25.09.2011

BBC «medal korrupsiyası»nın təhqiqatına kömək edəcək

Telekanal onlardan tələb olunan sübutları təqdim etməyə hazırdır
BBC-nin “Newsnight” proqramında Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun Beynəlxalq Həvəskar Boks Assosiasiyasına milyonlarla dollar rüşvət verməsinə dair məlumat barədə ötən sayımızda xəbər vermişdik. Rüşvət 2012-ci il London Olimpiadasında 2 azərbaycanlı boksçunun “World Series Boxing” (WSB) seriyası üzrə qızıl medal alması üçün ödənilib.
Qeyd edək ki, dünyada kifayət qədər rezonansa səbəb olan bu hadisə Beynəlxalq Olimpiya Komitəsini (BOK) də hərəkətə gətirib və komitə artıq baş verdiyi iddia olunan bu rüşvət faktını araşdırmağa başlayıb. Bu arada, dünən BBC telekanalı da rəsmi şəkildə Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək başlanan təhqiqata yardımçı olacağına söz verib. Telekanal rəsmisi məsələ ilə bağlı əllərində olan dəlilləri komitəyə təqdim etməyə hazır olduqlarını bildirib.
“Guardian” isə yazır ki, BOK-un müstəqil etika komitəsi tam araşdırmalara başlamağa qərar vermədən öncə, sübutları nəzərdən keçirəcəyini bildirib.


Rəşad Alp