymətləndirirsiniz?
- Buna çox pis baxıram. Mətbuat Şurası mətbu orqanı prokurorluğa təhvil verir. Ikincisi, bu, onun funksiyası deyil, nə mənəvi, nə də hüquqi baxımdan. Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin belə qərar qəbul etməsi əsassızdır. Çünki qəzet dövlət qurumu deyil və onun işi korrupsiya predmeti deyil. Korrupsiya haqqında qanuna əsasən cinayət tərkibi olmalıdır. Məndə olan məlumata görə, Vergilər Nazirliyi qəzetin təsərrüfat fəaliyyətini yoxlamağa başlayıb. Vergidən yayınma ittihamı var və cinayət işi qaldırılıb.ÿ
Fikrimcə, bu, siyasi sifarişdir. Mətbuat Şurası da öz rolunu hakimiyyətin istədiyi kimiÿ oynadı. Hesab edirəm ki, həmin qəzetlə bağlı iş dayandırılmalıdır. Əslində Azərbaycanda KIV-lərin hansı mənbədənÿ maliyyələşdirilməsi araşdırılmalıdır. Bunu bilmək mənim üçün də maraqlıdır. Çünki mən xeyli vergi ödəyirəm. Digər KIV-lər necə, vergi ödəyirmi? Bilirəm ki, onların əksəriyyəti heç nə ödəmir və yaxud da cüzi ödəyir. Bizdə maaşlar leqaldır. Hamısını necə lazımdır ödəyirik, bu, həmçinin qeydiyyatda da var. Ancaq xeyli KIV var ki, əmək haqqının məbləğini 150 manat göstərsə də, maaşlar zərflərdə, özü də 3-4 dəfə artıq həcmdə verilir. Ya da elələri var ki, maaşları da yoxdur, çünki gəliri yoxdur. Gündə 20, 30, 50, 100 qəzet satan redaksiyanın maaş fondu necə ola bilər? Bəs bunlar maliyyə vəsaitini haradan alır? Onları maliyyələşdirən məmurlardır. Korrupsiyanı orada axtarmaq lazımdır ki, məmur bu pulu haradan götürür və qəzetlərə necə ötürür. Redaktorlar Birliyiÿ bu məsələni müzakirə edəcək. Hesab edirəm ki, şəffaflığın yaranması və bunda dövlət orqanlarının iştirak etməsi üçün bu istiqamətdə iş aparmalıyıq.