9.09.2011

Eynulla Fətullayev Dunya Myatoviçlə görüşüb


Görüşdə gənc fəalların həbsi və “Azadlıq” qəzetinin saytına haker hücumu müzakirə olunub

Vyanada səfərdə olan “İnsanHaqlarıUğrunda” İctimai Hərəkatın sədri Eynulla Fətullayev ATƏT-in söz azadlığı üzrə komissarlığının ofisində komissar Dunya Myatoviç başda olmaqla qurumun heyətilə görüşüb. Eynulla Fətullayev Azərbaycanda söz azadlığının durumu, gənc fəallar Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin həbsləri, “Azadlıq” qəzetinin saytının dağıdılması barədə qarşı tərəfi məlumatlandırıb. Görüş Dunya Myatoviçin ad gününə təsadüf etdiyindən E.Fətullayev onu təbrik edib, öz növbəsində komissar “mənimüçün ən böyük hədiyyə sənin azadlıqda olmağındır”, - deyə bildirib.
Keçmiş vicdan məhbusu daha sonra Sərhədsiz Reportyorlar Təşkilatının Avstriya nümayəndələyində olub və Azərbaycan mətbuatının vəziyyəti barədə müzakirələr aparıb.