29.09.2011

Misir Mərdanovun “nişan əməliyyatı”

Nazir məktəblərdə 3 manata döş nişanı satdırır
Yeni tədris ili başlayandan valideynlər Təhsil Nazirliyinin yeni dəbi ilə üzləşiblər. Bu dəb şagirdlərin, üzərində oxuduğu məktəbin nömrəsi yazılan və dövlət bayrağı təsvir olunan döş nişanları taxmasıdır. Valideynlər yeni dəbdən ona görə narazıdırlar ki, bunun üçün əlavə pul ödəməlidirlər. Bir döş nişanının qiyməti isə nə az, nə çox 3 manatdır. Halbuki bu işlə məşğul olan sahibkarlar deyir ki, həmin döş nişanlarının maya dəyəri 40 qəpikdən artıq ola bilməz.
Deməli, Təhsil Nazirliyinin şagirdlərə döş nişanı taxdırması  həm də yeni korrupsiya mənbəyidir. Nəzərə alsaq ki, ölkə üzrə 1 milyondan artıq şagird var, onda Misir Mərdanovun döş nişanı satışından milyonlar qazandığı aydın olar.


Informasiya şöbəsi